Söyləyəcəyim hər doğru, bəlkə də keçmişdəki yalanlardan biri olacaqdı...
Saat durmadan irəlləyirdi, ətraf səssizliyini qovan saatın çıxardığı səs onun qulaqlarını sanki cırmaqlayırdı. Otaq soyuq idi. Nəmişlik iyi burunu narahat etmiyəcək qədər hiss olunurdu. Bu iy həmişə hiss edilmirdi, hər yağış yağdıqca iy bütün evi əhatə edirdi. Onun otaqı yalnız bir insan üçün nəzərdə tutulmuşdu. Düzdü otaq balaca deyildi hətta evin ən böyük otaqı bura idi demək olar. Ətrafda olan əşyaların azlıqı otaqı həm balaca həmdə boş göstərirdi. Pəncərə tərəfə yaxın olan hissədə portret asılmışdı. Otaqın solmuş ab-havasını sanki özündə birləşdirirdi. Otaqa ilk daxil olanda istər-istəməz insanin gözü o portretə sataşırdı. Portretdə yalnızlıqı və qaralıqı əks etdirən fırçalardan istifadə edilmişdi, çünki rəssam onun özü idi. Göz oxşayan portretdə meşə təsvir edilmişdi. Başqa portertlərdən fərqi isə fırçaların toxunduğu rənglərin onun göz yaşları ilə isladılması idi. Meşədə tənha bir qız əks edilmişdi. Ilk baxışda həmin qızın sanki addımlayıb hərəkət etdiyini düşünürsən. Amma bu portret artıq illərlə bu otaqda və hələ də həmin qızın addımlarının bir nəticəsi olmamışdı. Rəsm edilən qız gedib çatmaq istədiyi məqsədinə çata bilməmişdi.
İçindəki sıxıntını bu portretə baxaraq unutdura bilməyə çalışırdı. Sıxıntılarını unutdurmaq tək portertə baxmaqla mümkün olmurdu, bu o qədərdə asand deyildi. Viski və onu müşahidə edən iki, üç siqaret ona kömək etməyi bacarırdı. Arxaya-qabağa hərəkət edən stulda əyləşmişdi. Sol əlində siqaret, sağ əlində isə viski tutub portreti baxışları ilə süzürdü.
Nərgizə bugün hər şeyi olduğu kimi başa salmalı idi. Bəlkə də indi söyləyəcəyi hər doğru keçmişdəki yalanlardan biri olacaqdı.
Yorğun gözlərini yumub yatmaq istədi. Günlərlə keçirdiyi yuxusuzluq onu hər gün daha da çox taqətdən salırdı.Lal pianoçunun gözlərinə köç edən yorğunluq onun gözlərini yumub yatmasına bəs etdi. Gözlərini yumduqca əlindəki viski şüşəsi və siqaret onun barmaqları arasında çırpınmaqa başladı. Çöldə əsən güclü küləyin təsirindən açılan pəncərə küləyin otaqa daxil olmasına göz yumdu. Pərdələr küləklə birlikdə rəqs edirdi. Külək gücləndikcə yağan yağışda güclənirdi. Sanki bugün buludlar nəyəsə qəzəblənmişdi. Sakitçiliyə tabe olmuş otaq viski şüşəsinin yerə düşməsi ilə öz azadlıqını elan etdi. Yerə düşərək şüşə qırıntıları ətrafa səpələndi. Yavaş-yavaş viski süzülərək onun ayaqları altına toplaşdı. Lal pianoçu sanki əbədi yuxuya dalmışdı və bu yuxudanda oyanmaqa heç də fikiri yox idi. Sol əlində tutduğu siqret bəlkə də onun bugünədək yaşadığı səssiz həyata son qoyacaqdı. Barmaqları öz müqavimətini itirib siqaretin yerə düşməsinə səbəb oldu. Yerə düşən siqaretin külləri lal pianoçunun ayaqları altına toplanmış viskiyə qarışmaqa başladı...
Nərgizdə yaşıl otların üzərində huşunu itirmişdi. Onun oyanmaması lal pianoçunun həyatına son qoyacaq qədər bəs edirdi. Yağan yağışın damcıları sərt şəkildə onun üzünə toxunurdu. Bu toxunuş heç də nəvaziş toxunuşlarına bənzəmirdi. Nərgiz üzünə dəyən yağış damcılarını sanki bir anlıq hiss etdi və əli ilə gözlərini ovuşdurdu.
Gözümü açarkən gölün kənarında uzandıqımı gördüm..və birdə yadımda yağış yağırdı.
Heçnə xatırlamırdım. Burda niyə olduqumu və neçə saatdı burda uzandıqımı bilmirdim. Əllərimlə təkan verib qalxmaq istədim. Islanmış ağ libasım yağışa görə elə bil ağır yükə çevrilmişdi. Gölün kənarına yığışan qurbağaların səsi ətrafdakı sükutu pozurdu və buda mənim xoşuma gəlmirdi.
Qaranlıqa bürünmüşdü hər şey. Hətta göldən bir neçə addımlıq kənarda qırmızı rəngli qızıl gül bağından əsər əlamət qalmamışdı. Artıq oda qaranlıqda öz rəngini itirmişdi. Sağ ayaqımda ağrı hiss edirdim. Deyəsən yerə yıxılarkən dizim sivrilib. Bir neçə saatdı burada olduğuma görə dizimdəki sivilmə yaraya çevrilmişdi. Axsayaraq ayaqa qalxdım. Yavaş addımlarla evə tərəf getməyə çalışdım.Nərgiz axsaq addımlayaraq evə getməyə çalışırdı, dizindəki ağrıya dözə bilmirdi. Həyatın ona vurduğu yaraya dözümü var idi amma budəfəki ağrı ona bənzəmirdi. Nərgiz hər addım atdıqca uzaqdan parlaq və bir o qədərdə tünd rəngli işıq düşürdü gözünə. Evə yaxınlaşdıqca bu işıq daha da çox yaxınlaşırdı onun gözlərinə. Nərgizə maraqlı idi bu işıqın haradan gəldiyi. Düşündü bəlkə də o ölmüşdü, yox ölə bilməz axı o ağrı hiss edirdi. İnsan öləndə ağrı hiss etməz deyə fikirləşdi.
Və demək olar ki, gəlib çatmışdı. Lakin Nərgiz qarşılaşdıqı mənzərə qarşısında danışa bilmədi. Udqunaraq sadəcə mənzərəni seyir etdi. Həmin işıq evdən gəlirdi...
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...