Ağladığına əminəm...💫

50 7 0
                                    

Çəkilərəm bir qırağa, yaşa məni xatırlamasanda...

🌙

Biraz keçəndən sonra Baharın köməyi ilə Fərrini görə bildim. Yanına oturdum. Niyə etdiyimi bilmədən əlini ovuclarımın arasına aldım. Gülümsədim.

"Fərrin"dedim...

"Oyandığında məni xatırlayıb, xatırlamayacağını bilmirəm. Hətta deməsi nə qədər çətin olsa da oyanıb oyanmayacağını belə bilmirəm. Amma sən güclü qızsan. Allahın izniylə oyanacaqsan, bilirəm...
Bağışla məni xahiş edirəm. Yenə qoruya bilmədim səni. Yenə zərər dəydi sənə...
Canımdan can getdi mənim. Niyə belə olduğunu bilmirəm. Bəlkə sən səbəbini bilirsən?
Sən oyan yetər ki, məni xatırlamasan da olar...
Məni unut, amma yaşa. Yaşa deyirəm, çünki mənsiz də xoşbəxt ola bilərsən, mənim kim olmadığımı bilməsən də...
Nə olar Fərrin həyatdan vaz keçmə...
Bayırda səni gözləyən onca insan varkən əsla gücünü itirmə. Hətta Mahir şərəfsizi də oradadır bilirsən? Nə qədər get dedimsə getmədi. Onun deyil mənim yanımda olmağını istəyirəm. Niyəsini soruşma nə olar...
Niyəsini bilmirəm...
Mənim üçün dəyərlisən Fərrin, dəyərlisən..."dedim. Başımı aşağı saldım və gözlərimi yumdum. Dünyam qaralmışdı sanki...

Birdən Fərrinin buraxmadığım əli hərəkət etdi, əlimi tutdu. Həyəcanla üzünə baxdım. Daha sonra pıçıldadı sanki. O məni eşidirdi, eşidirdi...

"Fərrin buradayam, yanındayam."

Allahım kömək ol, Rəbbim nə olar kömək ol...

Daha sonra aparatdan gələn bir səs və Fərrinin gözlərini açdığı o an...
Baharı çağırmaq istədim, amma geri oturdum.

"Fərrin?"deyib üzünə baxdım. Boş gözlərlə gözlərimə baxdı. İlk dəfə idi belə ifadəsiz baxmışdı üzümə...
Qorxduğum sualı verdim,

"Sən, sən məni xatırlayırsan?"

Gözünün qırağından bir damcı axdı, sanki danışmaq istəmirdi.

"Fərrin məni xatırlayırsan?"deyə təkrardan soruşdum. Yataqda oturaq vəziyyət aldı. Sonra diqqətlə baxdığım gözləri hələ də buraxmadığım əlinə doğru getdi. Təkrardan baxışlarını mənə yönəldib,

"Mətin?"dedi. "Allahım şükür, şükür Rəbbim şükür"dedim və nə etdiyimi bilmədən qucaqladım. Ağladığına əminəm...

Ondan ayrılıb gözlərini sildim və gülümsədim. "Mən Bahara xəbər verim gəlirəm"dedim. Otaqdan Baharın otağına keçdim. Otaqda oturan Baharı görməyimlə

"Bahar Fərrin oyandı. Məni xatırlayır."dedim gülümsəyərək.

"Ola bilməz. Axı həkim yaşasa belə xatırlamayacaq demişdi"dedi və cəld addımlarla qapıdan çıxdı, Fərrinin yanına getdi. Mən də ardınca getdim. Bahar donub qalmışdı.

"Mətin, axı bu necə oldu?"dedi mənə baxaraq. "Bilmirəm"dedim. Fərrinə yaxınlaşdı və onu qucaqladı,

"Yaxşısan?"deyə soruşdu gülümsəyərək. Fərrin gülümsədi və "Şükür çox yaxşıyam"dedi.

"Fərrin sən bizi xatırlamamalıydın. Həkim elə demişdi"dedi daha sonra.

"Deməli həkim nəyisə yalnış bilib"dedi Fərrin. Bahar mənə baxaraq "Get üzərini dəyişdir bayıra çıx. Birazdan gəlib Fərrinin oyandığını deyəcəm"dedi. Başımı "yaxşı" deyərcəsinə aşağı yuxarı tərpədərək otaqdan çıxdım. Lakin qapını biraz aralı qoydum. Nə danışacaqları çox maraqlı idi mənə.

"Fərrin doğurdan axı sən? Sən necə oldu bu qədər tez xatırladın hamını?"deyə sual verdi. Fərrin isə cavabında,

"Bəzi adamları unutmalı olsan belə unuda bilmirsən"dedi. Bu nə demək idi?

İstəmsizcə gülümsədim və otaqdan bayıra çıxdım. Otağın qapısı pilləkənə tərəf açılırdı, amma fərrinin otağının qapısı digər küncdə qalırdı deyə bizimkilər də divarın arxasında qalmışdılar. Özümü toplayıb heçnə bildirmədən təkrardan onların yanına gəldim. Biraz sonra Həkim Fərrinin otağına girdi.

Anam mənə baxıb,

"Haradaydın ki, sən?"deyə sual verdi.

"İşim var idi"dedim və sualın cavabından qaçmağa çalışdım.

Biraz sonra Bahar otaqdan çıxdı və

"Gözünüz aydın Fərrin oyandı. Başqa yaxşı xəbər isə hər şeyi xatırlayır"dedi. Hamı sevindi. Fərrinin anası,

"Onu görə bilərik?"deyə soruşduğunda. Bahar "əlbəttə" cavabını verdi. Fərrinin anası ilə anam, həm də Ülkər Fərrinin yanına getdilər.

Daha sonra Mahir "mən də görə bilərəm?"deyə soruşdu Bahardan. Üzünə nifrətlə baxıb,

"Get dedim getmədin, amma bir daha Fərrinə sözlərin təsir eləsin deyə səni içəri buraxan deyiləm. Mən ölməmiş sən o otaqdan içəri girməyəcəksən!"dedim.

Şərəfsizə şərəf dərsi öyrətmətin vaxtıydı...

🌙

"Bəzi adamları unutmalı olsan belə unuda bilmirsən..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin