Nə insanlar gördüm, içi kinlə dolmuş...💔
🌙
Gündəlik...
Bir musiqi ilə hər şey dönərdimi keçmişə? Həmişə tam bitti dedikdən sonra başlayır hər şey. Canım inciyir məndən. Onu çox üzürəm. Qəlbim də inciyir, gözlərimdə. Hamısı şikayətçidir bu halımdan. Yenicə sağalmışdılar oysa. Bir gün keçəcəkdirmi hər şey?
Bilmirəm...
Yenə bilmirəm...
Allah bilir hər şeyi. Allaha həvalə edirəm. Buraxıram sərbəst göz yaşlarımı və tökülürlər qəlbimə. Yaranın üzərinə duz basmış kimi hiss edirəm sonra. Sanki göz yaşlarımın şorluğu yaralı olan qəlbimi incidir.
Sən elə də tez yaralanan qəlb deyildin axı. Niyə indi beləsən qəlbim?🌙
Günəşin isti şüalarını yaydığı bir gün idi bu gün. Onun düşüncəsi ilə gedirdim yolda. Olan bitənləri beynimdən keçirirdim yenə. Artıq adət halını almışdım xəyalıyla yaşamağın.
Ən acısı da bu qədər vaxtda sadəcə şəkillərinə baxa bilmək idi. Rastlaşa bilmirdik.
Çünki məsafələr eyni deyildi, yollar eyni deyildi, hekayələr və həyatlar eyni deyildi...Necə baxdığını xatırladım. O baxış nəydi elə?
Evə çatmağa az qalmışdı. Başımı aşağı saldım və yerə baxmağa başladım. Birdən yanımdan bir kölgə keçdi. Yan tərəfə baxdım.
Mətin?
Baxmadı ki mənə. Saçları o qədər üzünü örtmüşdü ki, görmədim üzünü. Üzümü təkrardan önə çevirdim. Getdim..
Baxma arxaya baxma, o deyil onsuzda.
Edə bilmədim. Sözümə baxmadı gözlərim...
Baxdım...
O idi görəsən? Nə zaman gəlmişdi? Hanı gəlməyəcəkdi?Gözlərim doldu. Ağlamadım. Olmazdı. Yolda ağlamamalıydım.
Allaha dua etdim. "Əgər o idisə qarşılaşdır məni Rəbbim. Çox darıxmışam.."
Darıxdım...
Onun üçün darıxdım. Bəlkə o deyildi deyə düşündüm.
Tam onu düşündüyüm anda çıxarmışdı Allah onu qarşıma. Əgər o idisə...Evə çatar-çatmaz çantamı açdım və gündəliyimi götürdüm. Bu günü işarələyib, yazmağa başladım.
🌙
Gündəlik...
Həsrətin və xəyalın incitdi canımı. Bəlkə də heç gəlməmisən hələ. Bəlkə də xəyalını gördüm hə? Niyə canım yandı bu qədər mənim? Bir yandan gülümsəyirdim gəldin deyə, bir yandan üzülürdüm üzümə baxmadın deyə. Bir şeyə sevinərkən, bir şeyə üzülmək.
Görmədin məni bəlkə?
Hə görməmisən məncə, ya da tanımadın. Axı əvvəl belə etməzdin? Hanı o baxışların? Orada qoyub gəlmisən?
Yandırma da canımı. Bəlkə də birisi var. Ən çox can yandıran deyilmi bu?
Yox, amma olmaz. Olmaz elə deyilmi?
Dəyişmisən bəlkə?
O mühit dəyişib bəlkə də səni. Axı önəmlidir insanın mühiti. Baxışlarını dəyişmə mənə. Dəyişmə...
Arada-sırada da olsa xatırla məni. Yaxşı xatırla, amma pis yox. Mənim kimi yaxşı xatirəli saxla beynində. Unutmağa çalış pis xatirələri. Bəlkə də bir gün oxuyarsan bu yazdıqlarımı. Düzü çox inanmasamda, imkansız deyə bir şey yox , çünki Allah var...💜
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...