Heç gözləmədiyim bir şey edib baş vurdu dənizə. Heyrətlənib ona baxmağa davam elədim. Dəlirmişdi hər halda, biləkliyi tapa biləcəyini düşünmürdü elə deyilmi?
Bir neçə dəqiqə sonra çıxdı suyun içindən. Yaxınlaşdı və gülümsədi. Ovucunu gözümün önünə gətirib,yumruq etdiyi əlini açdı və biləkliyi ovuc içimə qoydu. Qollarını açdı və mən istəmcissə bərk-bərk sarıldım ona. Və ardından yağış yerinə damlayan gözyaşları.
"Bağışla məni" dedi.
"Bu son dəfədir. Daha artığını qaldıra bilmərəm, Mətin." dedim. Üzümü əllərinin arasına alıb gözyaşlarımı sildi.
"Bir daha əsla olmayacaq. Səni sevirəm"dedi.
"Səni sevirəm"
Hər kəs ikinci bir şansa layiqdir əslində,amma xəyanətdə yox. Əslində başqa birinə baxmaq belə xəyanətdir, kaşki anlasanız bunu. Biriləri vardı, hər qışda ilişsək bahar gəlməz deyirdilər. Qəribədir, onda niyə qışlar yaşanır ki? Olmaz həmişə bahar olsun? Olmaz aldatmayasınız sevdiklərinizi?
"Ürəyimdə sən varsan,amma ağlımda nə var onu bilməzsən" deyən birinə güvənməyin əsla. Sevgidə xəyanət olmur, sevgidə qəlb ayrı, ağıl ayrı olmur. Qəlb birini sevib, ağıl başqasını düşünməsi sevgi demək deyil artıq. Eşq ayrı, xoşlanmaq ayrı. Bu qədər insan sevdiyindən ayrıykən, yanınızda olanın qədrini bilin və sevmədiyiniz birini yanınıza almayın. Özünüzə olmasa da qarşınızdakına hörmətiniz olsun.
Qəlb qırmaq bu qədər asan olmamalıdır,çünki onun ahını qaldıra bilməzsiniz.
Sevin və bağışlayın doğru insanları,amma sizə hər dəfəsində yalnış edənləri deyil. Səhv bir dəfə olar, ikincisi artıq tərcih və seçimdən ibarətdir. Həyatda hər şeyin ən yaxşısına layiq olduğunuzu unutmayın. Yalan çirkabına düşməmisizsə əgər...
Nə sərtlərin,nə də sevginin xaini olmayın. Və əgər bir gün rastlaşsanız xain insanlarla əsla yıxılmayın. Çünki ən yaxşısına layiq olmaq üçün ən çətin yollardan keçməliyik. Bu yolun sonunda mükafat böyük bir xoşbəxtlik olacaq buna inanın. Doğru insan ən sonunda gəlib tapacaq sizi,çox sevəcək, qıymayacaq və incitməyəcək. Addımı səndən gözləmədən hər səhvində gəlib üzr istəməyi biləcək, sənin gözündən axan tək bir damla belə canını yandırarkən səni sevməkdən əsla əl çəkməyəcək. İnan mənə, insanlar yalan deməyi sevsələrdə, bir yerlərdə hələ də canından çox sevə biləcək insanlar var.
Yanımda çox dedilər, sevgi yalnışdı,sevgi boşdur deyə. Dediklərinə görə qarşı cinsin gözü ancaq başqalarında olurmuş. İnsanların uydurduğu bu bəsit yalana inanmayın. Elədirsə niyə bu qədər acı çəkənləri görmüşəm? Qarşılıqsız sevsələr belə başqasına baxmayan insanlar tanıdım mən,bunu necə izah edərlər bəs?
Gözləmləməyə çalışın və öz qərarlarınızı özünüz verin. İnsanlara aldanmayın, hələ nəfəsi yalan olanlara əsla...
Bu Mətinlə Fərrinin hekayəsi idi. Əsl sevənlər qovuşur bunu unutmayın. Allah heç birləşməyəcəyini düşündüyünüz qəlbləri belə birləşdirər və nə olduğunu,necə olduğunu anlamazsınız belə.
Bu qədər insanın arasından əlbət sənin də yarın gəlib səni tapacaq. Yarım qalan hissən tamamlanacaq. Sevginin və eşqin var oluşuna inan və yalanlardan uzağa qaç. Ən əsası isə sevgini axtarma. Yanıla bilərsən. Unutma bəzən sevgi sənin burnunun ucundaykən görməzsən və bəzən çox uzaqdaykən yaxında axtararsan. Ona görə də sadəcə dua et.
Nə gözəl duadır: "Allahım könlümü yalnış insanlarla yorma."
Bir gün hər şeyin ən gözəlini yaşayacaqsan. Sadəcə inan. O zaman əsl xoşbəxtlik səni tapacaq.
Hekayənizin sonunun xoşbəxt bitməsi diləklərimlə...
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Genç Kız Edebiyatı'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...