Allah unutdurmasa...🌙

114 12 13
                                    

Sənin yaşadığını yaşamırsa bir şəxs, halını hardan bilər ki?

🌙


Üzümü təkrardan dənizin sularına çevirdim. Bəzən hiss edirik axı kiminsə bizə baxdığını. Sanki hiss edirdim mənə baxdığını, amma təkrardan cürət edə bilmədim üzünə baxmağa. Tam o sırada dənizdən çıxan Elayı və bizim qızları gördüm. Elay qardaşının yanına gedərkən gözlərimə qardaşına baxmağı qadağa etdim. Ən azından bir anlıq. Bizim qızlar mənə yaxınlaşarkən, Elayın da bizə tərəf gəldiyini gördüm. Hamısı bir dairə halında yanıma oturdular. Üzümü onlara tərəf çevirdim. Elay yerindən qalxıb yanıma gəldi.

"Burada əyləşə bilərəm?" dedi və boş qalan yan tərəfi göstərdi.

"Əlbətdə. Gəl" dedim və gülümsədim. Yanıma oturarkən əlinin yumulu olduğunu gördüm. Daha sonra diqqətimi əlindən çəkdim. Bizim qızlar yenə söhbətə qızışmışkən Elay qulağıma

"Sənə bir şey verəcəm"dedi.

"Nə verəcəksən?"deyə pıçıldadım. Onun gülümsəməsinə qarşı gülümsəyərək.

"Al"dedi və ovucunun içindəki əşyanı ovucuma qoydu. "Təşəkkürlər. Bunu nəyə borcluyam?"deyə soruşdum əlimdəki balıq qulağına baxarkən.

"Heç nəyə borclu deyilsən. Sadəcə sənə qalsın. Məncə sənin buna ehtiyacın var"dedi.

Sadəcə sənə qalsın?

Məncə sənin buna ehtiyacın var?

"Niyə ki?"deyə soruşdum beynimdəki suallara cavab axtarmaq istərcəsinə.

"Bəzən xatirələr toplamaq istəyirik və bəzi istəklərimizi edə bilmirik və ya kimlərinsə yadından çıxırıq elə deyilmi? Bu da sən də qalsın ki, hər gördüyündə bizi xatırlayasan"dedi və məni qucaqladı. Ona qarşılıq verdim. Sonra isə titrək və pıçıltılı çıxan səsimlə"Allah unutdurmasa sizi əsla unutmaram " dedim. Bizdən bir neçə addım uzaqda oturmuş Mətinə baxarkən onunda mənə diqqətlə baxdığını gördüm. Göz yaşlarımı sərbəst buraxdım və gülümsəməyə çalışdım. Yenə gözlərimi gözlərindən ayırmadı və yenə o baxışlarla baxdı mənə. Gözlərim ona baxarkən ağlımda bir sual yaranmışdı.

"Biz deyərkən Mətin ilə özünü nəzərdə tutmuşdu?"

🌙
Gündəlik...

Heç gözləmədiyimiz anda baş verən qəribə hadisələr vardır ki, canımızı yandırırar və ya üzümüzü gülümsədər. Bu səfər ağlayaraq güldüm əziz gündəlik...
4 il öncə Mətinlə başlayan hekayəmin davamı hələ də gedirdi. Bu hekayəni digər heç bir hekayəmə qatmırdım oysa ki. Həyatımda gözəl bir yer edinmişdi özünə və hər dəfə bu balıq qulağına baxarkən onları xatırlayacam. Gərçi nə vaxt yadımdan çıxır ki?
Məsələn bəzən onu görmək istədiyimdə şəkillərinə baxırdım. O vaxt deyəsən təkcə mən yox, həm də o uşaq imiş. Etdiyimiz səhvlərin fərqində olmaşmışdıq,çünki...
4 il o qədərdə qısa vaxt deyil ki, gündəlik. Hər halda böyümüşük elə deyilmi?  Amma deyəsən hələ də içimdəki uşaq yaşayırdı mənim...

🌙

Keçib gedən saniyələrin həyatımızdan apardığını bilərək və çarəsizdə getdiyimiz yolların hara apardığını bilməyərək gedirik bəzən. Çarpayıma uzanmış təkrardan olanları gözdən keçirirdim. Əlimdəki balıq qulağına baxırdım.

Allahım hər şey gözəl deyilmi? Sənin yaratdığın hər şey Allahım. Hər zərrə, hər canlı, məsələn. Necə də gözəl yaratmısan Allahım. Həm bizi, həm duyğularımızı, həm də ətrafda olanları...
Bizim dualarımızı eşidirsən Rəbbim. Nə olar dualarımızı geri çevirmə və həmişə kömək əlini uzat bizə. Allahım sənsiz biz heçnəyik və səninlə dəyər görürük. Sənin yazdığın taleyi yaşayırıq. Taleyimizi gözəl eylə Ya Rəbbim. Alın yazımızı gözəl eylə Allahım.

Amin...

🌙

-Görəsən bütün acılar bitər?

+Keçər Allahın izniylə

-Bəs olmaz dediklərimiz olar?

+Olar Allahın izniylə

-İnşəAllah.

Bir gün keçər keçməz dediklərimiz və bitər bəlkə də bitməz dediklərimiz. Bizi qorxudan da bu deyilmidir elə? Əgər bir şeyə ehtiyyacın yoxdursa o sənin yanında olur, ehtiyacın olduqda isə sanki uzağa qaçır səndən. Tapmaqda çətinlik çəkirsən...
Çətin olmayan nə var ki, bu həyatda? Sadəcə biri-birinə nisbətən daha az çətinlik törədənlər var ki, biz də buna asan deyirik. Ya da tam tərsi...

Kimin dərdi yoxdur deyə axtarmış bir gün bir insan. Çox adamın yanında olmuş və çox adamın dərdini dinləmiş. Sonra bir gün biri "O adamın dərdi yoxdur yəqin. Çünki həmişə gülür. Onu qəmgin görməmişəm"deyərək başqa birini göstərir o adama. Adam yaxınlaşır göstərilən insana və biraz söhbət edir onunla. Sonda dərdi olmadığını düşünür. Gülümsəyən adam onu evinə dəvət edir və daha dərindən söhbət etməyə başlayırlar. Adam görür ki, gülümsəmədən heç bir əlamət qalmayıb digərinin üzündə və onun da dərdləri varmış. Ondan sonra başa düşür ki, hər kəsin dərdi özü üçün ağır yükdür və üzdən gülənlər bəzən heç də içdən gülümsəmirlər.
Doğurdan da hər kəsin özü üçün müəyyən qədər çətinlik törədən dərdləri var. Kimisi üçün böyük olan bu dərdlər, kimisi üçün bəlkə də çox balacadır. Çünki insanlar fərqlidir və həyatları da özləri kimi başqa-başqadır.

Eynən mən və Mətin kimi...
İki fərqli insanıq və iki fərqli həyatımız var. Bir gün bu iki həyatı birləşdirmək arzum var, amma doğrusunu Allah bilir. Ya biri-birimizin taleyində varıq və qovuşacayıq, ya da taleyimizdə biri-birimizə qovuşmaq yoxdur və əsla qovuşmayacayıq. Hər nə qədər acı gəlsə də...

🌙

"Sadəcə bizdən sənə qalsın..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin