Həmişə..🤍

26 3 0
                                    

İki əlimlə möhkəmcə ağzımı tutdum, hönkür-hönkür ağladığımı eşitməsin deyə. Qapının yanına çökdüm. Koridorun divarları üzərimə gəlirdi. Nəsə ürəyimi əsir almışdı və bu çox ağrıdırdı. Bir an nəfəs ala bilməyəcəmmiş kimi hiss elədim, o qədər canım yandı ki,  onun qəlbində olubda yanında ola bilməmək...

Xatirələr hamısı yalan, gecələr hamısı yalan, qəlbim yaralı dayanmır qanı və gözlərim yağış əvəzi damdırır damlaları...

Səni istəyirəm Mətin,heç vaxt istəmədiyim qədər çox. Görmək istəyirəm Mətin, heç vaxt görmədiyim qədər çox. Səni sevmək istəyirəm Mətin, heç vaxt sevəbilmədiyim qədər çox, əvvəlkindən daha çox,amma qürurum izin vermir. Qəlbim qaçsa da sənə tərəf hisslərim səndən qaçır, gözlərim səndən qaçır, xəyallarım səndən qaçır. Çünki sən onların baş tacı etdiyi sevgilərini bir qələmdə silib atmışdın,çünki sən aldatmışdın məni, çünki sən xəyanət etmişdin...
Dönməyimə ümid var bəs? Çıxıb gedəcəm buralardan, həmdə çox uzağa, sənsiz bir yerə, səni unudacağım bir yerə.

Həmişə sevəcəm səni, geri dönməsəm belə.  Əllərim sənə görə qıydığım saçlarıma getdi, yenidən uzanıb öz yerlərini tutmuşdular. Yadındadır sənlə tanış olduğumda qısaydı saçlarım,sən sevirsən deyə daha da həvəslə uzatmışdım. Axı deyirdin 'saçlarını çox sevirəm'. Bu dəfə özüm istədim deyə deyil, sən sevirsən deyə xəyanətindən sonra qıymışdım olara təkrardan...
Mən sırf sən yaraşdırırdın deyə bir ildir geyinmirəm o rəng geyimləri.Bilirsən bu nə deməkdir? Sevgisiz olmağım deyil bu, xəyanətindir...
O biləklik, səndə olan, hansı ki, tapıb qaytarmışdın mənə qəzadan sonra, bax o biləklik, bir daha əsla taxmamışdım qoluma onu...
Bəs o ətir, o yazı, o kitab? Sənin sevdiyin şeylərdən uzaqlaşmışdım xatırlamayım deyə səni. Təkrardan sevməyim deyə səni, o mahnını dinləməmişdim...

Özümdən üzr istəyirəm, mən buna layiq deyildim. Ən çox yandıranıysa mənim canımın çox yanacağını bilməyin idi. Ruhumun zərif olduğunu bilməyin idi, hər şeyi beynimin içində dolandırdığını bilməyin idi...

Üzr istəyirəm Mətin,amma mən dözə bilmirəm. Artıq yanında qala bilmərəm. Gedəcəm buralardan. Bəlkə də gəlmişdi artıq ayrılıq zamanı..

Qovuşmadan ayrılan iki aşiqin hekayəsi və aradakı o incə xətt. Üzrlü say, heç dostda qala bilmərəm sənlə, çünki nə qədər uzaq olsan o qədər tez unudaram səni. Bu anda titrədi telefonum, baxdım gələn bildirimə.

'Mənə məni sevmədiyini söylə Fərrin,yoxsa qala bilmərəm sənsiz'

'Yalanı sevmədiyimi bilirsən' deyə cavab yazdım. Daha sonra heçnə yazmadan atdım onu əngələ.

Üzr istəyirəm Mətin...

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin