Bəlkə də vidalar son deyil, bir başlanğıcdır...
🌙
1 gün sonra
"Buralardan gedirəm. Allahın izniylə yenə görüşərik Fərrin.
Heç olmasa bu gün yenə görərdim səni. Səsini duymaq istəyirəm Fərrin. Səsini..."
Heç düşünmədən telefonunu açdı Mətin və Fərrinə zəng vurdu."Alo?"deyə cavab gəldi qarşıdan. Nəfəs alıb verdi. Susdu bir qədər.
"Fərrin? Nə tez oyanmısan? "dedi titrəyərək.
"Hardasan Mətin?"deyə sual verdi Fərrin gedəcəyini bildiyi halda.
"Evdəyəm hələ. Sən hardasan Fərrin? "deyə soruşdu. Titrək səslə "Evdəyəm." dedi Fərrin." Gözlə. Zəng vuracam" dedi Mətin.
Cəld addımlarla evdən çıxdı və Fərrinin otağının pəncərəsinin önünə gəldi. Zəng vurdu Fərrinə. Fərrin pəncərədən Mətini görüb zəngi söndürdü və bayıra çıxdı.Mətin Fərrini görər-görməz xəfif bir gülümsəmə qondurdu üzünə. Hər ikisinin canı yandığı bəlliydi qıraqdan...
"Mətin" dedi üzünə baxaraq. Gözləri qızarmışdı. Gecə yatmadığı hər halından bəlliydi. Mətin "Sən gecə yatmamısan?" deyə soruşdu Fərrinə baxaraq. Fərrin isə bu dəfə heçnə gizlətmədən, "Yox yatmamışam"dedi. "Niyə?" deyə sual verdiyində isə "yata bilmədim" cavabını aldı Mətin. Sakitlik çökdü bir anlıq...
Bu sakitliyi pozan isə həmişəki kimi Mətin oldu. "Mən gedirəm Fərrin. Bilirsən ora biraz uzaqdır. Özünə yaxşı bax demək üçün gəlmişdim"dedi.
'Yalançı. Yalan danışma. Onu görmək üçün gəlmisən!' deyə qışqırdı içindən bir səs. Hər nə qədər içindəki səsə haqq versə də hisslərinə əmin ola bilmirdi...
"Bilirəm, uzaqdır oralar, amma yenə də narahat olma. Arada yadına sal bizi də. Sən də özünə yaxşı bax." dedi Fərrin.
"Allaha əmanət"dedi Mətin. "Allaha əmanət" dedi Fərrin. Buruğca gülümsədi və Mətinin başını aşağı yuxarı tərpətməsi ilə bayırdan evə, oradan isə yuxarı-otağına getdi. Pəncərədən hələ də otağının önündə dayanmış Mətini izlədi. Daha sonra isə Mətinlə göz-gözə gəldi. Əl elədi. Mətində əl elədi və çətində olsa evlərinə doğru yol aldı. Fərrin pəncərədən qırağa keçdi. Qapını örtdü və əli ilə ağzını qapayıb hönkür-hönkür ağlamağa başladı. Özünü sakitləşdirməyə çalışsa belə getdikcə daha da güclü ağlayırdı. Tam o sırada Mətinin qəlbinə nəsə batdı sanki. Dodaqları, dili qurudu və bir damla yaş axdı gözündən.
"Bu bir vida deyildi! Mən geri gələcəm..."dedi özü-özünə. Cibindəki biləkliyi çıxardı. Baxdı, baxdı...
"Allahım hər şey yaxşı olsun" deyə dilədilər iki can, bir qəlbdən...
Axı mənası yoxdur məsafələrin. Onların ki, qəlbləri bir idi. Məsafələrin gücü çatmazdı onları ayırmağa...
Mətin qəbul etməsə belə çox, çox dəyər verir, qısqanırdı Fərrini. Oda sevirdi bəlkə də, Fərrin kimi...Qısa vaxt ərzində evə çatdı Mətin. Bir neçə saat keçəndən sonra isə artıq təyyarədə idi. Oturmuş qulaqlığını qulağına salmışdı.
Beynində minlərlə düşüncə var idi. Düşünmək istəməsə də Fərrinin xəyalını gözünün önündən yox edə bilmirdi. Sanki bu bir neçə gündə daha da bağlanmışdı ona.
"Gedərəm ora unudaram olan bitəni"dedi. Öz yalanına özü belə inanmırdı...
Birini unutmaq belə asan idisə, onda niyə bu qədər acı çəkirdi insanlar?
Özü də fərqində idi unuda bilməyəcəyinin, amma sevməyə qorxurdu. Təkcə sevməkdən yox, itirməkdən də qorxurdu. Gözlərini yumdu və mahnının sözlərinə qulaq asmağa çalışdı. O Fərrini düşünərkən, Fərrin bütün gecə olduğu kimi çarpayısında uzanmış səssizcə ağlayırdı. Yasdığı gözyaşlarına bürünmüşdü.🌙
Gündəlik...
Kilometrlərcə, ölkələrcə, şəhərlərcə uzağa getdin. Allaha əmanət ol Mətin. O getdi gündəlik. O getdi...
🌙
🌙
"Axı mənası yoxdur məsafələrin"
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...