Onu itirməyin qorxusu əsir idi ürəyimdə. Oysa ki, heç vaxt qazanmamışdım onu. Getməliydim, çox uzağa, onu görməyəcəyim və düşünməyəcəyim bir yerlərə. Ölkə xaricinə məsələn..
Problem var idi. Onu görə bilməyəcəkdim, doğrudur , amma olmadığı hər yerdə belə ağlımdan çıxmırdı. Necə atacam onu qəlbimdən bayıra, kimsəsiz küçələrə və yalnış yollara?
Ayağa qalxdım, Fərid gəlməmiş getməməliydim,amma burdada qala bilməzdim. Budur sualımın cavabı gəlir. Aysun...
Sevdiyim adamın sevdiyi qadın...
Sakitcə düşündüm məni ondan fərqləndirən nə idi? O daha gözəl idi yəqin məndən,hə? Mənasız insanların gözəlliklə sevgini ölçdükləri dünyada yaşayırıq,qınamayın məni..
Amma deyildi, o qız məndən gözəl deyildi. Gəldi köynəyimin yaxasından yapışdı, "rahat burax sevgilimi" dedi. Qışqır-bağır salmağa başladı. Tək bir hərəkətimlə özümdən uzağa itələdim onu. "O sən, o da sənin sevgilin. Rədd olun həyatımdan. Yalanların kifayət qədərdir artıq. Həyatımı məhv ettiyin yetmirmiş kimi birdə üstümə bozarırsan. Kimsən hə sən, kimsən? Mənasız,dəxlisiz bir insan. Sevgiyə kasıbsan sən. Mən sən deyiləm, ehtiyacım yoxdu sənin və ya sevgilinin çirkli hisslərinizə. Sadəcə burnunuzu həyatımdan çəkin. Mən düzəldə bilmədim bəlkə nələrisə, bəlkə sevirəm hələ də, amma mənim sevgim sizin sevginiz kimi deyil. Mən sevgimə görə, sevdiyim insanın xoşbəxtliyinə görə öz eşqimi heçə saydım. Səninkisə eşq deyil, elə sənin sevgilinin sevgisi kimi ucuz
Üzrlü say dırnaq içi sevgi deməliydim. Əlinizdə kim yoxdursa ona tərəf qaçan aciz insansız siz. Bu qədər susduğum bəsdir artıq. Bir dəfə anla marağlı deyilsiz mənə, bildin? İndi isə çəkil önümdən." dedim. Söz tapmadı deməyə. O qədər aciz idi sözlərimin önündə. Onun kimi deyildim. Buda mənim fərqim olsun.
Tam gedərkən açılan qapı səsi ilə arxaya döndüm. Hər şeyi eşitmişdi. Üzümə baxıb qırıq bir gülümsəmə ilə, gülümsədi. Mənsə həmənki hüznlə baxdım gözlərinə və o istəmədiyim an, gözlərimi ayırdım gözlərindən.Yollar və insanlar bizi ayırmağa birləşmişlər sanki. Yan yana qoya bilmirəm ikimizi. İki sevən, bir_birindən uzaq və yalnız..
Üzrlü say yalnız dedim sənə. Axı sənin bir sevgilin var idi. Məndən fərqli olaraq. İlk sevgimin qatili. Mən sənin kimi olmamışdım, sənin kimi qəlb qırmaqdan qorxmamazlıq etməmişdim. Başqaını unutmamışdan digərini sevməyə çalışmamışdım. Mənim yanımda olmaq istəyən insanlara haqsızlıq etmişdim və səni sevmişdim. Məni xoşbəxt etmək üçün əlindən gələni edən birini də sevə bilərdim, amma mən gecələr boyunca sənin üçün ağlamağı seçmişdim. Məni sevəni deyil, məni incidəni sevmişdim. Birini sevərkən başqasına ümid verməmişdim. Nəysə keçək bunları,əsas keçmiş deyil, indidi və sən sevdiyini deyirsən. Bir an inanır,sonra vaz keçirəm. Çünki sınmağa nə taqətim, nə də ürəyim qalmayıb artıq.-Məni sevirsən?
-Hə,sevirəm
-Nə qədər?
-Sözlərə sığmayacaq qədər çox.
-Yalan demə heç vaxt sözlərə sığdırmamısan məni.
-Sözlərə sığmayacaq qədər özəlsən, səni başqalarıyla paylaşa bimərəm.
-Amma qəlbimi qırıb,sınıq-sınıq edə bilərsən,hə? Niyə susdun? Bu qədər çarəsizsən,hə? Bir vaxtlar mənim olduğum kimi.
ŞİMDİ OKUDUĞUN
Dualarımda sən
ChickLit'Məsafələrə rəğmən sevmək eşqsə , sevməmək xəyanət sayılmazmı heç?' Sən bir başqaydın. İllər boyunca səssiz sədasız sevmişdim səni. Düşündüyüm qədər saf və təmiz olmasan da, səhvlərinə rəğmən həyatımda idin. Oysa ki, sevgim heç bitməz sanırdım, aray...