2️⃣1️⃣ SƏNLİ XATİRƏLƏR- MİRƏLƏM

9 0 0
                                    

Sənli xatirələr

Bizim xatirələrdən,nəsə düşüb yadına?
Xəyallar küçəsində,gəzib süründünmü heç?
Soyuq qış gecəsində,tir-tir əsib küçədə,
Xatirələr əlindən,tutub isindinmi heç?...

Şirin xatirələrdən, dəli kimi yapışıb,
Bir az sevinc hissinə,bir az qəmə qarışıb,
Güzgünün qarşısında, öz-özünlə danışıb,
Yanıb ağladınmı heç,gülüb sevindinmi heç?...

Xatirələr eşqinə, yaratdınmı xatirə?
Dərdi,qəmi,həsrəti, yığıb,qoyub bir yerə,
Xəyalınla dil tapıb,heç olmasa bir kərə,
Alib toy libasını,evdə geyindinmi heç?...

Xəyallarım yamyaşıl,bağdı bildiyin kimi,
Hər gün qonaq gəlirsən,onda gəldiyin kimi,
Sənsə xatirələrdən,məni sildiyin kimi,
Özün,öz xatirəndən,barı silindinmi heç?...

Mirələm

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin