Sözün bitdiyi yerlərdə gizlənmişdi, amma sözün bitdiyi demək, yolun bitdiyi demək deyildi.
🌙
Duyğularını anlamayan bəzi insanlar var idilər ya da duyğularını anlayıbda qəbul etmək istəməyən bəzi insanlar...
Bəziləri isə ən saf halı ilə qəbul etmişdi duyğularını...Telefonundan bir qızın şəklinə baxırdı Mahir.
"Necə gözəl gülümsəyir"dedi içindən. 7 ay...
Ona aşiq olduğu vaxtdan tam 7 ay keçirdi. Hər nə qədər qız onu əvvəlcədən tanımasa da o sevmişdi qızı. Bu qız kim idi bəs?Bəlkə də təxmin etmisiz. Təxmininiz Fərrin idisə doğru fikirləşmisiz. Onu gördüyü ilk gündən qəribə hiss edirdi Mahir. Fərrin isə heç fikir vermirdi yanından dəfələrlə keçən bu oğlana. Bu xasiyyəti səbəbindən onu daha da çox sevmişdi Mahir. "Mənə baxmayan başqasına da baxmaz" deyirdi öz içindən. Əslində doğru fikirləşirdi, amma bilmədiyi çox şey var idi. Nəysə...
Sonra araşdırmış, Fərrinin heç kimi sevmədiyini öyrənmişdi.Ən azından elə olduğunu düşünürdü...
Axı haradan biləcəkdi Fərrinin qəlbini əlindən alan birinin olduğunu.Mətin...
Həm özü, həm qəlbi uzaqlarda olan bir cənab var. Təkcə özü deyildi əslində yarası da var, xəyalı da var...
Və bu cənabın özünü də, xəyalını da, yarasını da sevən bir xanım var. Cənab isə xəbərsizdir bəlkə də olanlardan...Bu yolda enişlər, yoxuşlar var idi. Hər dəfə yıxılanda qalxanlar var idi. Sevilənlər vardı, sevilməyənlər vardı. Vardı. Çox şey vardı...
Fərrin gözyaşları, Mətinin isə fikirləri qarışmışdı biri-birinə bu gecə. Fərrinin sevdası yandırarkən canını, Mətinin ettikləri idi başını qarışdıran.
+Axı niyə bu gün elə etdim? Bu mesajları ona kim yazıb? Niyə birinci mən olub olmadığımı soruşub?
-Görəsən görüb onun adını yazdığımı? Niyə pozmadım mən mesajları? Bəlkə elə özüdür yazan?
+Mahirin necə baxdığını görürəm. O yazıb əminəm. Yazmasın! Mahir ona yazmasın!
-Heç cavab yazmazdım gərək. Yazmazdım!
+Yaxşı ki, əngəlləyib.
-Yaxşı ki, əngəllədim.Fərrinin gözləri ağırlaşdı, yumuldu. Mətinin isə gözləri deyil, qəlbi ağırlaşdı.
"Nə olub axı mənə?"deyə fikirləşdi. Cavab tapa bilmədi sualına. Əlini ürəyinin üzərinə qoydu, başını arxaya əyib divara söykətdi.
🌙
Gündəlik...
Günlər necə düşman?
Şəhər isə darmadağın...
Nəfəsim ağırlaşır, sözlərim yığılır qalır. Sonra baxışların ilişir qəlbimə. Gülümsəməndən danışmıram hələ...
Sən sus...
Mən sənə səndən danışım. Gözlərinin qəhvəyisindən, saçının rənginə qədər...
Sən bax...
Mən baxışlarını salaram ürəyimə.
Sən danış...
Nə danışırsan danış...
Dinləməyə çalışaram səni ömrüm yetənə qədər. Səssiz dayansan sükutunu yazaram, danışsan səsini qazıyaram beynimə...🌙
Mətin yerindən qalxdı və pəncərənin önünə gəldi. Pərdələr bağlı idi. "Bahar niyə heç açmır ki, bu pərdələri?" deyə düşündü.
Daha sonra beyninə ilişən M-in nömrəsi ilə açılan profilləri axtarmağa başladı.
Bəlkə də tapsa nələrsə dəyişərdi...🔘Mahir_h12
"Təxmin etmişdim. Görəsən niyə heyrətlənmədim?"dedi pıçıldayaraq. Daha sonra profilinin açıq olduğunu gördü və şəkillərə baxdı.
Niyə baxmırsan mənə? Eybiyox, gözləyərəm. Bir gün sən də məni tanıyacaqsan. O gün hər şeyi sənə deyəcəm. Səni necə tanıdığımı, necə izlədiyimi, mənə baxmadığını. O gün yaxındı. Səni sevirəm "F" (25.08.2019)
Gördüyü yazıdan anladı ki, Mahir yeni deyil də, bir xeyli vaxtdır Fərrini tanıyır. "Hər şeyi planlayıb şərəfsiz"dedi və şəkillərə girib mesajların üzərində yazılan nömrəni telefonuna yazdı. Daha sonra xəstəxananın həyətinə düşdü və siqaret paçqasının içindən bir siqaret götürüb yandırdı.
Bəzən nəyisə etməli olduğun üçün deyil, etmək istədiyin üçün etməlisən...
Fərrini qorumaq istədiyini fikirləşdi.Bahar uzaqdan Mətinin qara-qara düşündüyünü görüb yanına gəldi.
"Nə olub?" deyə soruşdu. Mətin "M-in Mahir olduğundam əmin oldum" dedi.
"Axtardın ki?"
"Niyə axtardığımı bilmirəm"dedi Mətin.
Bahar gülümsədi və bir cümlə dedi. Bu cümlə qısa ola bilərdi, amma içində onlarla məna daşıyırdı.
"Sən ona dəyər verirsən..."
🌙
"Mətinin isə gözləri deyil, qəlbi ağırlaşdı..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...