Kül olmuş birindən "necəsən?" deyə soruşmaq haqqını kim verirdi insanlara? Üstəlik onun külləri öz alovundan idi. Yanırdı,həmdə çayır-cayır. Nə hayqırışı eşidilirdi,nə də səssizliyi.
Nəysə,əsas olan o idi ki, hələ də nəfəs alırdı. Nəfəs alırsansa, deməli hələ şansın var. Hələ də qazana bilərsən. Hələ də həyata nələrisə qata bilərsən.
Nə olursa olsun sadəcə bunu bil, insanlar sən yıxıldıqda güləcək, sən qalxdıqda heyrətlənəcək,uğur qazandığında isə yanında olmağa çalışacaqlar. Bilirsən nə vaxta qədər? Təkrardan yıxılana qədər..
Və mən sizin kimi yalanlara hakim olmayacam əsla.
Bu yol nə sənin idi,nə də ki,mənim. Yalanlarına həbs olmuş saf bir ruh idi mənimki. Danışmalı olduğum sətrlərcə susmuşdum sənə mən. Nə mənim sevgim doğruydu, nə də ki, sənin sevgin. Səninki sevgi idi mi bəs? Sorğulanar...
Etməyəcəkdim bunu özümə. Onu unutmağın üçün öz sevgimi xərcləməyəcəkdim. Yeri gəlsə tərk edib gedərəm hər şeyi,amma əsla əzdirmərəm qürurumu. Sevsəm belə...
Mən sənin etdiklərinə laiq deyildim,Mətin. İlk eşqimi də belə xərcləmişdim. Özümdənmi üzr istəyim,qəlbimdənmi, yoxsa zamanımdanmı bilmirəm. Heç olmadığı qədər ağrısa da qəlbim, məhkum olmuşdum yalanlarına. Bir tərəfim ağrıyır,həm də danılmayacaq dərəcədə. Hələ də ümidləndirirsən məni. İnanmaq gəlmir içimdən sənə və bu yolda alınacağımızı düşünmürəm. Ona yazdığın sətrləti və ona həsr etdiyin mahnıları mənə ithaf etmişdin. Məndə onu axtarırdın bəlkə də. Bunu dedikdə belə canım o qədər yanır ki,necə geri dönərəm sənə?
Ya yenə elə etsən? Sevdinmi sevmədinmi heç anlamadım səni. Sevmə məni, sənin sevginə möhtac qalmamışam. Kaşki bütün bunlar olmasaydı. Kaşki yanımda görə bilsəydim səni və inana bilsəydim sənə. Amma bir acı gerçək var, kaşkilər heç nəyi dəyişdirmir. Bəlkələrdə isə itib batırsan. Bir bataqlıqdasan və sadəcə yolun sonunun batmaq olduğunu bilirsən. Onu qəbul etsən ya ikinizdə batacaqdız,ya da xilas yolu bu idi.
Yalandan sevgimə qarşılıq verdiyinə inanmaq istəmirəm. Hələ də onun olduğunu düşünürəm beynində. İndi indi anlayıram olanların altındakı mənanı. Bircə mənə demə, demə ki, o sözü də ona demisən...
O qədər öldürmüsən inamımı ki, sanki hər an başqasıyla aldada bilərmişsən kimi hiss edirəm. Mən bu inamla necə qəbul edim səni? Yolunda qəbul etmədiyim onlarca qəlbin ahıydı bəlkə də bu. Səni və məni birlikdə görmək istəməyənlərin sevincinə qarışmışdı bəlkə də sevənlərin kədəri. Gün keçdikcə əriyirdim. Bilirsən hərdən sənə görə ağladığım onca gecəni düşünürəm. Hansı ki, göy üzü belə dar gəlirdi mənə. Ən çox yandıranı isə o idi ki, bəlkə də həmin gecələrdə sən onu düşünürdün..
İndi isə gəlirsən və bir tərəfim inanmaq istəyir sənə. Özümə haqsızlıq olmayacaqdımı bu? Bəs qəbul etməsəm unuda biləcəkdim səni? Elə bir çıxmazdayam ki, gəl desəm qürurum, get desəm qəlbim ağrıyır.
Niyə beləsən axı sən? Səndə əsir qalıb bir tərəfim, hisslərim ,amma gəlsəm gözlərin başqasına baxar deyə qorxuram.
Bir mahnı dinlədim bu gün, uzun müddətdir ki,dinləmirdim və unutmuşdum o mahnını. Ümidsiz sevgi..
Ümidi qalmışdı ki, sevgimizin? Sən yadlara məhkum, mən sevgimizə. Və axtarma məni. Mən unutsam belə keçməyəcək bu iz. Bu şəhər mənim qədər qaranlıq və yalnız. Aparsın dalğalar məni bəlkə onda soyuyar içimdəki yanğın. Dənizinə gömərsən məni, suyunda batar, torpağına qarışıb tapşıraram bəlkə canımı. Buda sevən iki aşiqin sonu. Sevən öldürmüşdü sevdiyini.Gözlərim biləyimdəki o incə biləkliyə getdi. Heç olmadığı qədər ağır gəlirdi artıq mənə. Çıxardım biləyimdən və buruqca gülümsədim. Bir dənizə birdə biləkliyə baxdım. Elə dənizə atacaqdım ki, "Etmə" dedi. Çətinliklə saxladığım o bir damla süzüldü gözlərimdən və biləkliyi dənizə atdım.
Həqiqətən sevirsən məni?

ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...