Gündəlik...✒

52 4 2
                                    

Bir sirr, bir gündəlik...

🌙

Tam xəstəxanaya girəcəkkən Fərrinin anasıyla, anam xəstəxanadan çıxırdılar. Yanlarına yaxınlaşdım və

"Gedirsiz ki?"deyə soruşdum.

Anam "Hə oğlum biz gedək həm Fərrinin atasıyla qardaşı da atan da buradadır. Anası Fərrinin bəzi əşyalarını gətirəcək"dedi.

"Mən apararam sizi maşınla"dedim.

"Yox, oğlum narahat olma. Mən gedərəm. Rahimə siz gedin"dedi Fərrinin anası.

"Yox ele şey olmaz. Sən də gələcəksən. Həm də evlərimiz yaxındı"dedi anam.

"Hə xala siz də gəlin. Həm mən xəstəxanaya gələcəm təzədən. Bu arada Fərrinin nəsə dəftəri var idi deyəsən. Bahar dedi ki, gətirə bilsəz gətirin. Çox yorulmamalıdı, amma yorulur və həm də elektron əşyalara baxmağa da həkim icazə vermir ona görə nə iləsə məşğul olsa yaxşı olarmış. Sizə deyəcəkdilər, yadlarından çıxıb. Dedim ki, mən deyərəm" dedim.

"Hə, deyəsən bildim hansı dəftəri deyir. Verərəm sənə gətirərsən, olar?"dedi.

"Olar"dedim.

Hamımız maşına doğru getdik. Anamı evə qoyduqdan sonra Fərringilə getdik. Maşından düşmədim və anası gedib bir dəftər gətirdi. Mənə verdi və

"Sənə də əziyyət veririk oğlum"dedi.

"Yox xala nə əziyyəti. Xoşdur mənə"dedim. Daha sonra evə getdi mən isə maşını işə saldım. Bir qədər yol getdikdən sonra xəstəxanaya çatdım. Maşını saxladım və dəftəri əlimə götürüb üz qabığına baxdım. Qiyməti bahadır yəqin. Heç belə dəftər görməmişəm. Hardan alıb görəsən?

Içinə baxa bilərəm?

Dəftərin ilk səhifəsini açdım. Gündəlik yazılmışdı və balaca bir təyyarə şəkli çəkilmişdi. Aşağıda isə "Dua et, Allahdan istə ki, gerçəkləşsin istədiklərin..." yazılmışdı. Çox doğru deyirdi deyə düşünərkən bir səhifə daha vərəqlədim.

🌙

Gündəlik! Bu gün ilk dəfədir yazıram sənə. Adım Fərrin...
Adımın mənası xoşbəxt deməkdir, bilirsən?
Əslində adımın mənası kimi mən də xoşbəxtəm, lakin bəzən üzüldüyüm anlar da olur. Bu gün bir şey öyrəndim. Üzüldüm. Xeyli vaxt sonra niyə belə oldum bilmirəm. Əslində indi mənə qəribə gəldi sənə yazmaq, amma yenə də sənə deyəcəm. Gündəlik, bu gün öyrəndim ki,...

🌙

Gündəliyi örtdüm və gözlərimi yumdum. Oxumamalıydım. Olmaz. Mənim deyil, axı başqasının gündəliyini niyə oxuyum?

Həm də baxma dedi ayıb olar baxsam. Maşından düşüb qapıları kilidlədim. Daha sonra isə xəstəxanaya- Fərrinin otağına tərəf getdim. Uzaqdan qardaşının otağın önündə olduğunu gördüm. Daha sonra isə içəri girdi. Biraz sonra qapını döydüm. "Gəl" sözünü eşidəndən sonra otağa girdim. Qardaşına salam verib Fərrinə gündəliyini uzatdım. Gündəliyi aldı və "Çoxsağol" dedi. "Dəyməz"deyə cavabladım. Daha sonra qardaşı ilə birlikdə otaqdan çıxdıq. Bir kənarda dayanıb söhbət etməyə başladıq.

"Sən haradasa oxuyursan?"deyə soruşdu.

"Xaricdə təhsilimi alıram. Sən bəs? Oxuyursan?" deyə sual verdim.

"Mən buradakı Universitetlərdən birini istəyirəm, ona hazırlaşıram."

"Lap yaxşı. Uğurlar sənə. İnşəAllah qəbul olarsan" dedim.

"Amin. Çoxsağol"dedi.

"Sən sağ ol" dedim. O anda telefonu zəng çaldı. Cavabladı və mənə "Ülkərlə Mahir gələcək" dedi. Daha sonra isə anası çağırdı deyə getməli oldu.

"Bu Mahirin nə işi var axı burada? Bir gün də iki dəfə niyə gəlir?" deyə özü-özümə sual verirdim. Sual verməklə dayanmır, həm də əsəbləşirdim.

"Bəsdir də. Həkim dedi axı qızı yormayın. Gərək gəlib yorsunlar mütləq"deyə içimdən danışdım. Daha sonra qapını döyüb içəri girdim. Fərrin yatmışdı. Bahara baxıb "İndi Fərrinin tanışları gəlməlidir. Fərrini oyatma yaxşı? Çox yorulub bu gün." dedim.

"Bilirəm. Çox yoruldu. Olmaz ona. Heç kim də məni dinləmir. Özü də yorulmamışam deyir deyə çıxara bilmirəm bu biriləri bayıra. Bütün günü nə qədər adam gəlib getdi. Mən belə yoruldum o neyləsin?"dedi.

"Yaxşı gəlirlər işim yoxdu, gəlsinlər. Day bir gün də iki dəfə niyə gəlirlər eyni adamlar? Hələ bu Mahir 3 gündür tanıyır qızı gündə 2 dəfə xəstə ziyarətinə gəlir. Eləbil uşaqlıq dostunun yanına gəlir"dedim.

"Mahir hansıdır?"deyə təəccüblə soruşdu Bahar.

"Uzunboy sarı saç oğlan gəldi qrupla səhər. Odu"dedim.

"Hə bildim. Nəysə narahat olma heç kimi içəri salmayacam sabahdan. Ancaq ailəsi. Xəstə ziyarətinə evə gedəndən sonra da gələrlər"dedi.

"Çoxsağol"dedim.

"Dəyməz"dedi. O sırada isə masanın yanında dayanan telefona mesaj gəldi və işığı yandı. Baharla ikimizin fikri telefonun yanına getdi. Telefondakı mesajı görəndən sonra isə bir-birimizə baxdıq.

Bu nə idi?

🌙

"Bu gün öyrəndim ki..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin