Tək parça dünyam...🍁

52 6 0
                                    

Bəzi şeyləri vaxtında deməlisən, sən deməsən
onra vaxt sənə hər şeyi deyəcək...

🌙

Fərrinin dilindən

Səhərin gözü açılar açılmaz Mahirlə Ülkər gəlmişdi. Onlar gedəcəkkən, yola salmaq üçün qalxdım. Qapını açdığımızda Mətinlə göz-gözə gəldim. "Sabahın xeyir Fərrin"dedi. "Sabahın xeyir Mətin"dedim gülümsəyərək. Ülkər Mahirə baxdı. Mahir isə "Səninlə danışa bilərəm?"deyə soruşdu məndən. "Buyur?" dedim. Mənimlə nə işi ola bilərdi ki?

"Amma yalnız"dedi. "Nə deyirsən dedə burada kim var ki? Ülkər, Mətin, "dedim. Qardaşım anamı gətirməyə, atam isə məcbur işə getmişdi.

"Yox onlar bilməsin. Mən bir söz vermişdim özümə səninlə tanış olduğum gün deyəcəkdim sənə, amma deyə bilmədim indi demək istəyirəm"dedi. Təəccüblə nəyi nəzərdə tutduğunu düşündüm. Bu sırada Mətin bizə yaxınlaşdı və

"Deyir ki, fərqi yoxdur burada de"dedi. Mətinin bu halını bəlkə də ilk dəfə idi görürdüm.

"Mənim üçün fərqi var. Sənə nə mənim şəxsi həyatımdan?"dedi Mahir.

"Nə deyəcəksən? "M" adıynan səni narahat edən alçaq mənəm deyə?"dedi Mətin.

Nə dedi? Nə dedi?

"M" Mahir imiş?

"Sənə nə nə deyəcəkdim? Nə "M" ,nə ad? Alçaq özünsən. Mənimlə özünü səhv salma."dedi Mahir.

Sən kimə alçaq deyirsən?

"Bu deyilənlər doğrudur?"deyə soruşdum Mahirə baxaraq.

"Yox əlbəttə ki"dedi. Mətin o an gözlərimin içinə baxdı. Bilirdim, Mətin bilməmiş heç nə deməzdi. Bilirdi...

"Necə yox? O boyda yalan olar şərəfsiz?!"dedi Mətin əsəblə.

"Şərəfsiz adındı bildin?!"dedi Mahir.

"Sakit olun bir dəqiqə! Biri mənə olan bitənləri açıqlasın, tez!" dedim.

Diqqətləri mənə yönəldi. Mahirin gözlərindən oxuya bilirdim yalan dediyini. Nəyinsə qorxusu vardı gözlərində. Mətində isə tam tərsi.

"Elə şey yoxdur yalan deyir"dedi Mahir.

"Bəs deyil Mahir? Öz profilin o nömrə ilə açılıb. Uşaq başı aldadırsan?"deyib Mahirin köynəyinin yaxasından yapışdı. Bu sırada

"Mətin sakit ol, yaxşı bildim. Sakit ol. Xahiş edirəm."dedim ona.

"Narahat olma ağız payını verirəm sadəcə"dedi mənə.
"Sən kimsən mənim ağız payımı verəsən?"deyəndən sonra ələ salarca güldü Mahir.

"Özün istədin!"dedi Mətin və üzümə baxıb,

"Bu şərəfsiz səni sevirmiş! Ona görə yazırmış!"dedi.

"Nə?"dedim və heyrətlə Mətinə baxdım.

"Sevirəm, əcəb eləyirəm sonra? Səndən icazə alacaqdım? Doğrudu sən bilməzsən axı belə sevgiləri. Gündə birini fırladırsan!"dedi Mahir.

"Mahir, Ülkər gedin xahiş edirəm. Bəsdir artıq. Yoruldum, mən yoruldum doğruyla yalnışı ayırd etməyə çalışmaqdan! Niyə belə edirsiz Ülkər? Niyə axı?!"dedim.

"Fərrin, mən..."dedi Ülkər. O susdu mən susdum. Mətin sakit dayandığımı görüb,

"Gedin buradan."dedi.

"Deyəsən bəlli oldu niyə ilk öncə sənin adın soruşulur"dedi Mahir. Alçaqca güldü. O an dünyam dağıldı.

Mətinlə Mahir arasındakı fərq də bu idi. Mətin gülürdü, mən gülürdüm. Mahir gülürdü, mənim dünyamı dağıdırdı.

"Sən hələ danışırsan alçaq?!" deyib yumruğunu Mahirin üzünə vurdu.

"Bəlli oldu, bəlli oldu, bəlli oldu" söz cingildədi qulaqlarımda...

Bir ağrı hiss etdim başımda. Sonrası sərt bir yerə çarpılış...

🌙

Gündəlik...

Yağışın altında çətir açacaqsansa, niyə yağışın yağmasını istəyirsən?
Birini sevməyəcəksənsə, ona əzab verəcəksənsə niyə yanında olmasını istəyirsən? Niyə qısqanırsan?
Niyə axı? Səbəbi nə ola bilər?
Nifrət ya sevgi? Bir-birinin əksi olan, amma bir o qədərdə yaxın iki kəlimə...
Sən sevsən çox gözəl sevərsən...
Dəyər verdiyim insan, dəyərsizəm sənin gözündə ya hər şey sadəcə öz xəyal dünyamın məhsuludur?
Mən itdim. Bilmədiyim yollarda, bilmədiyim küçələrdə...
Bəzən peşman oldum bu yollara gəldiyim üçün, səni sevdiyim üçün...
Bəzənsə yaxşı ki, bu yolu seçmişəm dedim...
Tək parça dünyam...

🌙

"Sən hələ danışırsan şərəfsiz?!"

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin