10-cu hissə (Qaranlıq Kölgəm)

655 71 10
                                    

Zamanın tələsdiyi bir şəhərdə günəş çıxmırdı, səssiz qaranlıqda itirirdi kölgəmi...

Səbr edə bilmirdim artıq xərçəng xəstəliyinə bənzəyirdi sıxıntım, bütün bədənimi əhatə edirdi sanki. Küçədə sürətlə keçən maşınların səslərinə fikir vermədən aynanın qarşısında islaq saçlarımı darayırdım. Saçlarımı daradıqca aynada nəqədər yaşlandığımı görürdüm, bu mən ola bilərdim ? Yox, deyəsən bu məniydim. Gözlərimin altı biraz şişmiş və birazda bozarmışdı deyəsən yuxusuzluq məni məhv etməyə davam edirdi...

Altı saat sonra;

Sonuncu ən sevdiyim paltarıda çantama qoydum, içimdən ağlamaq istədi ürəyim amma gözlərim buna icazə vermədi taqəti bitmişdi gözlərimində ağlamaqdan. Çarpayı tərəfdəki pəncərəmi açdım güclü küləyin nəfəsi pəncərəni açan kimi otaqa əsəbi şəkildə daxil oldu oda bu otaqın qonaqı idi mənim kimi...
Atamın 7 yaşımda mənə hədiyyə etdiyi ürək formasındakı saatı açdım, sol hissədə atam və mən idim gülürdük o vaxt bunların olacağını bilmirdim həyatdan xəbərsiz yaşayırdım sadəcə bir xoşbəxtlik bəs edirdi o zaman mənə atamın yanımda olması.Saatın sağ hissəsində dəqiqələrə baxdım artıq getməliyəm...

Gecə idi, ətraf səssiz qaranlıqın işıqsız hökmünə bürünmüşdü, həzin külək əsir, məni sağa sola yırğalandırırdı. Külək güclü olmasada hava qanımı donduracaq qədər soyuquydu. Bir müddət yeridikdən sonra taqətimin bitdiyini hiss etdim. Nəfəs almağ çətinləşir, sinəm ağrımağa başlayırdı. Çantamı yerə atıb diz çökdüm tez ön ciblərini qurcaladım amma yox dərmanımı götürmək yadımdan çıxmışdı. Zaman həmin an dayanmışdı saatda idi deyəsən yalnışlıq deyəsən saat işləmirdi dayanmışdı. Başım dönürdü amma belə olmamlı idi ətrafdada insan deyilən bir varlıqdan əsər əlamət yoxuydu. Əllərim öndə, dizlərim üstə sürünməyə başladım 20 metr qabaqda işıq dirəyi var idi ona tərəf süründüm ora çatan zaman isə sanki qaranlıq gözlərimə köç etdi....

Ölüm SimfoniyasıWhere stories live. Discover now