Dəyər...🌻

53 6 0
                                    

Bir gün anlayacaqsan kimin sənin üçün qiymətli olduğunu...

🌙

Mətinin dilindən

Fərrinin yıxıldığını gördüm. Tutmağa çalışdım, amma olmadı.

"Lənət olsun! Həkim başını zərbələrdən qoruyun demişdi."dedim.

"Fərrin, Fərrin oyan Fərrin"dedi Mahir bizim yanımıza əyilərkən.

Alçaq!

"Rədd ol burdan! Rədd ol!"deyə qışqırdım.
"Getmirəm! Fərrin nə olar aç gözünü"dedi Fərrinin əlini tutacaqkən əlindən yapışdım.

"Ağlından belə keçirmə!"dedim.

"Həkiiiim! Bahaaar!"deyə qışqırdım. Bahar qaçaraq yanıma gəldi.

"Nə oldu burada? Otağa aparın. Həkiiiim! Həkim, xəstənin halı pisləşib"deyə qışqırdı Bahar. Həkim pilləkəndən düşüb yanımıza gəldi.

"Başını qorusun demişdim!"dedi həkim. Daha sonra "Bahar əməliyyatxananı hazırlayın tez!"dedi.

Dünyam başıma yıxıldı. Hamısı, hamısı bizə görə olmuşdu! Fərrinin əlini tutdum. Əlinin titrədiyini hiss etdim. Nitqim tutuldu, sözlərim bitti. Elə bu anda Fərrinin anası və anam gəldi.

"Fərrin?!"deyə qışqırdı anası. Anam isə donub qalmışdı. Bir neçə həkim gəldi və əməliyatxanaya apardılar Fərrini. Yanı ilə gedərkən əməliyyətxananın qapısından içəri buraxmadılar. Hamı əməliyyatxananın önündə idi artıq. Fərrinin anası ilə anamın və Ülkərin gözyaşları qurumurdu. Mahir isə başını tutub dayanmışdı.

Lənət olsun!

Üstünə gedib yaxasından tutdum.

"Şərəfsiz! Rədd ol get dedim sənə! Rədd ol burdan"deyib onu itələdim. Oda məni itələdi və

"Mən heç nə etmədim!"dedi.

"Daha nə etməliydin? Çıx get deyirəm! Rədd ol buradan!"deyə aslan kimi kükrədim üzərinə.

"Onun yaxşı olduğunu görənə qədər heç yerə getmirəm!"dedi. Ülkər bizi ayırdı və

"İndi vaxtı deyil" dedi. Mahirin yaxasını buraxıb arxaya getdim və divara söykəndim.

"Dua et ona bir şey olmasın. Dua et!"dedim.

Allahım qoru, Ya Rəbbim qoru onu...
Allahım alma onu məndən. Allahım nə olar. Onu mənə çox görmə Allahım. Fərrini alma məndən. Ümidim sənədir Rəbbim. Nə olar onu alma məndən, alma Allahım...
Qoru onu Allahım, qoru nə olar...

Amin...

Sözlərin bitdiyi, dünyanın fırlanmağı saxladığı o an vardı. Bəlkə də birinin nəfəsinin kəsildiyi an idi o an...
O anda idim. Nəfəs almırdım, dünya fırlanmırdı, danışa bilmirdim. Mən o gün ona maşınla vurmasaydım indi belə olmayacaqdı...

Haqlı idi. O gün onu maşınla vurmasa bütün bunlar olmayacaqdı. Bəlkə də başqa biri vuracaqdı maşını ilə Fərrini. Bəlkə də qaçıb gedəcəkdi, can üstündə qoyacaqdı Fərrini. Bəlkə də bu qəza olmasa əsla anlamayacaqdı Fərrinin dəyərini Mətin...
Bəlkə də bu qəza dünyalarının dəyişdiyi, həyatlarının birləşdiyi o nöqtədir...

Gözümdən bir soyuq damla axdı, canım yandı....
O an dayandım. Mən ondan qaça bilməzdim, mən onu can üstündə qoyub tərk edə bilməzdim. Hər şey yaxşı olacaq...

Həkim əməliyyatxanadan çıxdı. Hamı ona tərəf yaxınlaşdı. Üzündən kədər oxunurdu.

"Həkim?"deyə Fərrinin anası soruşdu.

"Çox təəssüf, xəstə komadadır. Oyansa belə heç nəyi xatırlamayacaq..."dedi.

"Həkim, oyanacaq, amma elə deyilmi?"dedim.

"Həkim, nəsə deyin"dedi Mahir.

"Güclü dayandı. Hər kəs bu zərbədən sonra yaşaya bilmir, amma əməliyyatı yaxşı keçdi. Oyanma ehtimalı var"dedi. Sonra getdi. Fərrini reanimasiyaya yerləşdirdilər. Yanımda kiminsə olması vecimə belə deyildi. Pəncərəyə yaxınlaşdım və Fərrinə baxdım. Təkrar eyni mənzərə...

Daha bir neçə gün əvvəl belə olmuşdu...
Fərrin bir həftədə necə qaldırdın bu qədər yükü?

Bahar otaqdan çıxdı. Hər halından bəlliydi pis hiss etdiyi. Ona yaxınlaşdım. Pıçıltı ilə,

"Ona dəyər verirəm.."dedim. Gözləri doldu, üzümə baxdı və

"Bilirdim"dedi. "Onu görmək istəyirəm Bahar, onun yanında olmaq istəyirəm. Nə olar icazə ver gedim yanına..."dedim.

"Sadəcə bir neçə dəqiqə. Gəl."dedi.

"Bizimkilər bilməsinlər"dedim.

"Bilirəm. Mənim otağımdan reanimasiyaya açılan qapı var. Get otağıma oradan geyimləri geyin sonra mən çağıracam səni qapıdan"dedi. Bildirmədən otağına doğru getdim. O isə orada qaldı.

Bilmirəm...
Fərrinlə danışmağa gücüm çatacaqmı?

🌙

"Ona dəyər verirəm.."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin