Xatirələrin yayıldığı o böyük səhrada susuz qalmış bir adam kimiyəm. Gözümün qabağında suyun xəyalları, gerçək olan isə bom-boş səhra...
🌙
Doğurdan da gəlmişdi. Bilərəkdən önümdə saxladı maşını və bilərəkdən açdı o pəncərəni...
Mənim canımı ağrıdığını bilirsən? Bəzən istəyirəm deyim ki, "mənə yaşatdıqlarını yaşa", amma deyə bilmərəm. Bilmirəm...
Mən sənin barmağına tikan batsa ağlayan insanam, sən isə mənim yarama duz basırsan...
Bu qədər vicdansız ola bilməzsən, inanmıram...Sus. Sadəcə gözlərimə bax. Yuxularımda olduğun kimi, xəyallarımda olduğun kimi yanımda da ol.
İndi isə ağlıma ilişən bir şeylər var idi. 'Niyə elə baxırdı?' və 'niyə elə sürətlə sürdü maşını?'
Eh, sanki nəsə dəyişəcək bilsəm. Sadəcə ağrıyan canımı birazca ovuduram bəzən. Bəlkə o da məni sevir? Bəlkə o da mənim üçün darıxır.
Ehtimalı belə gözəl...
Məni düşüncələrimdən ayıran anamın səsi olmuşdu.
"Fərrin gəlmirsən?"deyə soruşdu.
"Gəldim"dedim və otağımdan ayrıldım. Maşının pəncərəsinə çarpan isti şüalar gözlərimi qamaşdırarkən günəşin şüalarının dadını çıxartdım. Dəniz kənarına gedirdik. Biz və bir neçə qohumlarımız.
Nəhayət vardıq istədiyimiz yerə. Ayağımdan ayaqqabıları çıxardım və isti qumla ayaqlarım birləşdi. Ağrıtmırdı, qəribə bir zövq verirdi...
Dərindən nəfəs aldım. Uşaqlar dənizə qaçarkən mən bir qıraqda oturub, dənizin gözəlliyini izləməyə başladım. Daha sonra uşaqlar məni çağırdılar"Fərrin, gəl!"deyə. Ayağa qalxdım və dənizin saçlarımı islatmasına izin verərək baş vurdum dalğalara və onlara tərəf üzməyə başladım. Sakitcə yaxınlaşdım ,amma sudan çıxmadım. Uşaqlar məni görürdülər, lakin bu fərq etmirdi. Sadəcə biraz suyun altında qalmağı seçdim. Daha sonra səslər bürüdü aləmi.
Başımı qaldırdığım kimi yuxarı çıxdım. Üzüm dənizə tərəf idi.
"Gəlin sahilə üzək görək kim daha tez çatar"dedi Ülkər-sevimli rəfiqəm.
"Olsun"dedim. Üzümü sağa çevirdim və sahildə dayanmış bir cüt gözlə qarşılaşdım. Deyəsən suya gəlmək istəməyən tək mən deyildim. Gözlərimin dolduğunu hiss ettim.
Mətin...
Bizim qızların bir qızla danışdığını gördüm. Nə tez getmişdilər ora?
"Elay" deyə pıçıldadım. Mətinin bacısı. Yanlarına getdim. Gec də olsa..
"Salam"dedim.
"Salam"dedi. "Yalnız qalma bizimlə birlikdə üzə bilərsən"dedilər bizimkilər. Gülümsəyərək
"Sevinərəm"dedi. "Yaxşı siz üzün mən sahildəyəm. Xoş əyləncələr. Sən də heç özünü yad saymayasan. Yaxşı?" dedim Elaya.
"Çoxsağol"dedi. Gülümsəyib yanlarından uzaqlaşaraq sahilə doğru yol aldım. Mətinin üzünə baxmamağa çalışaraq...
Belə təsadüflər çox sevindirirdi məni. Üstəlik bir neçə vaxt sonra buradan gedəcəyini bildiyim üçün onu hər gördüyümdə bu sevinc 2 qat daha artırdı. Onun üçün eyni şeyi deyə bilmərəm. Bəlkə də məni görmək və ya görməmək onun üçün fərq yaratmırdı.
Ayağım quru torpağa dəyərkən dərindən nəfəs aldım. Mətinlə aramızda cəmi 5 metr məsafə var idi , amma baxa bilmirdim və yaxut cürət etmirdim. Qumun üzərinə oturub dənizin dalğalarının təkrardan ayağımı islatmasına izin verdim. Sonra telefonumu anamdan almaq qərarına gəlib ayağa qalxdım. Bildirmədən Mətinin olduğu yerə baxarkən artıq orada olmadığını gördüm. Bəlkə də xəyalını görmüşdüm yenə.
Xəyalını belə sevmişdim...
Qulaqcıq və telefonumu götürüb təkrardan öz yerimə qayıtdım. Mətinin ailəsini də görmüşdüm bu arada. Musiqini salıb gözlərimi yumdum.
Gözümün qabağında olarkən baxa bilmirəm, uzaqda olarkən burada olsa da doyunca baxsam deyirəm. Xaricə getmək çox vacib idi sanki. Təbii ailəsindən başqa onu burada saxlayan səbəb yox idi axı niyə qalsın ki burada?
Mənə görə qalmayacaqdı hər halda. Canımı yandıran da bu idi elə. Canımı yandıranın, canım olması...
Səni danışıb dayandım insanlara, amma sən olduğunu demədən. Məsələn, bir film qəhrəmanından danışdığımı söylədim onlara, amma o filmin mənim həyatım, qəhrəmanın isə sənin olduğunu bilmədilər...
Düzü, bilsələr də bir şey dəyişməyəcəkdi. Boş verirəm o səbəbdən.
Ən uzaq məsafənin hara olduğunu bilirsiz? Ən uzaq məsafə iki qəlb arasındadır, bir-birini anlamayan və başa düşməyən iki qəlb arasında...
Deyəsən bizim də məsafəmiz yalnızca kilometrlərcə deyil, həm də qəlblərcəymiş...
Gözlərimi açdım. Yanımda hərəkətlənmənin xəyal olmamasını dilədim bir anlıq və budur bu xəyal deyil. Qulaqcığı qulağımdan açıb təxminən 7-8 addım aralıda dayanan Mətinə baxdım. Oda mənimlə eyni vəziyyətdə oturmuşdu. Çox qəribə iki fərqli insan idik, iki fərqli həyat hekayəmiz var idi və biz bu hekayələri birləşdirməyə çalışırdıq, amma çox bacarıqsız idik. O kiçik bir qonaq uşağı kimi gəlirdi, dağıdırdı və gedirdi...
Qəribədir. Bu dəfə gözümü nə mən çəkdim, nə də ki o.
🌙
-Gözlərini heç çəkmə gözlərimdən xanım qız.
-Sözlərini sözlərimdən uzaqlaşdırma cənab.
-Susma, danış.
-Bitsin bu həsrət.
-Niyə bu qədər dərin baxırsan? Niyə belə hiss edirəm?
-Niyə bu qədər dərin baxırsan? Halıma biganəsən. Niyə belə edirsən?
-Arada fikrimə gəlirsən
-Arada fikrimə gəlirsən
-Sevdirəcəksən bəlkə də özünü
-Sevəcəksən bəlkə də məni
🌙
"Ən uzaq məsafə iki qəlb arasındadır, bir-birini anlamayan və başa düşməyən iki qəlb arasında..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...