Vicdansızsan sən?...🌊

97 11 26
                                    

Gedə bilərsən bəlkə də məndən uzağa, amma bunu bil hələ də qəlbimdəsən...

🌙

"Niyə ağlayırsan?" deyən balaca uşağa diqqət yetirdim və göz yaşlarımı üzümdən silib,

"Ağlamıram ki"dedim.

"Yalan demə ağlayırdın gördüm."dedi və

"Bəlkə sənə şokalad almayıblar ona görə ağlayırsan?"deyə sözünə əlavə etdi.

"Yox balaca. Bax daha ağlamıram"dedim.

"Axı ağlayırdın. Ağlama yaxşı?"dedi.

"Yaxşı."dedim və gülümsədim.
Kaşki dünyadakı insanların hamısı uşaqlar qədər saf və təmiz olardı. Mənim yaşlarda biri heç ağlamağıma fikir verməzdi bəlkə də, amma bu balaca məni heç tanımamasına baxmayaraq niyə ağladığımı soruşdu.

Qəlbində böyük dünyalar var sənin balaca...

"Sağol" dedi və əl eləyib getdi. Mən də gülümsəyərək onun gedişini izlədim.

Balaca hadisələr də böyük xoşbəxtliklər gətirə bilərdi və mən bunu anlamışdım. Daha çox vaxt itirməyib yoluma davam etdim. Saata baxdığımda bir xeyli vaxt itirdiyimi anlamağım o qədər də çətin olmadı, amma heç də tələsmirdim. Çünki nə qədər yolda olsaydım, o qədər onu görmək şansım olardı. Amma Allah izin verməsə bütün günü yanından keçsəm belə onu görmərəm...

Ona yazdığım şeirlər vardı o bundan xəbərsiz olsa da...
Çox şeirlər var idi əslində. Hansı ki, sevdirən şeirlər və adına şeirlər yazdıran insanlar.
Könüllər vardı bir də...
Hansı ki, sevən könüllər. Sevib qovuşan bəzənsə qovuşmayan könüllər.

"Qəlbimə zalımı yar deyə aldım,
Zülmünü qəlbimə gətirdin yarım..."

🌙
Gündəlik...

Yaramda qaldı gözlərin. Cəzamı verirsən mənə? Niyə incidirsən axı?
Qəlbim tərəfini tutur yenə. Hər nə qədər incitsən də onu...
Vicdansızsan sən?
İnanmıram. Saydığım onlarca gün heçəmi gedir?
Boş ver. Bəlkə də vecinə olmaram heç. Ağlasam canın yanmaz, gülsəm üzün gülməz. Ya da elə hiss edirəm. İmkansızdır bəlkə də bizimkisi. Nə təsadüf ki, insanlarda imkansıza qaçırlar çox vaxt...
Məni incidən mahnının sözləri deyil ,inan. Canımı yandıran mahnı oxunarkən beynimdə canlanan xatirələrdir. Hansı ki, bir fragment kimi gözümün önündən keçirlər...

🌙

Nəhayət istədiyi yerə çatmışdı Fərrin. Hətta ilk iş gündəliyini belə yazmış, qatlayıb çantasına qoymuşdu. Nə qədər yazıb içini boşaltmaq istəsə də hələ də qəlbi nigaran idi sevdiyindən.

Fərrin belə hiss edərkən Mətin nə edirdi bəs?

15 dəqiqə öncə

O qədər də fikirli görsənmirdi Mətin. Maşını saxladı. Kilidlədi və içindən düşdü. Birdən diqqətini biraz uzaqdan bir qız çəkdi. Gözlərini qıydı tanımaq üçün. Onu birinə bənzətmişdi, amma əmin ola bilmədi. Elə o anda gözləri yerə düşən parıltılı əşyaya sataşdı...
Qız əlindən süzülüb düşən biləkliyin fərqində olmadı və yoluna davam edib getdi.

Mətin onu çağıra bilməzdi. Əmin deyildi , çünki qızın əlindən düşənin nə olduğuna. Qız uzaqlaşdıqdan sonra yaxına gəldi, düşən parıltının nə olduğuna baxdı. Daha sonra biləkliyi götürdü. Diqqətlə süzdükdən sonra qızın arxasınca gedib ona qaytarmaq istədi. Sonra isə qəlbinin 'bunu etmə' deyə bağırışlarını eşitdi. Biləklik olan ovucunu yavaşca bağladı və dərindən ah çəkdi.

Xatirələr çox acımazsızdır, yoxsa xəyallar?

Mətinin beynində suallar dolanarkən Fərrin sakitcə oturmuş boş divara baxırdı. Heç biri heç nədən əmin deyildi. Hər ikisi gülümsəmək istəyirdi. Əlbəttə kim ağlamaq istəyər ki?
Heç kim...

Fərrin çox xəyal qururdu bəzən. Bu xəyallarının gerçək olması isə yalnız Allahın əlində idi bilirdi...
Mətin isə əmin deyildi heç nədən.

Fərrinə Mətini görməyəndə günlər saniyələr kimi gəlirdi bəzən, bəzənsə saniyələr illər kimi...
Çox darıxırdı, amma heç nə bildirmirdi heç kimə. Bir Allah bilirdi, bir də özü...

Hərdən qısqanırdı sevdiyi yanında olan insanları. Taleylərində varsa bir-birilərinə qovuşmaq qovuşacaqlarını bilirdi. Bu səbəbdən də hər şeyin yaxşısını istəyirdi.

"Hərşey yaxşı olacaq Allahın izni ilə..."

🌙

"Xatirələr çox acımazsızdır, yoxsa xəyallar?"

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin