Qürur...💔

48 5 8
                                    

Diqqətlə düşün. Çünki, heç də hər dəfə ikinci şans verilmir...

🌙

1 ay sonra

"Mən gedirəm işim var 1-2 saata gələcəm brat" dedi Anar. "Yaxşı"dedim oda getdi. Heç beynimdən çıxmayan qızla tam 1 aydır danışmırdım. 2 həftə öncəyə qədər mesaj yazırdıq, amma artıq onu da yazmırıq...

Lənətə gələsi qürur!

Ondan nigaran idim. Nədə olsa onu orada qoyub yad ölkəyə gəlmişdim. Ah, Fərrin hardasan?

Telefonumu açıb wattsappa baxdım. Fərrin heçnə paylaşmamışdı. Mən ağıllı sevmirəm dediyim qızı qısqandırmağa çalışıram. Hardasa 1 aydır demək olar ki, hər gün qrup qızlarından biriylə şəkil paylaşıram və bunu sadəcə Fərrin görsün deyə digər hər kəsi statusdan əngəlləmişəm.

Fərrin isə şəkillərə baxır heç bir şey yazmırdı.Mətin qısqandırdığını düşünürdü, amma qısqandırmaq yerinə incidir, özündən uzaqlaşdırırdı. Fərrin hər dəfə şəkilləri gördükdə ağlayır və Mətinin mesajlarına soyuq cavab yazırdı. Yəni Mətin onu qısqandırmaq yerinə özündən uzaqlaşdırırdı. Mətin təkrardan həyəcanla statusuna yeni bir şəkil yüklədi.

🌙

Bu dəfə sadəcə bir neçə mesaj paylaşmışdı. Bu mesajların Fərrini nə qədər incidəcəyini düşünməyərək paylaşmışdı. Fərrin statusu görər-görməz gözünün önü qaraldı.

"Mətin..."

"Bu mesajı mənə də yaza bilərdin deyə hiss etdim bir an. Kaşki, ümid verməsəydin. Mən yenə səni sevərdim, amma səndən heçnə ummayaraq"dedi və gözyaşını axıtdı...

Bu sırada Mətin Fərrinin statusu gördüyünü görüb gülümsədi və mesaj yazdı.

Necəsən?✅

Şükür Allaha sən?

Şükür✅

Neynirsən?✅

Heçnə

Sən?

Heçnə✅

Mətin

Bəli?✅

Birinə sevdiyini söyləyərsən?

Yox✅

Niyə?

Qüruruma sığdırmaram yəqin✅

Fərrin hər şeyi gözdən keçirdi. Bəlkə də yalnış adamı sevmişdi. Heç etməyəcəyini düşündüyü bir şey etdi.

🌙

Fərrinin statusu

Bir zamanlar vardın, artıq uzaqdasan. Lakin bu məsafə nə yollardır, nə kilometrlər. Qəlblər arasındakı məsafədir bu. Ümid verib bitdin sadəcə.
Bu qədər asanmıydı hisslərimi məhv etmək? Kaşki nömrən məndə olmasaydı da görməsəydim...
4 ilimin qatili. Xoşbəxtliklər sənə...

🌙

İçindəkilər artıq dolub daşdığı üçün yazdı. Bir neçə kəliməni bir-birinin ardınca düzmək heç bu qədər çətin olmamışdı.

Mətin statusu çatıq qaşlarla oxudu

"Sən Mahiri sevirdin"dedi. Telefonu əlindən düşdü.Beyni o qədər dumanlı idi ki, 4 il öncə tanış olduqlarını və Fərrinin Mahiri daha 3 aydır tanıdığını ağlına belə gəlmədi.

"Of" deyə elə qışqırdı ki, səsi bütün evin divarlarında səda yaydı. Sanki canındakı ağrını içindən çıxarmağa çalışırdı...
Gözünün önünə nə ilişdisə hamısını yerlə bir etdi.
Biraz sonra sakitləşdiyini hiss etdib soyuducunun bir qırağına qoyduğu içkini çıxardı. Bir stəkanlıq içki qaldığını gördü. Bütün stəkanı içkiylə doldurdu. İçkinin şüşəsini də digər əşyalar kimi yerə atıb sınıq-sınıq etdi. Daha sonra ağrı dolu bir gülümsəmə ilə yerə çökdü. İçki dolu stəkanı başına çəkdi. Cibindən siqareti çıxarıb yandırdı. Gözlərinin içi qıpqırmızı, siqaretin bütün tütünü üzərinə çökmüş vəziyyətdə idi. Bundan başqa evin içində əşyalar sınıq-sınıq, siqaretin tütünü evin üzərində, yastıqlar, stollar isə yerdə- qısaca dağınıq vəziyyətdə idi. Eynən Mətin kimi...

Bu sırada Fərrin otağının qapısını kilidləmiş, qapının yanında oturmuş, əlləri ilə dizlərini qucaqlamışdı. Gözyaşları yağış yerinə axır, kədəri isə bütün otağı sarırdı...

"Allahım Fərrin onu doğurdan sevir?" dedi Mətin taqətsizcə.

"Allahım Mətin belə etməzdi. Artıq başqası var? Məni sevə biləcəyini sanmışdım. Oysa o.." dedi sözünün sonunu gətirə bilməyən Fərrin.

Mətinin gözündən bir damla axarkən,

"Mən onu sevirəm Allahım."dedi. Sonra isə "Mən səni sevirəm Fərrin" deyərək susdu. Fərrin isə

"Allahım, mənə nə qədər çətin olsa da, onu unudmağa çalışacam."dedi. Daha sonra "Əlvida Mətin..." deyə pıçıldadı...

Biri sevdiyini qəbul edir, digəri isə gedirdi..

🌙

"4 ilimin qatili..."

Dualarımda sənHikayelerin yaşadığı yer. Şimdi keşfedin