Gün keçdikcə dahada çox bağlanırdılar bir-birlərinə. Gənc oğlan və bir gənc qızın şablon sevgi hekayəsi kimi deyildi onların sevgi hekayəsi. Bəlkə də, bu hekayə keçmiş uşaqlıq illərinə qayıtması ilə bitə bilərdi. Amma onların seçimi bu ola bilməzdi, çünki Nərgiz neçə illərdi bu pisxologiya xəstəxanasında yalnız olduğunu düşünürdü lakin həmin gənc oğlanı görüb ona bağlananacan. İllər tələsmədən mürgüləyirdi elə bil, saatdakı dəqiqələr keçdikcə yaşda öz süzünü deməyə başlayırdı. Nərgiz artıq 21 yaşında yetkin yaşlı qıza çevrilmişdi. Artıq o balaca ayısı ilə oynayan Nərgiz deyildi o.
Pəncərənin qaşısında otururub günlüyünü yazmağa başladı, onla birlikdə keçirdiyi hər xoşbəxt günü yadına salıb, gülümsəyərək günlüyünə qeyd edirdi. Günlüyün vərəqlərinində sayı azalmışdı artıq, deyəsən Nərgiz son günlərini özüdə bilmədən bu ağ vərəqə yazırdı. Çöldə yaz havası öz təsirini yaşıl bağçada açan rəngarəng çiçəklərdə əks etdirirdi. Nərgiz günülüyün bağlayıb kənara qoyur və qollarını yuxarı qaldırıb gərnəşərək əsnəyir. Çölədəki yaz havasının iyini tez bir zamanda içinə çəkmək istəyirdi. Cəld şəkildə paltarlarını dəyişib, əllərini, ağ və parlaq dişlərini yuyub sürətli addımlarla həmin gənc oğlanın otağına gedir. Qapını döyür bir neçə dəfə, lakin qapının açılmadığını görən Nərgiz təlaşlanır və məcburi qapını özü açıb içəri daxil olur. İçəri daxil olan vaxt həmin gənc oğlanın balaca divanda əyləşib pəncərədən çölə baxdığını görür.
- Nolub sənə ?
Sualın ardınca gənc oğlan yanındakı vərəq və qələmi əlinə alır, oturduğu vəziyyətdə əyilib dizinə qoyduğu ağ vərəqə yazmağa başlayır. Yazıb bitirəndən sonra vərəqi Nərgizə tutub göstərir.
- Heçnə olmayıb..
Vərəqdəki yazını oxuyandan sonra Nərgiz sual verməyə davam edir.
- Niyə qapını açmırdın ?
Vərəqə birdaha yazır və yenidən Nərgizə göstərir.
- Səsi eşitməmişdim..
Bəhanə etdiyini bilirdi çünki qapını birdəfə yox bir neçə dəfə döymüşdü. Birincidə eşitməsədə ikinci cəhdində səsi eşitməməsi mümkün deyildi. Nərgiz əmin idi, ondan nəsə gizlədirdi.
Ağır addımlarnan gənc oğlanın yanında gəlib dayanır və əlindən tutur.- Məndən gizlətdiyin nəsə var ?
Gənc oğlan əlini Nərgizin əlindən çəkib gözlərini yumur və bir neçə saniyə o vəziyyətdə nəsə fikirləşir. Yenidən vərəqə cızmaqara edir.
- Səndən uzaq qalmağa çalışıram..səndə məndən uzaq dur. Məndən sənə xeyr gəlməyəcək...
Gözləri dolan Nərgiz vərəqdəki yazını oxuduqdan sonra heçnə danışmadan arxaya tərəf çəkilir. Əlini ağlamağdan hökürən ağzına tutur və onun yanından uzaqlaşır, yalnız xəstəxana otağında tərk edir onu. Gənc oğlan bunu etməyə məcburuydu, başqa çıxış yolu ola bilməzdi, çünki o bir qatiliydi. Burada müalicə aldığı müddətdə hər şeyi unutmuşdu ancaq illər keçdikcə köhnə xatirələr yenidən beynində canlanmağa başlayırdı.
O, dünən gecə xəstəxanadan qaçıb doğma anasını öldürmüşdü.
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...