Hiss edərsən, adını qoya bilməzsən.
🌙
Mətinin dilindən
Otaqdan çıxıb, qapını örtdüm. Açarı verib yuxarı çıxarkən bayaqdan qapısı açıq qalan yan otağa ilişdi gözüm. Bura Fərrinin otağı olmalıdır.
"İçəri gir"deyə içimdən bir səs səsləndi. İçəri keçdim. Nə də olsa ürəyim mənə içəri bax deyirdi...
İçəri girər-girməz biraz ətrafa göz gəzdirdim. Gözlərim masanın üzərində ki, kağıza ilişdi. Yaxınlaşdım.
"Bunu oxumalıyam?"deyib vərəqə baxdım.
Niyə etdiyimi bilmədən vərəqi oxudum.🌙
Gözləri, intihardı. Hər baxdığımda ölürəm. Dəfələrlə...
Heç bezmədən, heç incimədən.
Hər dəfəsində həyatımdan vaz keçirəm və baxıram gözlərinə. Hər dəfə öləcəyimi bilə-bilə...
Bağışla məni, "Getmə" deməyə gücüm yoxdur. Bağışla məni, səsini duymaq üçün zəng vurmağa cəsarətim yoxdur.
Bağışla məni, hər şeyə görə, bağışla...
Sən...
İndi hər şeydən xəbərsizsən. Bilmirsən bunu niyə yazıram, niyə yazmışam. Sadəcə, bunu bil sən mənə hər baxanda bir işıq bəlirir gözlərimdə, bir gülümsəmə qonaq gəlir üzümə...
Sırf mənimlə marağlanırsan deyə qəza keçirməyimə sevinirəm. Kim qəza keçirdiyinə sevinər?
Nə olursa olsun, məni unutma,xahiş edirəm. Oralarda belə.Allah amanında...
🌙
Mürəkkəbin yeni quruduğunu anladım kağıza diqqətlə baxarkən.
"Fərrin?" deyə pıçıldadım. "Bütün bunları kimə yazmısan?"deyə soruşdum öz-özümə. Daha sonra isə gülümsəyib,
"Umuram mənə yazmısan"dedim. Telefonu çıxarıb yazının şəklini çəkdim daha sonra dərhal otaqdan çıxıb Fərringilin yanına getdim. Fərrinin qardaşının - İzzətin yanına oturdum. Gülümsəyərək Fərrinin üzünə baxdım. Niyə elə baxdığımı anlamadı böyük güman ki. Telefonumu açıb mesaj yazdım.
Fərrin🌹
Umuram mənə yazmısan
Nə?
Oda mən də qalsın:)
Qalsın,
amma heçnə anlamadım:)
Əlbət anlayarsan
Bir gün...
Deyə yazdıqdan sonra başımı qaldırdım. Təəccüblə mənə baxdığını görüb biraz daha gülümsəməyə davam etdim.
Axı mən niyə gülümsəyirəm? Bəlkə heç mənə yazılmayıb o sözlər? Sabah mən gedirəm o burada qalacaq.
'Ya döndüyündə burada deyil başqasının yanında olsa?' deyə sual verən iç səsimə verməyə cavab tapmadım.
Ya doğurdan da elə olsa?
"Mən sabah gedirəm. Özünüzə yaxşı baxın. Fərrin ən başda da sən! Boş boş sözlərə görə özünü yorma və bir də başını qoru! Həkim nə demişdi?"deyə soruşdum. Göz süzərək,
"Bışını zırır gılsı ılıcıksın" deyə mızmızlandı. Güldük.
"Bax həqiqi sözümdü. Əgər özünə diqqət etməsən ilk təyyarə ilə gəlib dəli eləyəcəm səni. Məndən qurtuluşun yoxdu!"dedim.
"Mındın qırtılışın yıxdı"dedi və daha sonra eşidilməyəcək səs tonuyla nəsə pıçıldadı, amma eşitmədim.(Elə demə. Sən gəl deyə mən özümə baxmaram.)
"Nə deyirsən?"deyə soruşdum.
"Heç" dedi. "Əsas sən özünə yaxşı bax. Sən yad yerə gedirsən demişdim "deyə sözünə əlavə etdi. Bayaq bunu demədiyinə əminəm!
"Fərrinə diqqət edin İzzət"dedim İzzətə baxaraq.
"Ee yaxşı ki, o sözə görə özümdən getmişəm"deyə danışdı Fərrin. Düzü hansımızın sözünə görə olduğunu bilmirəm, amma ona pis təsir etdiyi üçün elə olmuşdu. Özündən getməsi deyil də, başının yerə sərt dəyməsi problem olmuşdu.
"Sən hər söz deyənə görə özündən gedəcəksənsə vəziyyətimiz çətindi."dedim. Elay gülüb,
"Mən buradayam. Nəyinki cümlə, dünyanın söz ustası gəlsə geri göndərərəm Mətin" dedi Fərrini qucaqlayaraq.
"Afərin. Fərrin öncə Allaha ,sonra sizə əmanət. Bilirsiz qəza mənə görə olub. İstəmirəm sonra vicdan əzabı çəkim"dedim.
Fərrinin gözlərinin dolduğunu hiss etdim. Niyə axı?
"Mənə görə öz canını sıxma."dedi. Susdum. İndi bəlli oldu niyə gözləri doldu...
"Sən mənim üçün dəyərlisən. Səni sevirəm" demək və onu qucaqlamaq istəyərdim, amma bu hələ ki, mümkün deyildi.
Çünki,nə hisslərimin adının nə olduğunu bilmirəm, nə də Fərrinin məni sevib sevmədiyini...
🌙
"Elə demə. Sən gəl deyə mən özümə baxmaram."
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...