1-ci hissə (Tənha düşüncə)

2.4K 145 34
                                    




- Ana,ana bax gör nə çəkmişəm.

- Çox gözəldi qızım çox bəyəndim.

- Ana bax bizim ailəmizin şəkilini çəkmişəm atam,sən və mən.

- Bəs bu birisi kimdir ?

- Bu mənim ən yaxın dostumdur onu heç kim görmür mən onu Eva deyə çağırıram indi o bizim yanımızdadır o bizimlədi indi ana. Nərgizin anası qızının bu sözlərinə təsirləndi o Nərgizin pisxologiyasının pozulduğunu zənn etdi bir anlıq soyuq tər və onu izləyən qorxu hissi ananı dahada narahat etdi lakin sonradan ana qızının xəyal gücünün güclü olduğunu düşündü və qızını qucaqlayıb öpdükdən sonra mətbəxə daxil olub axşam yeməyini hazırlamağa başladı.


Rəna ev qadını idi, lakin o Azərbaycan Dİllər Universitetinin Filalogiya fakültəsini bitirmişdi. Diplomu olmasına baxmayaraq, Rəna işləmək hakkında düşünmürdü.

Onun gəlir yeri, həyat yoldaşının onlara qoyub getdiyi yeganə dərzi sexi idi. Rəna həyat yoldaşını keçən il avtomobil qəzasında itirmişdi. Qızı və özü o qəzadan sağ çıxmışdı, demək olar ki, Tanrının möcüzəsi olmuşdu. Onun ailəsi 2 nəfərdən ibarət idi, qızı Nərgiz və özü. Həyat yoldaşını itrdikdən sonra bir neçə ay depresiya keçirmişdi.

Həyat ona sanki oyuncağı kimi davranırdı və hər dəfəsində oynadıqdan sonra onu yerə atırdı. Rəna bu oyunun son olduğunu düşünürdü, amma o yanılırdı oyun hələ indi başlayırdı...

Ölüm SimfoniyasıWhere stories live. Discover now