Sən...🌹

38 4 2
                                    

Bəzən unudmuşam səni deyilməz, çünki elə də unudulan deyil ilk sevgilər...

🌙

"Hesabı gətirin zəhmət olmasa" deyə səsləndim. Pulu ödəyəndən sonra tələsik bayıra çıxdım. Gözüm hər yanda onu axtarırdı. Görəsən incimişdi məndən? Axı mən niyə belə acı danışdım onunla? O ki, mənə heç nə etməyib. Onu sevməyim mənim səhvim idi, axı onun nə günahı. Əllərimi saçlarımın arasından keçirdim və önümdən keçən onlarla insana diqqətlə baxdım.

Telefonu açdım. Mətinə zəng vurdum. Sanki zəngimi gözləyirmiş kimi həmin dəqiqə açdı.

-Mətin
+Bəli
-Hardasan?
+Buralarda
-Anlamadım
+Arxaya bax

Arxaya döndüm. Bir cüt gözə ilişdi, qaldı gözlərim. Mənim dolub dayanmış gözlərimin əksinə gülümsədi. Addımladı və çatdı mənə. Heçnə danışmadan eləcə susmuşduq. Dünyanın səs-küyü isə sükuta bürünmüşdü. Soyuq küləyin əlləri saçlarımda gəzərkən heç bir hərəkət etmirdim.

Görəsən niyə getməmişdi. Hardan bilirdi axı onu çağıracağımı. Necə birisən axı sən?
Nə uzaqlaşa bilirəm səndən,nə də ki yaxın ola bilirəm sənə. Sən isə uzaq olduğun qədər yaxınsan mənə. Çətinliklər əslində heçnə deyil bilirsən. Bütün sözlərim bitib. Heçnə gəlmir dilimdən. Unuda bilmirəm səni. Bacarmıram. Bircə dəfə görməyim bəsdir ki, yenidən başladığım yerə geri dönüm. Get deməyə belə dilim gəlmir sənə. Məni anlayırsan bəs sən?

"Bağışla" dedim titrəyən səsimlə. "Sus"dedi. Daha sonra "mənimlə gələrsən?" deyə soruşdu. Təəccüblə "hara?" deyə sual verdim. "Gizli" dedi. Ağlım rədd et deyərkən, ürəyim getməyimi söyləyirdi. Bu dəfə də ürəyimi dinləyib, başımı aşağı yuxarı tərpətdim.

"Bəzən unudmuşam deyilməz, unutmaq belə asan olsaydı Leylinin dərdindən dəli olardı ki, Məcnun?"

Bu dəfə ürəyim qazanmışdı. Beynimi dinləsəm qəlbim üzüləcəkdi axı. Niyə insanlar qarşısındakı insanın qəlbini qırarlar ki?
Axı içində Allah olan bir qəlbi qırmaq günah deyilmidir? İncitməyin biri-birinizi...

Fikrimə gəlsəndə danışsan hərdən,
İnan ki, gözlərin batır qəlbimə.
Rahatca üzünü görməsəm belə,
Uzaqdan ətrini üfür küləyə,
Zaman keçsə belə elə sev ki, sən,
Əlini tutmasın başqa bir əllər.

Keçdiyim yollardan keçib xatirən,
Canımı ağrıdır, incidirsən sən.
Bəlkə xatırlarsan arabir hərdən,
Neçə-neçə aylar keçib üstündən.

Oldun sətirlərim tükətdin məni,
Oysa ki, nə gözəl sevmişdim səni.
Bəlkə dinləyərsən bu sətirləri,
Çox təmiz sevmişdim bir zaman səni.

Susamışdı qəlbim sənin sevginə,
Ehtiyaci vardı təkcə cümlənə.
Çiçəklər açardı qəlbin üstünə,
Adımı qəlbinə yazsaydın əgər...

Hey danışsam sənə dinməz hisslərim,
Unutdum desəm də inanma mənə.
Rahatca üzünü görməsəm belə,
Arada uzaqdan səs ötür mənə.
Darıxıram yarım, bitmir nəğmələr...

"Mətin hara gedirik dedə"dedim.

"Qaçırdıram səni. İlk təyyarəylə İtaliyaya həmdə. Gəlirsən mənimlə?"dedi və güldü.

Nə dedi?

Rəngimin qıpqırmızı olduğunu görəcək ki,

"Yaxşı,yaxşı zarafat edirəm." deyə sözünü gizlətdi.

"Görəsən niyə?"dedim və göz süzdüm.

"Nə bilim"dedi. Biraz daha addımladıq. Sonra isə bir qapalı məkanın önünə gəldik.

"Çatdıq" dedi. Gülümsədim,

"Çatdıq, amma bura haradı?"dedim. O qəribə-qəribə baxarkən,

"Nə?"deyə sual verdim. Qapıdan içəriyə bir neçə nəfər daha keçərkən məni daha da maraq bürümüşdü. Qapını açdı. Mən isə səssizcə arxasınca irəlilədim.

🌙

"İlk təyyarə ilə İtaliyaya"

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin