Əldə qalan xatirələr...
🌙
-Alo Mətin?
+Fərrin
-Bəli eşidirəm
+Necəsən?
-Şükür Allaha sən?
+Şükür. Nə var nə yox?
-Heçnə
+Səsini eşitmək üçün yığdım. Neçə vaxtdır zəng vurmuruq
-Hə nə bilim
+Üzr istəyirəm səndən
-Niyə?
+Orasını boş ver
-Tamam
+Niyə belə olmusan?
-Necə?
+Soyuq
-Yox, elə deyiləm. Kefim yoxdu biraz
+Niyə? Nolub ki?
-Boş ver
+Danışa bilərsən
-Bilirəm, amma bu səfərlik məndə qalsın
+Yaxşı sən deyən olsun, amma bu səfərlik
-Mətin söndürməliyəm. Dərsdəyəm müəllim gəlir.
+Yaxşı. Narahat etməyim. Hələlik
-Hələlik.Saata baxdım. Ah, Fərrin.
İndi sənin dərsin yoxdu. Yəqin ki, məndən qaçmaq bəhanəsiydi bu. Az qalıb gələcəm. Gözlə məni. Açdığım bütün yaraları bağlayacam...Onun üçün nə edə bilərəm? Üstəlik belə uzaqdan...
Ora qayıdacam!
-Bir ağlın var idi onu da itirirsən yavaş-yavaş.
+Sən ağıllısanda indi iç səs?
-Hə, əlbəttə ağıllıyam.
+Görürəm.
-Hara gedirsəne? Dəlisən? Deyəcəksən "elə belə gəlmişəm"?
+Başqa yolu var?
-Ay insan, ağlıvı başına yığ.
+Sənə nə mənim ağlımdan? Mən gedəcəm dedimsə bitdi, gedəcəm!
-Bir dəqiqə düşün. İndi belə boş-boş getdin Fərrin üzünə baxandı sənin?
+Baxmaz?
-Yox
+OffBeynimdəki səsi susdurub ayağa qalxdım. Qutuya qoyduğum biləkliyi çıxardım. Hələdə ona verməmişdim...
"Anar" deyə səsləndim. Qapını açaraq içəri girdi.
"Buyur"dedi. "Bro başımı itirdime mən"dedim. "Noldu, ay brat?"deyə təəccüblə soruşdu. Olan bitənləri dedikdən sonra gülümsədi və,
"O qız səni o qədər il sevibsə belə tez unuda bilməz. Ən azından qəlbində nəsə yara var. Yəni sən indi getsən daha da qanayacaq, olan-qalan şansında gedəcək"dedi.
"Bəs mən neyləyim?"deyə soruşdum.
"Onsuzda imtahanlarım bitməyinə 1 ay qalıb. Çıxıb gedərsən ora, alarsan qızın könlünü."dedi. Əslində qulağa məntiqli gəlir, amma ürəyimdə məntiq işləmir.
🌙
Fərrinin dilindən
1 ay sonra
Keçən günlər, keçən anlar, dəqiqələr, saniyələr...
Göz görməyincə alışırsan. Unutmadım, amma alışdım...Yavaş addımlarla məni gözləyən rəfiqəmin yanına gedirdim. Nəhayət masasına çatdım və yanında əyləşdim. Adı Şəbnəm idi.
"Xoşgəldin"dedi.
"Xoş gördüm"dedim.
"Nə var nə yox?"
"Şükür salamatçılıq. Səndə?"
"Şükür Allaha yaxşılıqdı"Biraz söhbət etdikdən sonra olmazsa, olmaz biri-Lalə gəldi. Zarafatcıl, şən biri idi.
"Qızlar, şok xəbərlərim var"dedi. Şəbnəmlə bir-birimizə baxıb, bir dildən,
"Yenə nə xəbər, ay Lalə"deyib güldük.
"Yaxşı, yaxşı zarafatı qoyun bir kənara. Xəbəri açıqlayıram"dedi.
"Açıqla"dedim.
"Hazırsız?"deyə soruşdu.
Şəbnəm "Dedə daha, ürəyim üzüldü."deyib göz süzdü. O isə,
"Universtetin böyüyünün tanışı gəlib universtetdədi indi. Yaraşıqdıye yaraşıq"dedi. Bu dediyinə göz süzüb "Lalə bitmədidə bu yaraşıq sevdan"dedim. Şəbnəm isə "Ay qız başqa söhbət yox idi? Gəlib,gəlib iki gözümüz aydın" dedi.
Əslində yaxşı qızdı sadəcə bəzən dedikləri mənasız olur. Yəqin ki, buda elə idi. Elə deyil?
Lalənin sifarişləri gələrkən Şəbnəmin qulağına nəsə fısıldadı. İkisidə diqqətlə nəyəsə baxırdılar. Niyəsə içimdən bir səs arxaya baxma dedi. Diqqətlə onları izləyərkən biri iki əli ilə gözlərimi tutdu.
"Ülkər bilirəm sənsən"dedim. Qızların gülüşlərini eşidərkən, əlimlə əllərini üzümdən çəkdim və gözümü kimin bağladığına baxdım.
"Ola bilməz"deyə bir pıçıldı qaçdı dodaqlarımdan.
"Nə?"deyə heyrətlə üzünə baxdım.
Keçən bütün illər, aylar, dəqiqələr, saniyələr gözümdə canlanarkən bütün bunların sadəcə bir xəyal olduğunu düşündüm. Bu bir yuxudur, gözümü açacam və hər şey əvvəlki kimi qalacaq...
Əllərini əllərimdən ayıra bilməzkən göz yaşlarımın əsiri olmamaq üçün özümü məcbur edirdim...🌙
"Göz görməyincə alışırsan..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...