Məsafələr...✈

169 18 33
                                    

Bir adam vardı, xanımına hər gün yenidən aşiq olurdu. Bir xanım vardı, adamına hər gün yenidən vurulurdu...

🌙

Çarpayımdan qalxdım və pəncərəni açdım. Daha sonra aşağı-bizimkilərin yanına düşdüm. Gülümsədim bu hallarına. O qədər məşğul idilər ki gəldiyimi görmədilər belə.

Balaca dünyamın böyük insanları...

Həyatıma məna qatırdı ailəm. Onlar xoşbəxt olarkən mən də xoşbəxt olurdum. Onların işlərini pozmadan sakitcə mətbəxə keçdim. Biraz keçmişdi ki, qardaşım gəldi.

"Bacı" deyə səsləndi.

"Buyur"dedim.

"Çay süzərsən? Sənə söz deyəcəm"dedi. Gülümsədim və

"Niyə də süzməyim? Keç otur gətirirəm"dedim və fincanları götürdüm. Çayı süzdükdən sonra şirniyat ilə birlikdə masaya qoydum və özüm də qardaşımın yanında oturdum.

"Çoxsağol"

"Sən sağol. Nə deyəcəkdin?"dedim.

"Kimya."

"Kimya nə?"

"Başa düşmürəme mözvunu başa salarsan?"dediyində güldüm.

"O qədər ciddi danışdın ki, sənə söz deyəcəm falan məndə dedim nə deyəcək"dedim.

"Çox ciddi oldu?"

"Aha"dedim və güldü.

"Başa salarsan?"

"Aha. Gətirim kitabımı sən də get gətir başa salım"

"Yaxşı"dediyində ayağa qalxdım və otağıma kitabı götürməyə getdim. Otağıma girdiyimdə soyuq olduğunu fərq etdim. Pəncərəni açıq unutduğumu xatırladım və pəncərəni örtmək üçün yaxınlaşdım. Səslər gəldi qulağıma.

"Bu səs?" deyə fısıldadım. Pəncərəmdən bayıra baxdım.

Ola bilməz...

Bu o ola bilməz...

Pəncərəmi örtüb qəlbimi tutaraq önündən çəkildim.

"Sən sadəcə xəyal görürsən. O burada nə gəzir? Beynin qalıb yanında ona görə belədir"deyə yalan yalnışdan özümü ovutmağa çalışdım.

Olur ki bəzən yalanlarla ovuduruq qəlbimizi. Xəyal olduğunu düşündüklərimiz gerçək, gerçək olduğunu düşündüklərimiz xəyal olur bəzən.

Keçdi getdi zaman. Bir kitabın səhifəsini oxumaqla keçdi, ya da nə iləsə məşğul olmaqla. Fərrin üçün isə göz yaşları ilə keçdi bu saniyələr. Nəfəsi kəsilmək üzrəydi sanki. Göz yaşlarını sildi. "Sakit ol o Mətin deyil" dedi öz-özünə.
Yorulmuşdu. Gerçək ilə xəyalı ayırmaq istəmirdi artıq. Gerçəkdən görürsə belə "bu yuxudu" deyirdi öz-özünə. Çünki, uzaqdaydı, yanında deyildi.

Onsuz keçən günlər..

Bu qədər müddət az deyildi, xeyr. Kimilərinə görə heçnəymiş. Kim nə bilərdi axı, yaxını uzaqda olmasa bu hissi?

Otağının qapısı döyüldüyündə tez göz yaşlarını sildi, gizlətməyə çalışdı. Sonra səsinin titrəməyəcək şəkildə olması üçün əlindən gələni etdi.

"Gəl"dedi. Qardaşı içəri girdi.

"Nə oldu kitabı tapa bildin?"

"Hə buradadır. Gəl gedək"dedi və kitabları əlinə yığdı. Birlikdə aşağı düşdülər. Fərrin qardaşına dərsi başa saldıqdan sonra otağına qalxdı təkrardan. Titrək əlləti ilə otağın pəncərəsinə tərəf getdi. Boğazı düyümləndi sanki. Yavaşca pəncərəni açdı və bayıra baxdı. Budur heç kimsə yoxdur...

Ya yenə gözləri yanıltmışdı onu, ya da gerçəkdən Mətin buraya gəlmişdi. O isə inanmırdı buna. "Mətin oraları qoyub bura gəlməz ki" deyirdi öz-özünə. Bəzən də ümidləndirirdi özünü "bəlkə bir gün qayıdar" deyə.

Kimi insanlar yanındaykən qədrini bilməz, kimi insanlar sən uzaqdaykən sənin üçün Allaha dua edərlər...
Doğrudur, yanında olan üçün də dua edən çox insan var. Uzaqda olanını yadına salmayanların olduğundan daha çoxdur yəqin ki, amma insanın dəyər verməsindən asılıdır çox zaman bu..

Məsafələr və qarşılıqsız belə olsa sevənlər...
Çox bərabərlik yaza bilərdik, ixtisarlar aparardıq... Toplayardıq, çıxardıq və vurardıq, bir də bölərdik...

Amma nə fərqi var idi bunu etməyimizin?

🌙
"Kimi insanlar yanındaykən qədrini bilməz, kimi insanlar sən uzaqdaykən sənin üçün Allaha dua edərlər..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin