Bu məsafə..❤️

34 3 2
                                    

Bəlkə də məsafələr lazım idi kimlərisə birləşdirməyə. Bəlkə də yanımızda olan insanların qədrini yalnız onları itirdikdən sonra anlaya bilərdik. Əgər bu məsafə bir-birinizi sevərkən sizi ayırmışsa, ümidinizi itirməyin...

🌙

Açıq havada olsam da nəfəsimin bir anlıq kəsildiyini hiss etdim. Hər şey bir an durdu, hər kəs susdu. Düşündüm.

Mən onun etdiklərinə layiq idim? Elə etsə məni itirəcəyini bilirdi. Mən bütün bunlara göz yuma bilərəm? Bəs yenidən qayıtsam yenə peşman edərdi məni? Bəlkə də yalnış məndəydi. Mən buna izin vermişdim, mən qoymuşdum aldatsın məni, getsin Aysuna.

Sakit ol Fərrin. Sən ona qayıda bilnəzsən bildin? Nə tez unutdun ağladığın gecələri? Hansı ki, o gün var idi xatırlayırsan? Nazik geyimlə dayanmışdın boş-boş yağışın altında, ağlamışdın saatlarca, sonra xəstələnmişdin. Nə tez unutdun onun sənə etdiklərini?

Yalandan sevirəm deməyin heç kimə. Qırmayın heç kimin qəlbini. Heç bir ah yerdə qalmır, yaşatdığını yaşamadan köçmürsən bu dünyadan...
Axı niyə sevirəm deyib aldadırsız o incə qəlbləri? O qəlbin ahını qaldırmağa gücünüz çatacaqmı deyə düşünmüsüz heç?
Düşünməmisizsə bir neçə dəqiqə düşünün. Bir gün qırdığınız qəlblərə möhtac olacaqsız və o qəlblər sizi qəbul etməyəcək. Bu qədər qısaykən həyat dəyərmi qəlb qırmağa?

Uzaqdan Mətinin ailəsini xəstəxanaya gələrkən gördüm. Başımı aşağı əydim ki, məni tanımasınlar. Onlar içəri keçəndən sonra ayağa qalxdım. 1 ildir dinləmədiyim o mahnını qoşdum qulaqcığa. Bizim mahnımız..
Asta addımlarla irəlilədim o səssiz sahilə. Bəs beynimdə nə var idi?
Gözyaşlarım gözlərimi yandırarkən, boğazım qurumuşdu. Sahilə çatandan sonra qumun üzərinə oturdum və səmaya baxdım.

"Allahım biz olarıq yenidən? Rəbbim necə bağışlayım onu? Necə inanım yenidən ona?
Allahım, əgər o doğru insandırsa sən özün qovuşdur bizi. Mən onun bu halına dözə bilmirəm,amma qəlbim qəbul etmir onu. Sanki yenə gələcək qıracaq qəlbimi və gedəcək kimi hiss edirəm. Rəbbim peşmançılıq vermə. Hər ikimizi xoşbəxt eylə Allahım. Birlikdə olsaq da, ayrılıqda olsaq da."

Qalxdım ayağa, xəfifcə gülümsədim. Açdım köhnə şəkilləri baxdım. Bəs dönmək istəyirəm həmin günlərə? Onu gözlədiyim, onu sevdiyim günlərə..

'Sən unutmamısan..' deyə qışqırdı içimdən bir səs. Soldu gülümsəməm, əlimin tərsiylə gözyaşlarımı sildim. Əllərim elə əsdi ki...
Ürəyim sanki hər şeyin günahkarı mənəmmiş kimi sıxıldı. Hə, sevirdim. Hələ də sevirdim. Bəlkə də sonsuza qədər onu sevəcəkdim. 'Bəs niyə qəbul etmirsən axı onu?' deyə soruşmayın. Qürur izin vermir ki, qəbul edim onu. Hər dəfə o ağlıma gələndə, məni aldatdığını xatırlayıram. Bəs necə keçəcək bu? Bunu unutdura bilər mənə?

Həmin günün axşamı
Yusifin Fərrini çağırdığı məkan

-Fərrin necəsən?
-Şükür sən Yusif?
-Yaxşıyam. Bir şey deməliyəm məncə bilməlisən.
-Hə buyur.
-Mətindən deyəcəm.
-Nə fərqi var?
-Yaxşı. Yenə Aysunla danışır. Dedim ki, bil xəbərin olsun. Yenə onu sevirsən? Nə vaxta qədər mənim sevgimi görməməzlikdən gələcəksən?
-Mənə nə var? İstəyir danışsın, istəyir danışmasın. Sənə isə demişdim ki, bu yalandan əl çək.
-Yalan deyirəm?
-Yusif!
-İndi gözlə, görəcəksən.
-Birincisi bu doğrudursa vecimə də deyil, ikincisi əgər yalan deyirsənsə birdə səninlə bir kəlimə də kəsməyəcəm.

Telefonla Aysuna zəng vurdu. Aysun telefonu açdıqda səsi mənimdə eşidə biləcəyim kimi qoydu.

-Aysun necəsən? Mətin necədi? Necə gedir işlər?
-Heç necə olsun, həmişəki kimi. Bilirsən bu gün gül göndərdi Mətin. Barışmaq istədi. Sonra bütün günü danışmışıq.
-Hə lap yaxşı.
-Qapı çalındı məni gözləyir yəqin. Qoy gedim gözlətməyim onu.
-Lap yaxşı sevindim. Hələlik.
-Hələlik.

Yusifə baxıb "biraz daha inandırıcı ola bilərdiz" dedim. "Yalan danışmıram" dedi. Telefonumu çıxardım. Fəridə zəng vurdum, onun etdiyi kimi mikrafonu açdım. Şəbnəmin orda olmadığını bilirdim. Fəridsə bir anda yanından ayrılmamışdı, məni isə bilirsiz. Xəstəxanaya ən yaxın parkda oturub çoxca bir düşündüm bu olanları,çoxca ağladım,indi nəticəsinin vaxtı idi.

-Alo?
-Alo Fərid neynirsiz?
-Heçnə sakitçilikdi.
-Mətin necə oldu?
-Nəsə olub?
-Yox olmayıb. Sən Mətin üçün bax birdə, burda deyilənə görə Mətin güya səhər Aysuna gül göndərib üstəlik indi Aysunun yanındadır. Birdən biz Mətini səhv salarıq, başqası olar yanındakı. Ah, nə təsadüf bu gün səhər bizləydi.

Fəridin gülüş səsi eşidildi. Qalibiyyət qazanmış kimi gülümsədim. Mikrafonu söndürüb telefonu qulağıma yaxınlaşdırdım.

-Fərrin sən yanındakına de ki, yalanlarını azaltsın. Yoxsa Mətinin yerinə bu dəfə mən çırpacam onu.
-Narahat olma, ən ağırını deyəcəm. Yanınıza gəlirəm indi.
-Yaxşı.

Telefonu söndürdüm. Masaya kofenin pulunu qoydum və Yusifə "İndi isə gedirəm. Bunu bil ki, bir sevgi heç vaxt yalan üzərinə qurulmur. Qurulsa da ən kiçik külək əsintisində dağılır. Səninki sevgi deyil, sadəcə boş bir həvəsdir." dedim. Üzümü çevirib məkandan çıxdım. Mətinin yanına gedirdim çünki, hər şeyi ondan dinləyəcəkdim. Niyəsini öyrənəcəkdim. Onun niyə yenidən geri dönməsini, məni doğurdan sevir ya yox onu öyrənəcəkdim. Qərarımı isə bütün suallara cavab tapdıqdan sonra verəcəkdim..

🌙
"Bir sevgi heç vaxt yalanın üzərinə qurulmur. Qurulsa da, ən kiçik külək əsintisində dağılır"

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin