Sən yanımda ikən keçən zamanın dəyəri o qədər çox idi ki gözümdə. Nə də olsa həmişə yanımda olmaya da bilərsən.
🌙
Yorucu bir günün ardından gözəl bir səhərə oyandım. Cismən deyildə ruhən çox yorulmuşdum, amma bir fərq etmirdi bu yorğunluğum. Keçib gedər bu da Allahın izniylə. Sadəcə biraz vaxt lazımdır və mən çox səbirsizlik edirəm. Bunun səbəbi açıq deyilmi? Mətin...
Qısqanıram çox vaxt. Məsələn onu hər gün görən insanları...
Bir neçə damcı yanaqlarımı isladarkən əlimin tərsi ilə onları sildim. Artıq ağlamaqdan yorulmuşdum. Hər nə qədər üzdən gülsəm də yadıma düşdüyündə içim yanır. Yuxuma gəlir arada. Baş çəkir xəyal dünyama...
Deyirlər ki, "əgər bir insan sənin yuxuna girirsə, səni düşünür" deməkdir. Yəni gerçəkdən məni düşünüb?
Bəlkə də bunlar sadəcə insanların özlərini ovutduqları yalanlardır, amma Allahın bir möcüzəsi də ola bilər.🌙
Gündəlik...
Bilmirəm, gündəlik...
Nəyi bildiyimə də tam əmin ola bilmirəm. Çox sınıram bəzən. Bəziləri ondan danışarkən sadəcə tanımıram deyirəm. Bəzənsə tanıyıram sözü alır bu sözlərin yerini. Mən olanları bilə-bilə qəbul etdim onu. Bəlkə tövbə edib və ya edər deyə ümidlərimi saxlamışam. Bəlkə peşman olub deyə fikirləşərək birdə...
Görəsən başqa biri qəbul edərdi onu? Niyə də etməsin? Mən ki qəbul etmişəm. Bəlkə də yalnız mənim üçün ağır olan bir şeydi bu. Bəlkə də başqaları üçün fərq etmir. Yenə də onu sevirəm. Sevginin gözü kor olurmuş deyərkən bunu nəzərdə tutublar yəqin. Nəysə...
Bəlkə bir gün səni ona verərəm gündəlik və çıxıb gedərəm buralardan. O oxuyar sənə yazdığım, ona deyə bilmədiklərimi..
Yəqin ki, çox böyük günah olar içində Allah olan qəlbi incitmək. Nə olar incitmə qəlbimi Mətin...🌙
Keçib gedən saniyələrin ardında gündəliyimi örtərək masaya qoydum.
Bəlkə də həyat sağ tərəfə baxarkən, sol tərəfdə itirdiklərimizdən ibarətdir. Biz də sağ tərəfdə nə isə axtarakən, sol tərəfi itiririk. Ya da sol tərəfdə nə isə axtararkən , sağ tərəfdə yaşanılanları itiririk. Bəlkə də həyat bunun üzərinə qurulmuşdu.
Qazandıqlarımız və itirdiklərimiz...
Bəs qazandıqlarımız üstünlük təşkil edir, yoxsa itirdiklərimiz? Deyəsən buna cavab məndə yoxdur ya da fərqlənir. Ya qazandıqlarımız, ya da itirdiklərimiz qalib gəlir.
Məsələn onu qazanarkən, getməsi kimi. Həm də neçə km uzağa. Bu zaman mənim qazandıqlarım üstünlük təşkil edir, yoxsa itirdiklərim?
Başım qarışdı xeyli. Dodaqlarım qurudu, boğazım düyümləndi. Mətbəxə enib bir stəkan su içdim. Biraz yemək yeyib çantamı götürdüm və evdən çıxdım. Gedəcəyim bir xeyli yol var idi, amma düşünə-düşünə getdiyim üçün demək olar ki, yolun necə gəlib keçdiyini anlamadım. Sonra bir maşın dayandı və içərisindən biri düşdü. Nə səbəblə düşdüyünü bildiyimdən üzümü ondan uzağa çevirdim."Bir bu əskik idi"deyə mızmızlandı içimdən bir səs.
"Fərrin"deyə səsləndiyində üzünə baxdım. Gülümsəyirdi. Nəyə gülümsəyir anlamadım və üzümü digər tərəfə çevrildim.
"Cavab ver də bir dəfə."dedi.Sustum və baxışımı əvvəl baxdığım yerdən çəkmədim.
"Eh olmadıda bu Fərrin. Bir dəfə də cavab ver mənə. Nə qədər belə edəcəksən? Əl çəkməyəcəm onsuz"dedi Sahil hirsli səs tonuyla. Sən kimsən mənim üzərimə səsini qaldırırsan? Yoluma davam etdim və onu görməməzlikdən gəldim təkrardan. Bir dəfə "get" demişdim və bir sözü təkrarlamağı sevmirəm.
Bir anlıq "Mətin görsəydi nə olardı?" deyə düşündüm. Ya qoruyardı məni ya da heç nə etməz sadəcə izləyərdi...
Nə qəribədi...
O sənə dəyər verər, sən başqasına..."Fərrin cavab ver" dedi Sahil.
"Nə cavab ver? Mən səninlə danışmayacam özünü yorma" dedim öz-özümə. Biraz daha sürətlə getməyə başladım. Sahil hələ də arxamca gəlirdi, çünki addım səslərini eşidirdim.
"Yoxe anlamıram niyə üzümə baxmırsan mənim? Mən sənə nə etmişəm? Heç olmasa bir cavab ver mənə" dedi təkrardan.
Mən belə istəmirdim...
Həmişə qızlar "məndən belə cavab istədi" deyərkən düşünürdüm ki, elə cavab istəməsinlər məndən. Gəlsin keçsin önümə və desin ki, "Mən hisslərimi açdım sənə. Yenə də öz qərarındır, amma qərarın nə olursa olsun mənim hisslərim dəyişməyəcək."
Hətta hissləri dəyişəcəksə də belə desəydilər daha dəyər qazanardılar bəlkə də. Gerçəkdən sevən onsuzda sona qədər sevir və yox cavabı alsa belə ümidini üzmür bir müddət. Demirəm ki, Sahilin hissləri yalandır. Sadəcə mənim sevdiyim var və bunu o bilmir. Allahdan başqa heç kimə demirəm, çünki...Sonunda ayaq səslərinin gəlmədiyini anladım. Nəhayət qayıtmışdı. Hər ikimiz üçündə bu yaxşı idi məncə. Onu ümidləndirə bilməzdim və danışsam ümidlənəcəkdi. Uşaq vaxtı anlamırdım bunu, amma böyüdükcə get-gedə dərk etdim. Adı üstündə. Uşaq vaxtı...
Birdən xatirələr canlandı gözlərimdə...
"Ya mənim Sahili qəbul etmədiyim kimi, Mətinin bizi birləşdirə bilməməsi?" deyə düşünərkən gözümdən axan damcının yanaqlarımı islatdığını hiss etdim. Sonra isə bir səs eşitdim...
"Niyə ağlayırsan?"
🌙
"Allahdan başqa heç kimə demirəm, çünki"
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...