Əlvida....
Gözlərinlə vidalaşdım bu axşam,
Mən gedirəm uzaqlara, əlvida.
Dəniz gözün hiss etmədi bəlkə də.
Bu dənizə, bu dağlara əlvida.Sən bilmədin sevdim səni gizlicə,
Heç bilmirəm unudacam bəs necə.
Mehman oldum gözlərində bir gecə
Vaxtsız gələn qonaqlara əlvida.Yasaq sevgi yaşamasa yaxşıdı,
Qəlbim onu daşımasa yaxşıdı.
Qəm yaramı qaşımasa yaxşıdı
Susmalıyam yasaqlara. Əlvida.Təravətin örnək olmuş güllərə,
Gözəlliyin dastan olmuş dillərə.
İncə-mincə pambıq kimi əllərə
Qardan bəyaz yanaqlara əlvidaMən sirrimi söyləmədim heç kimə,
Bu şeirdən başa düşsən incimə.
Kölgəsində dincələndə, eşqimə
Şahid olmuş budaqlara əlvida.Nüsrət Həsən