21-ci hissə (Bəlkədə nə vaxtsa)

510 53 10
                                    

Dəqiq bilmirdi heçnəyi. Divanda oturub əllərilə başını qucaqlamışdı. Bir neçə gündü saatlarını yalnız düşünməyə ithaf edirdi. Keçmişini bağışlaya bilməzdi, mərhəmət edə bilməzdi, sülh bayraqları altında gizlənə bilməzdi. Bunlar ona yad idi. Cismən məhv olduğunu bilirdi, ancaq ruhunu məhv edə bilməmişdilər.

"Xatirələr ölmür sənlə yaşayır, əgər öldürmüsənsə deməli həyatını bir ömürlük məhv etmisən..."

(Lal pianoçunun uşaqlıqdakı dəftərinə qeyd etdiyi yazılar. Hər şey buradan başlayır.)

"Dünya, təxmin et bugün noldu?
Deyim ? Atamı itirdim...

Mən balacayam axı. Mən anamla necə tək qalacam ? Məni kim qoruyacaq ? yaxşı bəs mənim saçımı kim tumarlayacaq ? Mən anamı necə qoruyacam ata ? mənə balaca igidim deyirdin, güclü olduğumu düşünürdüm həmişə. Amma bilirəm mən gücsüzəm...

Ata...- balaca barmaqları ilə gözündən axan göz yaşlarını sildi. Yenidən qeyd dəftərinə yazmağa davam etdi.
Ata, bugün səni torpağın altında basdırdılar. Yanıva enməyə qoymadılar. Qucaqlaya bilmədim səni. Ata bilirsən niyə istəyirdim gəlim yanıva ? İstəyirdim yenə saçımı tumarlayasan, yenə mənə balaca igidim deyəsən. Səni orada tək qoyduq ata. İndi evdə yalnız mən və anamdı. Evə gələndən anam otağında ağlayır. Ata..əvvəlki kimi olmayacağ heçnə bilirəm. Sağol ata. Sənə hər axşam buradan yazacam, bəlkə bu dəftərdə yazdığlarımı oxudun. Bilirəm oxuyasan.
Gecən xeyrə atam..Balaca igidin səni hələdə çox sevir. "

İki il sonra;

Birinci gün: Ata, anam başqasıyla evləndi. Köhnə evimizdə yaşamırıq artıq. Təzə evimizdə mən, anam və anamın mənə hər gün ona ata deməyimi istədiyi həmin adam ilə yaşayırıq. Ata, o adamında qızı var. Mən ona bacı demirəm. Çünki doğmam deyil o. Bilirsən ata, anam artıq məni sevmir. Hər gün o balaca qızı qucaqlayır, öpür.

İkinci gün: Mən evdə yad biriyəm ata. Bütün günümü otağımda keçirirəm. Anamın yalnız məni yeməyə çağıran vaxt yadına düşürəm. Gecə mənə nağılda danışmır artıq.

Üçüncü gün: Ata, məndə yanıva gəlmək istəyirəm. Burada məni heç kəs istəmir. Unudulmuşam mən. Mənimlə maraqlanmır anam. Bilirsən nə etdim ata? Bugün həmin balaca qızın üzünə yastığ qoyub boğurdum. Amma anam qoymadı. Məni ilk dəfə idi anam döydü - əllərilə göyərmiş qollarını sığalladı, qollarındakı o ağrı ilə birlikdə gözlərinə göz yaşları qonaq oldu. Əli ilə göyərən yeri sıxıb pəncərədən çöldə yağan payız yağışını seyr etdi. Anası bugün onu etdiyi hərəkətə görə döyməklə cəzalandırmışdı. Düzü yeni ailəsinə qatılan o balaca qızı oğlundan daha çox sevirdi. Balaca oğluna olan sevgisi bitmişdi. Sabah yeni ailə qurduğu Ramiz ilə danışıb, onu yetimxanaya qoyacaqdı. Nə qədər düzgün hərəkət olduğunu bilmək olmazdı, amma Rəna fikirində qəti idi, sabah yetimxanaya aparacaqdı onu.

Səhəri gün;

Həyatıma buradan davam edəcəm. Mənim heç kimim yoxdu ata !!. Özümə söz verdim. Bir gün keçmişə qayıdıb, keçmişimdə olan hər kəsi bir-bir siləcəkdim !

İstəyir tez, istəyir gec, verdiyi sözü tutacaqdı, bir gün onun keçmiş adlı bir xatirəsi olmuyacaqdı.

Ölüm SimfoniyasıNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ