168 gün...📅

62 4 0
                                    

Sev, amma çox cəsarətlənmə. Bəzən yoluna buraxsan özü sənə tərəf gələr...

🌙

Anar içəri girdi. Heyrətlə ətrafa və Mətinə baxdı. Əlindəkiləri bir kənara qoyaraq Mətinin yanına gəldi. Mətin Anara baxdı. Anar qızarmış gözlərindən və içki qoxusundan anladı işin nə yerdə olduğunu. Soruşdu,

"Qardaşım, nə oldu sənə?"deyə.

"Mən deyəsən yenə eyni hadisələri yaşayıram"dedi Mətin. Anar gülümsəyərək,

"Axı bunun harası pisdir ki, sən bu vəziyyətdəsən?"dedi. Mətin isə,

"Məni sevməyən birini sevdim. Qəbul etmədim..."dedi. Daha sonra Anar "Hər şeyi danış" dediyində Mətin olan-bitən hər şeyi danışdı.

"İndi məntiqlə düşünək. İlk öncə sən dedinki şəkilləri paylaşmısan. Bunu eləmisənsə qız sevirsə çox incinib bəlli." deyə Anar fikrini bildirdi. Sonra sözünə davam edərək.

"İkincisi isə, sən mənə demədin ki, Mahir qızı 3 aydır tanıyır, amma qız 4 ilimin qatili yazıb statusda?"dedi.

"Dedim" deyə Mətin təstiqlədi. "Deməli Mahiri sevmirmiş. Sən onu nə vaxtdan tanıyırsan?"deyə soruşdu Anar. Mətinin hər şeyi xatırlayınca Anarı qucaqladı.

"4 il, 4 ildir tanıyıram. Axı mən necə bunun fərqində olmamışam?"dedi. Anar gülümsəyərək,

"Mən sənə həmişə demirəm məntiqlə fikirləş deyə?"dedi. Mətin isə,

"İndi nə etməliyəm? Necə könlünü alım?" deyə soruşdu. Anar

"Orasınıda sən fikirləş brat" dedi. Əslində doğru deyirdi. Bəlkə də Mətin özü fikirləşsə daha yaxşı olacaqdı, amma bir şey hesaba qatılmamışdı Fərrin Mətini unudacağını söyləmişdi...

6 ay sonra

Fərrinin dilindən

"Bütün Mətinlər eynidir onsuzda! Şərəfsiz! Elədi eləyəcəyini!"dedim ağlaya-ağlaya. Şəbnəmdə mənim kimi ağlayarkən,

"Niyə elə edire qıza? Neyləyib qız ona?!"dedi. "Çox sevib axı ona görə!"dedim iç çəkib gözlərimi silərkən. Azdan-çoxdan təxmin etmişsinizdir depresiyada olduğumu. İndi isə oturmuş filmə baxırdıq. Ah, təsadüf...
Filmdəki adamında adı Mətindi!

"Gərək sevməzdi"dedi Şəbnəm. "İndi unudada bilmir. Nəysə al bu da hekayənin sonu. "dedim. Anam və atam işdə olduğundan evdə yalnız idik. Bu səbəbdəndə rahatca ağlaya bilirdik.

168 gündür onu unutmağa çalışırdım. Mən statusu yazdığım gündən artıq o qızla şəkil paylaşmırdı. Arabir yazırdı. Onda da mən soyuq cavab verirdim...

O gündən gündəliyi yazmağa son qoymuşdum. Onu isə unuda bilmirdim. Daha doğrusu sanki, unutmaq istəmirdim. Lakin sonunu qoyacaqdım. Son bir şey qalmışdı...

Mahirin dilindən

Evlərindən biraz uzaqda dayanmış gözləyirdim.
Üzümə belə baxmamışdı o gündən sonra. Bəlkə də haqlıydı. Mən səhvimin fərqindəydim. Mətinin Fərrini sevdiyinin də fərqindəydim. İndi deyə bilərsiz əgər fərqindəsənsə niyə gözləyirsən qızın evinin qabağında deyə, üzr istəmək istəyirəm...

Evdən çıxan Fərrinə ilişdi gözüm. Yaxınlaşmaq istəsəm də əlində nəsə olduğunu gördüm və nə edəcəyini görmək üçün gözlədim. Zibil qutusuna yaxınlaşdı və əlindəkini atdı, amma əlindəki yerə düşdü. O bunun fərqində olmadan getdi. O gedəndən sonra yaxınlaşdım. Yerdəki dəftəri götürüb diqqətlə baxdım. Daha sonra ilk səhifəsini açdım. Gündəlik olmalıydı. Oxudum...
Bir səhifə, iki səhifə, üç səhifə...

Allahım yol göstər...

Mən bu işi belə qoymayacaqdım. Onlar bir-birlərini sevərkən...

Heç düşünmədən evimə doğru yol aldım. Telefonumu açıb heç vaxt yığmayacağımı düşündüyüm nömrəni yığdım.

"Alo?"

"Alo Mətin?"

"Nə lazımdı?"dedi sərtcə. Sevirdi deyə onu anlayırdım. Nə də olsa sevdiyi qızı sevirdim. Yəni bir zamanlar. Sevgimi qəlbimə gömmüşdüm artıq.

"Səninlə necə görüşə bilərəm?"

"Mən xaricdə, sən ölkəndə. Nə istəyirsən?"

"Vacib bir işim var"

"Söhbət Fərrindirsə əl çək ondan!"

"Söhbət Fərrindir, amma mənimlə deyil, səninlə Fərrindir."

🌙

"Allahım yol göstər..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin