Mətinin Aysundan ayrıldığını öyrənmişdim. Fərq edən nə olmuşdu bəs? Heçnə...
Qəlb qırıqlığı elədə tez keçmir,hələ söhbət sevgidən gedirsə heç keçmir. Aysun hələ də onun ətrafında fırlanırdı. Onların heç birini anlaya bilmirəm, gücüm çatmır. Yerə baxmağı kəsib,başımı yuxarı qaldırdım. Yenə Mətinlə göz-gözəydim. İstəmirəm, niyə baxırsan axı bu qədər? Bezmişəm artıq sənin baxışlarından. Heçmi utanmaz bir insan?
Ayağa qalxdım,gözlərimi ondan qaçırtdım və Şəbnəmə hara getdiyimi deyib,dənizə doğru yollandım. Sakitlik lazım idi və bu onu görə-görə olmurdu. İçimdəki o qəribə narahatlıq hissinədə qalib gələ bilmirdim. Dərindən of çəkdim və geriyə baxdım. Artıq görsənməyəcək qədər uzaqlaşmışdım onlardan. Nəhayətində çatmışdım.
Dərin bir yalnızlıq hissindən sonra dənizin kənarına oturdum. Özümə əzab verməkdən zövq aldığım üçün, dənizin məni xatirələrə boğmasına izin verdim. Sanki nəfəsim çatmırdı. "Bu da belə keçdi" deyə düşünərkən üzərimə bir kölgə düşdü. Başımı qaldırıb kölgənin sahibinə baxdım. Doğru təxmin etdiniz,təkrardan göz-gözə gəldiyim şəxs Mətin idi.
-Yanın boşdu?
-Aha
Yanıma oturub diqqətlə üzümə baxdı. Daha sonra gülümsəyib,dedi:
-Çox sakitsən bu gün.
-Biraz elədi,hə.
-Niyə? Yenə de içindən keçənləri,susma belə.
-Mən sussamda itirdim, danışsam da. Yəni bir mənası qalmayıb sözlərin.
-Onda heç danışma,amma gözlərini də çəkmə gözlərimdən.
-Bu dəfə bacarmaram Mətin. Olan bu qədər şeydən sonra güvənə bilmirəm sənə.
-Bilirəm,hər nə desən haqlısan,amma bax. Dəniz belə susub bu uzaqlığımıza. Dəniz belə sakitdir,görürsən?
-Elədir.
-Heçmi şansım yoxdu?
-Bilmirəm.
-Çox sevirəm,çox sevirsən,axı niyədir bu inad.
-Xəyanət etdiyini unudursan.
-Nə desən haqlısan ,amma dözə bilmirəm artıq. O qədər qorxuram ki, başqa birini sevməyindən. O qədər qorxuram ki, çıxıb getməyindən.
-Əslində düşünməmişəm desəm yalan olar.
-Bilirəm. Mən sənin qədrini bilmədim, amma Fərrin bir daha olmayacağını məndən daha yaxşı bilirsən. Yaşatmayacam birdə bunları sənə.
-Onda da bənzərini demişdin.
-Tərk eləmə dənizi.
-Aldatdın dalğaları.
-Gözləri şeir qadın,tərk etmə məni misralara. Həbs etdiyin sətirlərdən etmə məhrum məni. Bağışla,inad etmə bu qədər. Sevə bilmərəm bir daha səndən sonra. Bacarmaram bunu səni bu qədər çox sevərkən.
-Məndə sevirəm Mətin. Aldatmıram səni,yalandan unutmuşamda demirəm,amma bir daha sənə necə inanaram?
-Yeni bir səhifə açaq sənlə. Yenidən,ən başdan.
-6 il Mətin,6 və ilk sevgim. Zarafat gəlir deyəsən sənə hər şey. Necə silim 6 ilimi?
-Silmə. Gedər hər şey Fərrin. Mənə görə dəyməz o qədər xatirəni silməyinə. Davamını yazaq bəlkə?
Gözlərim dolu-dolu gülümsədim, başımı sağa-sola elədim. Bunun yox demək olduğunu anlamış ki, köksünü ötürdü. Boğazım düyümləndi. Təkrardan gözlərinə baxdım. Gözlərinin dolacağını düşünməmişdim. Sonra üzümə baxdı.
-Sən gəl deyənə qədər,mən əsla getməyəcəm səndən, dedi.
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...