Gözlərin haqqı
Unudulmayan xatirəmsən mənim
Gözlərin haqqı,
elə darıxıram ki
Az qalır yanına qaçam...
Addım səslərindən tanıyıram səni
Gözlərin haqqı,
Gəlməsən də
özümçün xəyal qururam
Guya gəlmisən
Guya mənimsən... Bütün darıxmalarıma sənin adını vermişəm
və
bütün həsrətlərə Dəniz...
Gözlərin haqqı,
Bilirsən,
Ölməyin nəfəs almaq formasıdır darıxmaq,
Vǝ,
Əgər ölümün adı sənsənsə
Adam sənə bürünüb,
səndə dəfn olmaq istəyir,darıxdığımDəniz Bağırova