Bəzi şeyləri gizlətməyi bacarmazsan...
🌙
"Sən niyə qalxmısan? Get yerinə tezol"dedi Bahar Fərrinə.
"Səs-küyə qalxdım"dedi.
"Şərəfsizin biri gəlib içəri girməyə çalışsa oyanarsan da" deyə pıçıldadım.
Niyə belə olmuşdum axı mən? Nə vaxtdan beləyəm?
"Nəsə dedin Mətin?" dedi və üzümə baxdı.
"Mahirlə Ülkər gəlmişdi. Ondan səs küy qalxdı"dedim niyəsə. Nə də olsa haqqı var idi bilməyə.
"İkinci dəfə?"deyə soruşdu. Otaqdan çıxdığım andan bəri olanları Fərrinə danışdıq. Lakin telefonuna baxdığımızı demədik.
Fərrinin dilindən
Axı niyə ikinci dəfə gəliblər? Üstəlik Mahir? Mahirin mənimlə nə işi axı?
Baharın tənqidi ilə yerimə geri döndüm və hər ikisi yanıma gəldilər. Mətin susmuşdu telefonunda nəsə axtarırdı. Bahar isə danışmırdı. Bunlar məndən nə isə gizlədirlər.
"Siz ikiniz"dedim. İkisi də mənə baxdıqdan sonra
"Siz məndən nə gizlədirsiz?"deyə soruşdum. Bahar Mətinə baxdı. Mətin Bahara tərəf baxandan sonra isə gözlərimə baxdı və
"Çox bəlli olur?" deyə soruşdu.
"Çox"dedim. Bahar "Hirslənməyəcəksən?"deyə soruşdu. "Yox siz mənə düzünü deyin mən hirslənməyəcəm"dedim.
Axı Mətinə necə hirslənə bilərdim ya da Bahara...
Mətin heç gözlərini çəkmədən "Telefonuna mesaj gəldi biz də açıb baxdıq. Sonra da bu M-dən gələnləri gördük"dedi.
Heyrətlə baxa qaldım. Mətinə mənim telefonumda olanlar maraqlı gəlmişdi ya mən düz anlamadım?
Daha sonra gülümsədim və
"Doğrunu dediyiniz üçün əsəbləşməyəcəm. Sadəcə M əngəldə idi axı"dedim.
"Mesajlar silinməyib"dedi Bahar.
"Bu hər kimsə səni narahat etmir ki, indi? Bax düzünü de"dedi Mətin.
Nə vaxtdan maraqlanırdı mənimlə? M Mətinin özüdür bəlkə...
"Yox onsuzda əngəldədir. İstəsə də narahat edə bilməz."dedim. Gülümsədi və
"Yaxşı. Sən yat dincəl. Səni çox yorduq bu gün. Gecən xeyrə"dedi Mətin.
"Sənin də gecən xeyrə"dedim və otaqdan bayıra çıxdı. Gülümsədim.
Bu deyəsən biri-birimizə ilk "gecən xeyrə" deyişimiz idi...
Gözlərim qapıya ilişib qaldı. Bahar yanıma oturub,
"Bilmədiyim, amma hiss etdiyim nəsə var deyəsən"dedi gülümsəyərək.
"Off"dedim və "Nələr, nələr var"dedim.
"Sən ona çox dərin baxırsan, görürəm. Sanki canını çox yandırıb" dedi.
"Bəlkə də"dedim Baharın gözlərinin içinə baxdım. Gözləmədiyim bir şey edib məni qucaqladı və
"Hər şey yaxşı olacaq"dedi.
"İnşəAllah"dedim. O isə "Amin"dedi. Daha sonra uzandım. Bu sıra da Baharın nömrəsini almış, öz nömrəmi vermişdim. Biraz keçəndən sonra Bahar məni otaqda tək qoydu və yatmağımı söylədi.
Mən onu düşünməkdən yata bilirdim ki?
Bir neçə həftədən sonra gedirdi. O gedəcəkdi mən yanacaqdım, darıxacaqdım...
Bəlkə heç yadına belə düşməyəcəkdim onun. Gözyaşlarım yanaqlarımı islatmışdı artıq. İçimdə qəribə bir ağrı var idi. Sanki kimsə bıcaqla yaralamışdı məni.Nə qanı dayandıra bilirdim, nə də ağrını kəsə bilirdim...
🌙
Gündəlik...
Əzizim, gündəlik!
Bağışla bir neçə gündür sənə yaza bilmirəm. Səbəbi isə qəza keçirməyimdir...
Narahat olma, mən yaxşıyam.
Gündəlik!
Qəzada maşını sürənin kim olduğunu bilirsən? Mətin idi gündəlik, Mətin...
Allah belə yazmış ki, belə olub deməli. İndi yaşayıram, nəfəs alıram, danışıram, gülürəm, ağlayıram. Yəni hər şey keçib getdi. Mətindən şikayət etmədim...
Məndən səbəbini soruşduğunda 'Bir insan sevdiyi insandan necə şikayət edər?' deyə bilmədim. Bəzi şeylər qarşılıqsızdır dedim...
Sonra mənə qızılgül almışdı. Hədiyyələrlə bağışlanmaq istəmişdi sanki. Oysa ki, mən ondan heç incinməmişdim.
Hər pis hadisə də, bir yaxşı hadisə var deyirlər. Doğrudur, hər an ölə bilərdim. Lakin nəticə də Mətinlə danışa bilirəm.
Gündəlik, təssəvvür edirsən?
Üzünə baxa bilirəm gözlərimi çəkmədən...
Gündəlik!
Allahın izniylə olur bütün bunlar. Şükürlər olsun Allahım...🌙
"Nə qanı dayandıra bildim, nə də ağrını kəsə bildim..."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
Literatura Kobieca'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...