Məni kim sevib ki sən də sevəsən
Özü də bilməyib sevmədiyini,
Kim ki, utanmadan sevirəm deyib.
Mən sənə sevirəm deyə bilmərəm
Bu söz çox kişinin dilinə dəyib.Məni sevməyi də ummuram səndən,
ALLAH deyilsən ki, bəndə sevəsən.
Sevə bilmirsənsə utanma məndən,
Məni kim sevib ki, sən də sevəsən.Gör məni bu sevgi nə hala salıb,
Özümə baxanda qorxuram özüm.
Vaxtında o qədər ağlamışam ki,
İndi güləndə də yaşarır gözüm.Müəllif: Mirbədəl Həsənli