3-cü hissə (Qış gecəsi)

1K 101 14
                                    

Saat artıq doqquz tamam idi. Anamla yeməyimizi yeyib bitirdikdən sonar, süfrəni yığışdırmağa anama kömək etdim. Süfrəni yığışdırıb, otağıma getdim, yatağımda uzandım və yenidən pəcərədən qarın yağmasını seyr etməyə başladım. Qar çox şiddətlə yağırdı bir anlıq bu yağan qarın heç vaxt sonu olmayacaq deyə düşündüm.

Ev isti olsa belə pəncərədən çölə baxanda, sanki soyuq məni qəmgin və kimsəzi qollarına alırdı və mən hərdəfə cəhd edib o qollardan çıxmaq istədim sonra acı xatirəm yadıma düşdü, axı atamda soyuq bir qarlı havada vəfat etdi. Atamı unutmuram, atam cismən vəfat etsədə o daim mənim qəlbimdə yaşayır. O qarlı soyuq gecə, hərdəfə yadıma düşəndə, içimdə acı xatirənin tozlu səhifəsi xatırlayıram. Biz nənəmgildən evə qayıdırdıq, nənəm atamla anama iki dəfə təklif etmişdiki "bala gecdi havada qarlı və çovğundu qalın səhər gedərsiniz" amma atamla anam səhər işə gedəcəkdilər deyə bu təklifə razı olmadılar, sanki həmin gün atamın inadkarlığı tutmuşdu, nə olardıki qəbul etsəydin bunu ata, indi mən sənsiz necə yaşayım ?. Atam avtomobili yavaş sürürdü, lakin həyat bizə mərhəmət etmədi. Qarşımıza çıxan yük maşını, bizim həyatımızda böyük və sağalmaz acı iz qoydu. Həmin qəzadan sonra heçnə xatırlamıram, gözlərimi xəstəxana otaqında açmışdım. Anamla eyni otaqda idik, amma atam yox idi. İlk öncə fikirləşdim, yəqinki otaqda yer olmayıb ancaq evə qayıdarkən, atam bizimlə qayıtmadı. O artıq bizi tərk etmişdi.

Ölüm SimfoniyasıDove le storie prendono vita. Scoprilo ora