Kiçik izlərdə gizlənmişdi bəlkə də eşqimiz...
🌙
Asta addımlarla xəstəxanaya daxil oldum. Bir neçə saat keçmişdi buradan çıxmağımın üstündən.
Çiçəklərin tikanları əlimi qanadmışdı. Bunun yanında isə məktubum vardı Fərrinə çatacaq. Qan damcısı zərfə damlasada əlimdə başqa bir zərf olmadığından həmin zərfi vermək məcburiyyətində idim. Otağa tərəf getdim. Heç kim yox idi. Yəqin ki, hamı aşağıda idi. Həkim köməkçisi otaqdan çıxdı."Xanım mənə kömək edə bilərsiz?"dedim.
"Buyurun?"dedi.
"Bu çiçəkləri içəri necə qoya bilərəm? Suyun içinə qoyulmasalar solarlar"dedim.
"Güldan var içəridə. İndicə su dolduraram içinə. İçəri gəlin, amma sakit olun, çünki yatıb" dedi. İçəri girdik. Güldana su qoyduqdan sonra gülləri qoydum.
"Xanım bağışlayın yenə narahat edirəm. Mən bu məktubu ona necə verə bilərəm?"dedim.
Gülümsədi və "Verin mən verərəm ona. Siz narahat olmayın. Əminəm çox sevinəcək. Bir sual verə bilərəm həddim olmayaraq?" dedi.
"Buyurun"dedim. Sualı təxmin etmişdim.
"Siz bu qızı əvvəlcədən tanıyırsız hə?"deyə soruşdu. Güldüm.
"Çox bəlli olur?"deyə soruşdum.
"Mən tez gördüm deyim" deyə cavabladı.
"Hər şeyə görə çoxsağolun" dedim.
"Siz sağolun" dediyindən sonra otağı tərk etdim və üstümdəkiləri dəyişdirmək üçün evə doğru yol aldım. Nə də olsa gələcəkdim Allahın izniylə.
Səhər (06:25)
🌹
Fərrinin dilindən
Gözlərimi günəşin şüalarının üzümə vurması ilə açdım. Üzüm pəncərəyə tərəf çevrili idi. Burnuma gələn xəfif qoxu ilə üzümü sola tərəf çevirdim.
"Qızılgül?"
Heyrətlə qızılgüllərə baxdım. Bunu bura kim qoymuşdu belə?
Yanıma gələn həkim köməkçisinə gülümsədim.
"Sabahın xeyir. Özünü necə hiss edirsən?"deyə soruşdu.
"Sabahın xeyir. Yaxşıyam, sadəcə biraz ağrıyıram. Bu qızılgüllərdən xəbərin var?"deyə soruşdum.
"Deyək ki, var" dedi və gülümsədi. Sonra sözünə "Həm başqa şeylərdən də xəbərim var" əlavə eddi. Gedib əlində zərflə gəldi. Sonra isə zərfi mənə verdi.
Gülümsədim. Deyəsən kimin yazdığını bilirdim. Zərfi alarkən gözüm üzərindəki qan ləkəsinə dəydi. İstəmsizcə qızılgüllərdən birinə getdi əlim. Barmağım tikanına batdı və qanadı. Qan izinin yanına bir balaca damcı da mənim barmağımdan damladı. Deyəsən ilk dəfə idi əlimə tikan batdığı üçün sevinmişdim.
Bəzən batan tikanlarda sevindirərlər...
Zərfi açdım və içindəki kağızı oxumağa başladım.
🌙
Bütün qızılgüllər sənədir. Bilirəm bu sənin etdiklərinin və mənim sənə qarşı etdiklərimin qarşısını verməz, amma yenə də vermək istədim. Günahkaram. Bağışla məni. Mən az qalsın səni canından edəcəkkən sən məndən şikayət belə etmədin. Sənə nə yaxşılıq etmişəm ki, qarşılığında bu yaxşılığı mənə edirsən? Cəzalandır məni. Bəlkə biraz vicdan əzabım sönər. Bir daha çox-çox üzr istəyirəm...
Mətin
🌙
Vərəqi qatladım və təkrardan zərfin içinə qoydum. Duyğularımı təsəvvür edə bilməzsiz yəqin ki. Bəlkə də ağlımı itirirəm yavaş-yavaş. Hansı insan ölümün ağzından dönərkən belə davranar?
Ah, sevgi. Allahım nələr-nələr yaşadırsan bizə...
Gözlərimin dolduğunu hiss etdim. Sanki yazdığı hər sətir beynimə işləyirdi. Uzaq yerlərə dalıb getmişkən, həkim köməkçisinin mənə tərəf uzaddığı vərəq və qələmə getdi gözlərim.
"Bəlkə sən də cavab yazmaq istəyərsən" dedi gülümsəyərək. "İstəyərəm"dedim. Əlindəkiləri götürüb həyacanla yazmağa başladım. Bitirdikdən sonra qatlayıb Mətinin gətirdiyi zərfə qoydum. Əlbəttə içindəki məktubu çıxardıqdan sonra.
"Bunu ona verə bilərsən?"deyə soruşdum.
"Niyə də verməyim? Lakin bir söz deyim də. Məncə sən özün versən daha yaxşı olar"dedi.
"Doğurdan?"deyə soruşdum.
"Əlbəttə. Mən versəm bəlkə də sənin verəcəyin qədər məna daşımaz." dedi.
"Axı mən ona necə verim? Bizimkilər nə başa düşərlər?"deyə sual verdim.
"Pərdəyə bax"dedi. Pərdənin qapalı olduğunu gördüm.
"Qapalıdır"dedim.
"Bu nə deməkdir?"
"Nə deməkdir?" deyə sual verdim.
"Deməli onlar səni görmürlər və mən sən yatmısan bəhanəsi ilə heç kimi içəri buraxmıram" dedi.
"Yəni?"deyə sual verdim.
"Yəni indi bir istisna eləyəcəm." dedi və
"Sən təzədən yat" deyib göz qırpdı.
🌙
"Bağışla məni..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...