"O, düşünürdü bəlkə də, keçmişə qayıtsaydı yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq bilmirdi keçmişə qayıdanın gələcəyi olmazdı.."
Artıq iki ay bir-birinə bənzər, soyuq qarla keçərək davam edirdi, eynən əvvəl də etdiyi kimi.
Günü-günüdən daha çox ehtiyac duyurdum, uşaqlıq xəyallarıma. Keçmişimə və...ona.Hərdən düşünürəm. Deyirlər acı dolu xatirələr sonda bir xoşbəxtliklə sonlanar. Bəs məndə də, elə olacaqmı ?
Buqədər xatirələr içindən birisi, məni xoşbəxt edəcəkmi ?
Yox, boş xəyallar qurmağa hələ də, davam edirəm deyəsən.Göz yaşlarını idarə edə bilməyən aciz bir insana bənzəyirəm. Sanki səssiz pantonimya tamaşasında baş qəhrəmanam. Hər kəs susub, məni izləyir. Mənsə hisslərimi və kədərlərimi bölüşə bilmirəm. Hərəkətlərlə, sakitcə izah etməyə çalışıram. Və yerdən kimsə, bu dəlidir deyib, zalı tərk edir. Mənsə ağlayaraq, səhnəni tərk edirəm. Yenə səssizcə, kimsəni narahat etmədən, ağlamağıma davam edirəm..və yalnız davam edirəm.
İstəmədən yadıma düşür əvvəllər xəyal etdiyim qaranlıqda boğulan arzular, necə qurtula bilərəm ki bundan ?
Bir zamanlar sadəcə kiçik bir pəncərədən baxaraq bu qaranlığımıdakı arzuları kəşf etməyə səy göstərirdim. Bacarmadıqca olmurmuş, bunu öyrəndim. Ailəm və keçmişim. İki unudulmaz zaman kəsiyi. Özümü hal-hazırda zamanda sürətlə addımlayan biri kimi hiss edirəm. Keçmiş və gələcəyə təsadüfən səyahət edən biri kimi. Yenə həmişəki kimi onları xatırladım.
Ana, ata, görən unutmusuz məni ? yoxsa, mənim üçün də cənnətdə yer ayırmısınız, məni gözləyirsiniz ? Məni düşünürsünüzmü ?
Hal-hazırda sizi bərk-bərk qucaqlayıb, bu soyuq qışda qollarınızda istinmək istərdim. Düzdü, artıq böyümüşəm, amma mən yenə də sizin balaca qızınız olaraq qalmaq istəyirəm. Həmin balaca Nərgiz..Bugün İlahənin doğum sancıları artmışdı. Əslində sancılar iki gün əvvəldən başlayıb və o gündən, bugünə davam edir. Xəstəxanaların bizi bu vəziyyətimizdə qəbul etməyəcəyini bilirdik. Çünki küçədə yaşayanlar heç kəs üçün maraqlı deyil. Bu səbəbə görə, məcbur qaldım və həyatımda ilk çətin təcrübəni yaşadım.
Bir neçə saatlıq çətinlikdən və onun kimi, gözləyişdən sonra, İlahənin övladını sağ-salamat dünyaya gətirə bildik. Çox xoşbəxt idi İlahə. Üzündəki xoşbəxt sevinc gülümsəyişi, bəyaqkı ağrıların üzərini örtərək yox etmişdi. Fərhad da, İlahə qədər xoşbəxt idi. Düzdü, onun doğma övladı deyildi o, ancaq öz övladı olarmışcasına sevinirdi. Bu övlad, tanrının onlara hədiyyəsi idi.
Başdan sona kimi bütün həyatımı, bu gündəliyə qeyd etdim. Bilmirəm, bundan sonrakı həyatım necə davam edəcək.
Xoşbəxt sonluqla bitən nağıl istəyirəm.
Şəhzadə olmaq istəmirəm, nə dəki məni xoşbəxt edəcək ağ atlı oğlana ehtiyacım yoxdur. Ayaqlarımın üzərində duracaq qədər gücə, hər gün ac qalmayacağım günlərə və rahat bir evə ehtiyacım var.Eva, dinləyirsən məni ?
Səni unutduğumu düşünürsən ?
Bilirəm ki, daim mənimləsən. Uşaqlıq illərimi səninlə keçirdiyimə görə peşman deyiləm. Dostum olmayıb mənim, ancaq sən mənim yaxın dostum oldun.Bir şeyi etiraf etməyini istəyirəm. Yanğının olmasında sənində günahın var idi ?
Yox, susursan yenə...
Nolar bir cavab ver. Bir işarə ilə mənə bunu etiraf et. Bilirəm..çox gözəl bilirəm. Sən etmişdin. Sənin günahın idi. Qeyd dəftərində yazılanları sən bilirdin. Onu məndən uzaq tutmaq üçün etdin bu olanları. Onun, məni öldürəcəyi qorxusu ilə etdin bunu.
Gölün kənarında huşumu itirməyimində, səbabkarı sən idin. İstəmirdin yanğın zamanı o evdə mən də olum. Bunları, bunları etdiyinə görə sənə artıq nifrət edirəm!
Niyə qabaqcadan ağlıma gəlməmişdi ki, olanların səninlə əlaqəsinin olduğunu.
Eva, səni bağışlamayacam!Bizim yaşadığımız məkan yararsız, köhnə bir körpünün altı idi. Əslində biz ikinci körpünün üzərində idik. Bu körpü ikinci dünya müharibəsi vaxtında bomba partlayışları ilə yararsız hala salınmışdı.
Yaşadığımız məkan heç də balaca deyil. Taxta və dəmirlərlə Fərhad rahat bir ev qura bilmişdi, güclü küləyə çoxda tab gətirə bilməsədə. Aşağı avtomobil yolu istifadə edilən əsas yol hesab olunur. Hər gün minlərlə maşın keçir bu yoldan. Körpüdən aşağı baxanda bir anlıq vahimə insanın bədəninə hakim olur. Sanki aşağı düşəcəksən hər an.
Yaşadığımız evdən bir kilometr uzaqlıqda SSR düvründən qalan köhnə bir kilsə var. Hər axşam saat 23:00 da xor oxuyur həmin kilsədə. Xorun söylədiyi nəğmə və xordan çıxan səs insanı həqiqətən çox rahatladır. Buna görə axşamlar kilsənin qarşısına gedib, o xorun oxuduğu nəğməni dinləyirəm.Səkkizinci gün, saat 18:30
Günü-gündən yaşayış şəraitimiz pisləşir. Yemək tapmaqda çətinlik çəkirik. Fərhadın remotizmaları olduğu üçün dörd gündür çölə, yemək axtarışına çıxa bilmirdi. Remotizma ağrıları bugün daha da şiddətli idi. Ayaqları tutmadığı üçün bütün gününü yataqda uzanmaqla keçirirdi. Səhər oyananda ağlama səsi eşitdim və bu ağlama səsinin hardan gəldiyini axtardım. Ağlayan Fərhad idi. Öz-özünə "övladıma baxa bilmirəm, onlara baxa bilmirəm..zibil ayaqlarım!!" deyib ağlayırdı. İlk əvvəl yanına gedib, təsəlli vermək istədim ancaq təsəlli zamanı deyil axı indi. İlahənin övladı ac olduğu üçün saatlarla ağlayırdı. İlahə də ac idi, günlərlə yemək yeyə bilməməsi, övladını südlə təmin edə bilməməsi demək idi. Bunun bir əlacı, bir çıxış yolu var idi. Mən yemək axtarışına çıxmalı idim.
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...