Qürur idi bu? Bəs qürur deyilsə nə idi?
🌙
Məkandan içəri girdiyimizdə Ülkəri gördüm. Hədiyyəsini verib təbrik etdim daha sonra isə bizimkilərin yanına keçib söhbətlərini dinləməyə çalışdım.
"Əslində o heç belə deyildi. Yəni dəyişdi məncə. Əvvəl belə etməzdi"dedi Ülkər. Söhbətin Fuaddan getdiyi açıq aydın bəlliydi.
"Yəni məncə də dəyişib."dedi aramızdan biri.
Mahir isə "Əşi boş ver keçib gedər"dedi. Bir neçə rəylər gəldi daha sonra bu haqqda. Mən isə danışmadım və ancaq qulaq asdım, çünki dediklərimin bir təsiri olmayacağını hiss edirdim.
Gözlərim istəmsizcə qapıya gedirdi. Sanki Mətin hər an qapını açıb içəri girəcəkmiş kimi hiss edirdim.
1,2,3...
Səssizə qoyduğum telefonuma baxdım.
1 adam 9 mesaj...
Digərlərini oxumadan axırıncı mesaja baxdım.+055...
Gəldin deməli
Səndən icazə alacaqdım?✅
Qulağıma pis səslənmir
Ama bunu etməyəcəyini
Bilirəm
Kimsəne sən?✅
Tanımayacaqsan
Tanımayacamsa nəyinə lazımdı sənin mənə yazmaq?✅
Nə etmək fikrindəsən?✅
Sadəcə danışmaq istədim
Nəysə✅
Bu arada
Gözəl görünürsən
SƏNƏ NƏ MƏNİM NECƏ GÖRSƏNMƏYİMDƏN?✅
Bayırdakı oğlanı da görmədim sanma
Kimi?✅
Bəlkə sən həmin o adamsan?✅
İnandırım səni ki,
Mənim onunla heç bir əlaqəm yoxdur.
Daha mənə niyə deyirsən?✅
Tanış adam olduğunu düşünürəm✅
O səbəndən də qırıcı cümlələr işlətmək istəmirəm✅
Ona görə sağol✅
Yaxşı
Sağol
Amma bir gün tanışın olmadığımı öyrənəcəksən
Telefonumu söndürüb çantama qoydum. Bu hər kim idisə Mətin də ola bilərdi. Bu səbəbdən də çox da ağır danışa bilmirdim. Mənim M hərifi ilə başlayan çox az tanışım var axı...
"Hər kəs qalxsın ayağa. Oturmağa gəlməmisiz. Hamı əylənsin" dedi Ülkər. Sadəcə gülümsədim. Bir neçə mahnıdan sonra həzin mahnı çaldı. Mahir mənə yaxınlaşdı və
"Rəqs etmək istəməzsən?"deyə sual verdi.
Tam o sırada Ülkər gəlib "Niyə istəməz? Səhərdən yerindən tərpənmir. Bir zəhmət qalx Fərrin"dedi. "Yaxşı" dedim və ayağa qalxdım.
Mahirlə rəqs edirdim, amma Mətin idi ağlımdakı. Mahir nəsə danışarkən sanki onu eşitmirdim, sadəcə başımı tərpədirdim.
"Allahım kaş Mətinlə rəqs etsəydim..."dedim içimdən. Nəhayət mənə 1 saat uzunluğunda gələn mahnı bitdi və yerimə qayıda bildim.
Daha sonra Nayino oxundu. Dalıb getdim bir yerlərə və qapının açıldığını hiss edib çevrildim qapıya tərəf. Təəssüf...
Mətindən heç bir iz yox idi. Biraz keçəndən sonra evə getmək qərarına gəldim. Atama zəng vurdum o isə işi olduğunu və bitər-bitməz arxamca gələcəyini söylədi. İşinı davam etməsini söylədim və avtobusla gələrəm dedim. Abartılı geyinmədiyim üçün avtobusla getməyim problem olmazdı. Saata baxdığımda 17:35 olduğunu gördüm. Ülkərlə sağollaşdım və işim olduğunu dedim. Oda anlayışla qarşıladı məni və məkandan çıxdım.Mahir hər nə qədər "səninlə gəlim" desədə razılaşmadım. Yalnız qalmağa ehtiyacım var idi bu gün.
Dayanacağa gəldim və oturdum. Burası bom-boş idi. Avtobusu gözləyən heç kim yox idi ətrafda. Qulaqcığımı çıxarıb musiqi saldım.
"Yağma yağmur, yağma. Bizi temizlemez senin suyun..."
Cümlələr təkrarlandı beynimdə. Daha sonra yanımda bir hərəkətlənmə hiss etdim. Başımı sağ tərəfə çevirdim. Qulağında qulaqcıqla biraz uzağımda oturmuş birini gördüm...
Mətin?
Gözlərim dolarkən, balaca bir gülümsəmə yerləşdi üzümə. Daha sonra üzü mənə tərəf çevrildi və gülümsəməm soldu bir anda. Başımı xəfifcə aşağı saldım. Saçlarım yandan üzümü örtərkən, bir damcı süzüldü yanağımdan.
Tez göz yaşımı silib saçımı qulağımın arxasına apardım. Baxdığını hiss edirdim.
Yox, olmaz. Mən baxmamalıyam. Baxmamalıyam...
Qürur...
Sevgidə qürur olmaz deyirlər, amma var. Məsələn yazdığım heç bir mesajı ona göndərə bilmirəm, üzünə baxa bilmirəm, danışa bilmirəm və daha nələr,nələr...
Bir gün sevgi qürura qalib gələcək. O gün bəlkə də çox qəlblər birləşəcək...
🌙
"Bəlkə sən həmin o adamsan?"

ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Literatura Feminina'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...