18-ci hissə (Dost?)

620 57 14
                                    

Səssizlik sevməzdi məni, ona xəyanət etdiyimi düşünərdi...

Yorğun göz qapaqlarını açarkən başının ağrıdığını hiss etdi. Gözünün altında olan yuxusuzluq şişkinlikləri, gözlərini açmasına icazə vermirdi. Əllərini bir müddət gözləri üzərinə qoyub yavaş-yavaş sıxdı. Bəlkə bunu etməklə gözlərindəki ağrını yoxa çıxara bilərdi. Ancaq bir xeyri olmadı, çünki ağrı yenə də davam edirdi. Qurumuş dodaqlarını dili ilə islatdı. Susuzluqdan dodaqları qurumuş və bir az da çatlamışdı. Ayaqa qalxmaq istəmirdi, buna ehtiyacı yoxuydu. O, bütün günü yatmaq istəyirdi, bunu etməklə günlərin tez keçib gedəcəyini düşünürdü, ancaq əksinə bütün günü uzanmaqla nə saatların nə də günlərin tez keçəməyə fikri yox idi. Sanki hər gün onun əleyhinə işləyirdi. Çarpayının yanındakı masanın üzərində olan saat hər "tık" səsi çıxardıqca o buna daha da çox əsəbləşirdi. Baş ağısı və yuxusuzluqdan irəli gələn əsəbinə hakim çıxa bilmirdi. Saatın səsi gəldikcə gözlərini bərk yumub, əllərini yumuruq şəklində sıxırdı. Buna dözməyib çarpayıdan sürətlə qalxdı və masanın üzərindəki saatı əlinə alıb "qurtaaar!" deyib boş divara çırptı. Danışa bilmirdi, içində alovlanan qəzəbi unutmaqa çalışırdı. Ailəsinin onu burada tərk etməsi hər dəfə gözünün qarşısında canlanırdı. Həmin səhnə dəfələrlə gözləri önünə gəlirdi. Qulaqlarında təkrar-təkrar eyni səsi eşidirdi. Ağlayaraq məni burada buraxmayın demişdi. O gündən birdəfə də olsun onu göməyə gəlməmişdilər. Elə həmin gündən özünə bir söz vermişdi. Buradan qaçdıqdan sonra geridə olacaq hər kəsi unudacaqdı. Əlini dodaqlarına aparıb dişləri arasında sıxdı. Heçnə düşünə bilmirdi, axı düşünəcək bir şey yoxuydu. Tək bildiyi buradan tez bir zamanda qaçmaq idi. Amma indi mümkün deyildi. Zamanı gözləməli idi sadəcə. Çarpayıda uzanıb əllərini qarnının üzərinə qoydu. Rəngi qaçmış və bir hissəsi qoparaq yerə tökülmüş tavanla baxışdı. Soyuq xəstəxana otağı gün keçdikcə dahada çox soyuq olmağa başlayırdı. Otağın iki pəncərəsi var idi. İkisinidə qıraraq parçalamışdı. Bir,iki dəfə həmin pəncərələri təmir etdilər lakin o yenə də içindəki qəzəbi boğa bilməyib bütün hirsini həmin pəcərələrdən çıxdı. O gündən həmin pəcərələr bir daha yenisi ilə təmir edilmədi. O, Nərgiz adlı birinin bu xəstəxanada onun kimi müalicə aldığını bilmirdi. Artıq 18 yaşı var idi. Amma birdəfə də olsun həmin qızla qarşılaşmamışdı. Buna görə bu xəstəxanada özünün yalnız olduğunu düşünürdü. Hər gün səhər eyni ilə təkrar olunurdu, otağa həkimlər gəlib onu müalicə alacaqı otağa aparırdılar. Və sonda yenidən bu otağa geri gətirirdilər. Oda qaranlıqı sevirdi. Səbəbsizcə qaranlıqı özünə dost bilirdi. Çox vaxt pəncərə qarşısında durarkən gözünün qarşısında qadın çığırtısı ilə birlikdə alovlar əks olurdu. Bunun nə olduğunu dəqiq bilmirdi. Bu gördüyünün xəyaldan başqa bir şey olmadığını düşünüdü.

Otaqın tənha küncündə duran qramafona yaxınlaşdı, köhnə və bir o qədərdə tozlu kitab rəfindəki, piano notları arasından val çıxardıb burnunun ucuna tutdu. Üzərindəki tozları üfləyib təmizlədi. Qramafona qoşub dinlədi. Bu musiqi Frederik Şopenin bəstəsi olan "Nocturne in C Sharp Mi" idi. Pəncəyə yaxınlaşıb, ətrafda qaçışan insanlara baxdı. Hərə bir tərəfə addımlayırdı. O düşünürdü bəlkə də insanlar həqiqətən hər gün mənasız yerə eyni yolu təkrar edib məqsədlərinə çatırlar. İnsanların məqsədləri arzularından irəli gəlir. Çünki insanın qəlbində daim arzu adlı bir hirs cərəyan edir. Bu hirsə nəyəsə çalışıb çatmaq adı vermək olar. İnsanlarında arzuları durduq yerə ortaya çıxmır. Hər şeyin bir səbəbi olduğu kimi insan arzularının da yaranma səbəbləri var. İnsan cəmiyyətdə gördüyü və həmin cəmiyyətdə olan şeyi istəməsi onun arzusu sayılır. Məsələn bir dostuvun bahalı fahişələri olar, səndə dostun kimi hər günüvü öz bahalı fahişələrinlə yataqda keçirmək istəyərsən bəlkə də o fahişələrin daha bahalısını arzu edərsən. Səncə niyə ? çünki arzu adlı hirsin sənə qalib gəlir. Həmin şey sənin olmaz amma o arzu ilə yaşayarsan hər gün, və bir gün gələr o arzun gerçəkləşər, sən beləliklə hirsivə yenilmiş olarsan. Bütün bu fikirlər onun öz subyektiv fikirləri idi. Bu düşüncələr dolu dumandan ayılanda qaramafonun susduqunu hiss etdi. Arxaya dönüb yeni bir val taxıb dinləmək istəyirdi, bu zaman qramafonun qarşısında sakit bir qızın dayandığını gördü.

Ölüm SimfoniyasıNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ