Ay kimisən. Bəziləri ləkələrinlə sevər səni, bəziləri işığınla...
🌙
Saatlar sonra...
Mətin'in dilindən
"Saat gecənin 3ü niyə çıxmırsan ağlımdan?" deyərək əlimdəki biləkliyə baxdım. Yəqin ki, biləklik gözümün önündə olduğu üçün hər dəfə gördüyümdə onu xatırlayıram. Başqa nə ola bilər ki?
Mətin biləkliyi yanındakı kompuyuter masasına qoydu və telefonunu əlinə aldı. Həmişəki adəti üzrə profilinə baxdı. Hər şeyi bir kənara atmağa çalışdı, amma hər dəfəsində daha da çox beyninə batdı olan bitənlər.
Bəzi şeyləri düşünürdü. Məsələn səhvlərini...
Hər kəs kimi onunda səhvləri vardı əlbət. Lakin o bu səhvləri gizlatmağı üstün tuturdu özlüyündə. Amma nə qədər gizlətməyə çalışsa da bacarmamışdı. O qız olan bitənlərdən xəbərdar olmuşdu.
Deyirlər ki, eşqin gözü kor olurmuş. Doğru idi bəlkə də bu. Bəlkə də kor olan eşq kitabından bir cümlə idi qızın oğlanın səhvini bilə-bilə onu qəbul etməsi. "Axı hər insanın səhvi var idi. Bəlkə bağışlammağını istəmişdi Allahdan?". Eynən belə düşünmüşdü...
Gərçi fərq etməmişdi Mətin üçün. Təxmininə görə qız heç kimə heçnə deməyəcəkdi.Doğru təxmin etmişdi yəqin ki, çünki qız Allaha danışmışdı dərdini. Öncədən insanlara inanmış ola bilərdi, amma zamanla inamı keçib getmişdi.
Bu sevdada bəlkə də qadağalar vardı, səhvlər vardı, məsafələr vardı, lakin yenə dönüb dolaşıb eyni yerə gəlmişdi...
Heç ümidin qalmamışkən bir günəş çıxar bəzən...
Telefonu bir qırağa atıb başımı yasdığa qoydum. Azanın oxunduğunu eşitdim. Biraz keçdikdən sonra yuxu qollarına əsir almışdı məni.
Səhər yuxudan qalxdığımda saatın 10 olduğunu gördüm. Nə etməli olduğumu düşünüb qalxdım və üzümə soyuq suyu vurdum. Sanki nəsə etməliymişəm və yadımdan çıxıb kimi hiss edirdim. Telefonumu götürmək üçün təkrardan otağıma keçdim. Yandakı işıltının fərqinə vardım və əlimə götürdüm. Daha sonra telefonuma gələn zənglə düşüncələrdən uzaqlaşdım.
"Alo?"
"Hardasan sən? 2 saatdı səni gözləyirəm. Bəs dedin kömək etməyə gələcəksən?"
"Bu nə danışıqdı danışırsan? Gələcəmdə qaçmıram ki. Unutmuşdum."
"Gəl onda. Sənə görə qalmışıq yarım. Səhərdən gözləyirik gəlməyini. Sən də unutmağa vaxt taparsan"
"Çıxıram yola. Deyirəm sənə yadımdan çıxıb. Min dənə işim var. Eləbil hamısı yadımda qalır"
"Səhərdən gözləyirik. Gəl çıxda daha"
"Hədə gəlirəm söndür telefonu" deyib zəngi söndürdüm. Borcluyam elebil gedib kömək etməyə.
Üzərimi dəyişdirdim. Yemək yemədim və getmək qərarına gəldim. Səhər-səhər əsəbləşdirmişdi məni. Maşının açarlarını götürüb evdən çıxdım. Maşını sürətləndirdikcə əsəblərim daha da gərilirdi. Bunun mənimlə danışığına bax.Mətin maşının sürətini daha da artırırdı. Sanki bütün əsəbini maşından çıxır, onu daha da sürətləndirirdi. Birdən önünə çıxan biri ilə maşını saxlamağa çalışdı. Alınmadı. Maşın ilə birini vurdu. Maşın çətinliklə də olsa saxladı.
Sanki o an dünya dayandı, sular axmağı saxladı, yarpaqlar yerə düşmədən havada asılı qaldı, səslər kəsildi...
Mətin maşından düşərkən qarşısında gördüyü görüntü ilə dona qaldı. Bu üz ona çox tanış idi. Qaçaraq yerdə qanlar içində qalmış qıza yaxınlaşdı. Gözləri açıq olan qızın halsız vəziyyətini görməyi ilə əlləri titrədi.
"Gözlərini yumma. Eşidirsən məni?"dedi.
"E..eşi..eşidirəm"dedi qarşısındakı qız.
"Fərrin" səsləndi dodağından. Fərrin halsızca gülümsədi. Ətrafa yığılan insanlar çarəsizcə baxırdılar. Daha sonra Mətinə Fərrini maşına aparmaqda kömək etdilər.
Yenə Mətin maşını sürətli sürürdü lakin bu dəfə birini xəstəxanaya yetişdirmək üçün, əsəbləşdiyi üçün yox...
"Fərrin biraz daha döz"
"Fərrin gözlərini yumma. Eşidirsən məni?"
"Fərrin"dedi Mətin.
"Sa..sakit ol. Yax..yaxşı..yaxşıyam"dedi Fərrin səsi titrəyərək. Oysa ki, çox az gücü qalmışdı.
"Allahım kömək ol"dedi Mətin. Xəstəxanaya çatmaq bilmirdilər. Sanki yol uzanmışdı...
Xəstəxanaya çatdıqda Mətin Fərrini maşından düşürməyə çalışdı.
"Xəstə var" deyə qışqırdı. Həkimlərin köməyə gəlməsi ilə Fərrini aparmağa çalışdılar.
Fərrin Mətinə baxıb azacıq gülümsədi və
"Özü...özünü gü..günnah..günahlandırma"dedi. Gözləri yumuldu Fərrinin.
Mətinin isə yalnız xəstəxana koridorlarında "Fərrin" deyə qışqırmağa gücü çatdı.
🌙
"Yenə dönüb, dolaşıb eyni yerə gəlmişdi..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Genç Kız Edebiyatı'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...