O gün sadəcə səni gördü gözlərim. Yanındakı kim idi ki?
🌙
Mətin "Necə yəni?"deyə heyrəylə soruşduğunda Mahir,
"Sənə verməli olduğum bir şey var. Hər şeyi özün anlayacaqsan"dedi.
"bura göndər"dedi Mətin. "Adres ver" dedi Mahir. Mətin adresi verdikdən sonra telefonu hər ikisi söndürdülər.
1 gün sonra
Mətinin dilindən
"Mətin brat gəl nəsə gəlib"deyə Anar səsləndi. Gəl deməsinə baxmayaraq, əlində bir qutu ilə içəri girdi.
"Ortağ içində bomba ola bilər"dedim və güldüm.
"Yaxşı görüm. Zarafat eləmə"dedi. Köynəyimin qollarını düyməliyərkən, "Zarafat eləmirəm" dedim. Daha sonra sözümə "Mahir göndərib" deyə əlavə etdim. "Bəs nə var içində? Mən də deyirəm nə deyir bu başını itirdi yenə "dedi.
"Açacaqsan öləcəyik"dedim. Gülümsədi və "Eh, boş boş danışırsan" deyib qutunu açdı və "Bomba yerinə dəftər çıxdı"dedi. Bayaqdan gülümsəyən mən və gülümsəməmi solduran o söz...
Dəftəri görər-görməz heyrətlə baxdım."Bu?"dedim. "Nə bu?"deyə soruşdu. "Anar bu Fərrinin gündəliyidi" dedim. Axı Mahir onu hardan tapıb? Anar gülümsəyib gündəliyi mənə uzatdı və "Məncə sən bunu oxumalısan, amma mənsiz" dedi. Gündəliyi əlindən aldım. İçində hər şey ola bilərdi...
Mənə olan nifrəti də, sevgisidə, məndən başqa biri də...
Anar otaqdan çıxdı. Yatağa oturub ilk səhifəni açdım.
🌙
Gündəlik...
2018
Gündəlik! Bu gün ilk dəfədir yazıram sənə. Adım Fərrin...
Adımın mənası xoşbəxt deməkdir, bilirsən?
Əslində adımın mənası kimi mən də xoşbəxtəm, lakin bəzən üzüldüyüm anlar da olur. Bu gün bir şey öyrəndim. Üzüldüm. Xeyli vaxt sonra niyə belə oldum bilmirəm. Əslində indi mənə qəribə gəldi sənə yazmaq, amma yenə də sənə deyəcəm. Gündəlik, bu gün öyrəndim ki, Mətin xaricə gedir. Doğurdan çox pis oldum. Xaricin buradan başqa cür olduğunu və ora getmənin maddi və mənəvi yükünün də çox olduğunu bilirəm. Nə deyə bilərəm ki, yolu açıq olsun...
Bəlkə də neçə ildir ora gedib gəlir və mən bundan bu gün xəbər tutmuşam.
Nəysə, gündəlik daha çox yaza bilməyəcəm. Hələlik...🌙
Heyrətlə gümdəliyə baxarkən öz-özümə düşündüm. O mənim getdiyimi öyrənibmiş.
Kaşki o gün gündəliyi tamami ilə oxusaydım...
İkinci səhifəni vərəqlədim.🌙
23.09.2018
Məsafələr əngəl deyil. Hər şey məsafələrlə ölçülmür. Sadəcə yollar uzaqdır elə deyil mi? Sadəcə məsafələr uzanır.
Qəlbim onunla getdi. O getmiş ola bilər, amma bir gün dönəcək. Dönər elə deyil mi? Dönər, dönər. Qayıdacaq geri, hiss edirəm. Gələcək.
Bəzən ümid işığım sönməyə yaxınlaşır, amma qoymuram. Olmaz, sönməsin.
Dualarımdasan. Həsrətlə gözləyirəm səni. Darıxmışam. Allahdan istəyə bilirəm sadəcə. Başqa heç kimin mənə köməyi dəyməz.
Olmadıq yerlərdə ağlıma niyə gəlirsən ki? Göz yaşlarım vərəqin üstünə tökülsə də sən bunu görmürsən. Sən heçnə bilmirsən. Bəlkə də heçnə hiss etmirsən, amma canım yanır. İncinmişəm. Sanki ruhum uzaqlaşıb buralardan.
Qayıdan zaman dəyişmiş olsan? O zaman nə edəcəm?
Dəyişmə olar?
Bəlkə də buralar adi gələcək sənə. Bəlkə də mən də adi gələcəm sənə. Nə də olsa unutma..
Dualarımda sən də varsan...🌙
Bir damcı gözümdən süzüldü. Təkrar səhifəni çevirdim.
🌙
Bir musiqi ilə hər şey dönərdimi keçmişə? Həmişə tam bitti dedikdən sonra başlayır hər şey. Canım inciyir məndən. Onu çox üzürəm. Qəlbim də inciyir, gözlərimdə. Hamısı şikayətçidir bu halımdan. Yenicə sağalmışdılar oysa. Bir gün keçəcəkdirmi hər şey?
Bilmirəm...
Yenə bilmirəm...
Allah bilir hər şeyi. Allaha həvalə edirəm. Buraxıram sərbəst göz yaşlarımı və tökülürlər qəlbimə. Yaranın üzərinə duz basmış kimi hiss edirəm sonra. Sanki göz yaşlarımın şorluğu yaralı olan qəlbimi incidir.
Sən elə də tez yaralanan qəlb deyildin axı. Niyə indi beləsən qəlbim?🌙
Oda məni sevirdi?
🌙
"Yox, ağlamıram..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...