5️⃣4️⃣KÜSÜLÜ QALA BİLMİRƏM -Nüsrət Kəsəmənli

5 0 0
                                    

KÜSÜLÜ QALA BİLMİRƏM

Qayıdıb gəlmişəm yanına yenə
Nə olar, bu dəfə qəlbimə dəymə.
Deyəsən gülürsən acizliyimə
Neyləyim, küsülü qala bilmirəm.

Sevənlər həmişə yesir düşübdür,
Axı aramızda nə sirr düşübdür,
Iradəm sevgimə əsir düşübdür,
Neyləyim, küsülü qala bilmirəm.

Zaman gözləməyir, ömür gün axır,
Soyuqluğun məni yandırıb yaxır,
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim, küsülü qala bilmirəm.

Uçub buludlara qona bilərəm,
Bu dərdin əlindən sola bilərəm,
Ömürlük ac-susuz qala bilərəm,
Neyləyim, küsülü qala bilmirəm

Nüsrət Kəsəmənli

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin