5️⃣0️⃣AYRILIQ -Mədinə Əliyevanın şeiri

5 0 0
                                    

AYRILIQ

Bu dünyada sənsizlik qədər ağır
Nə dərd var, nə kədər ,nə də qəm
Bu dünyada mənə qiyaməti yaşadan
Məhəbbətindi, həsrətindi, bir də sən !!!!

Yanır qelbim indi hicran oduyla
Söndürə bilməz nə yağış, nə tufan, boran
Yoluna baxmaqdan yorulan, solan
Qan ağlayır gözlərim, fəryad qoparır

Bilmirəm dünyanın harasındayam
Burda yaman soyuqdu, şaxtadı, qardı
Burda sənsizlik var, burda kədər var
Sönmüş bir ocağın hənirtisi var!

Sən getdin qaranlıq çökdü qəlbimə
Yoxluğun dəyişdi fəsilleri də
Bahar gəlməz oldu könlümə sənsiz
Kədərim sığmadı dünyaya sənsiz

Nə dağlar dayanar həsrətinə, nə dəniz , nə çöl
Getdiyin yollardan nə olar tez dön
Sənsizlik yazılmasın taleyimin yollarına
Ayrılıq damla damla yağmasın xəyallarıma

Müəllif : Mədinə Əliyeva

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin