Sevən sevdiyini incitməz,qəlbini qırmaz, ona qıymaz. Əgər sizə kədərdən başqa heçnə yaşatmırsa, orada sevginin adı gedə bilər sizcə?
🌙
Şəbnəmdən mesaj gəldi. "yaxşısan?" deyə. Qəribə-qəribə sağ-sola baxdım.
Telefonu götürüb cavab yazdım.
"Hardan bildin?"deyə cavab yazdım.
-Düz tapdım,hə?
-Demək olar ki düzdü,amma hardan bildin?
-Hiss elədim nəsə sıxıldım ona görə
-Necə yəni? Canın sıxılanda deməli mənim canım sıxılıb?
-Bilmirəm ki. Sadəcə sanki içimdən bir səs Fərrinin 'keyfi yoxdu' dedi.
-İçindəki səsə heyran qaldım.
-Danışmaq istəyirsən?
-Elə bir şey yoxdu narahat olmalı. Sadəcə yenə öz-özümə nələrisə gözdən keçirdirəm.
-Nəyəsə ehtiyacın olsa deyə bilərsən.
-Təşəkkür edirəm.
-Hər zaman.Telefonu kənara qoyduqdan sonra Yusifin nömrəmi hardan tapdığı beynimin içində fırlandı. Tam bu anda çalan qapı səsiylə qapını açmağa getdim.
Ülkəri görüncə gülümsədim. Təsdüflərə bax hamısı bir yerdə gəlir.
"Xoş gəldin"dedim. Sevinclə məni qucaqlayıb.
"xoş gördüm, xoş gördüm"dedi.
"Nə olub bu qədər sevinclisən?"deyə soruşdum.
"Soruşma nələr olub nələr"dedi.
"Gəl otağıma gedək"dedim və otağıma getdik.
Yatağıma oturdum, oda yanıma oturdu.
"Hə indi danış görüm"dedim.
"Fəridlə barışdıq"dedi.
"Aa nə deyirsən? Doğurdan?"deyə soruşdum.
"Hə,dünən zəng vurmuşdu. Əvvəlcə açmadım,amma sonra ürəyim dözmədi təzədən zəng vurdum"dedi.
"Həmişə birlikdə olasız gözəlim"dedim. Qucaqladı məni. Daha sonra,
"De görüm səndə nə var nə yox?"deyə soruşdu.
"Heçnə. Nə olacaq belə davam edirəm"dedim.
"Mətin bəs?"deyə soruşdu.
"O adlı insan tanımıram artıq mən"dedim.
"Heç bağışlama imkanın yoxdu? O vaxt sən qəza keçirəndə, məndə Mahirlə yanına gəlmişdim. O gün səni qısqanmışdı. Mahiri uzaq tutmağa çalışmışdı səndən. Doğurdan sevdiyini düşünmüşdüm."dedi.
"Deməli ki sevməyib, biz sadəcə elə düşünmüşük"deyə cavabladım.
"Bilirsən bəs sonra Mahirin gündəliyini ona verməsini?"deyə sual verəndə qaşlarımı heyrətlə çatdım.
"Mahir verib gündəliyi ona? Bəs Mahir hardan tapmışdı?"deyə təəccüblə soruşdum. Hər şeyi danışdı. Daha da heyrətlənmişkən, deyəsən baş verən hər şeyi anlamışdım. Mətin gündəliyimi oxuyub,hisslərimdən xəbərdar olmuşdu. Ya bu hisslərdən istifadə etmək istəmişdi, ya da Aysunu unutmağa çalışmaq üçün məni sevməyə çalışmışdı. Məndə saf kimi sevgisinə inanmışdım.
"İndi hər şey aydın oldu. Mətin o gündəliyi oxuyub ona görə mənə yaxınlaşıb." üzümə baxıb susdu.
"İnsanlar bir-birinin hissləri ilə niyə oyuncaq kimi oynayırlar mənə çox maraqlıdır. Mən birinin qəlbini qıraram deyə tir-tir əsərkən, hər sözümə diqqət edərkən, heç kimə boşuna ümid verməzkən, onlar necə vicdansız ola bilirlər? Belə çıxır ki, sevgi yoxdur. Həmçinin vicdan deyə bir şeydə yoxdu. Bəs mənim yaşadığım, mənə yaşatdıqları nəydi? Kin, nifrət.
Hər halda bir daha heç kimə inana bilməyəcəm. Həmişə içimdə hisslərinə qarşı bir şübhə yaranacaq. Düzdür hadisənin üzərindən bir ildən çox müddət keçib, onu unutmuşam, tamamı ilə beynimdən silmişəm,amma hələ də məni marağlandıran bir sual var. Mən bütün bunlara laiq idim?"deyə içimdən keçənləri dedim. Ülkər gülümsəyərək mənə baxıb,"Sən bunlara laiq deyildin,amma yaşadın. Bilirsən niyə? Çünki Allah qarşına Mətindən qat-qat yaxşı birisini çıxardacaq. Bəlkə də tanış olduğumuz bir çox insan kimi təsadüfən olacaq bu. Üzün güləndə belə içindəkini hiss edəcək, səninlə marağlancaq,qoruyacaq,kiminsə açdığı yaraları,inamsızlığını sağaldacaq. Mətin sadəcə sənin bir sınağın idi və sən bu sınağı çoxdan bitirmisən. Qarşına sənə laiq birisi çıxacaq, bəlkə də artıq çıxıb. Çünki hamının laiq olduğu kimi səndə səni xoşbəxt edəcək, üzünü güldürəcək birinə laiqsən."dedi. Gülümsədim,
"Artıq sevgi barəsində düşünmürəm"deyə cavabladım.
"Onsuzda taleyindəki insan gəlib səni tapacaq. Təsadüfən də olsa. Bunu ki, sən özün mənə demişdin."dedi. Başımı aşağı-yuxarı tərpədib, "əlbəttə"dedim. Sonra isə beynimdə fırlanan təkcə bir kəlimə var idi.
"Səmada təsadüf olmur" , amma mən onu sevməyəcəkdim...
🌙
"Hardan bildin?"
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Chick-Lit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...