9-cu hissə (Xəyalpərəst)

751 76 24
                                    

Qaçışı olamayan düşüncələr məhv olduqca özü ilə birlikdə keçmiş xoşbəxtliyidə aparır...

Günlüyümün sonuncu vərəqinin başlıqına qeyd etdim, gözlərimində taqəti qalmamışdı oda mənim kimi yorulmuşdu hər gün təkrar olan hadisələrə eyni günlükdəki, eyni yazılara.Ayağa durdum otağın işığını yandırdım, gözümü ova-ova mətbəxə daxil oldum, isti su tökdüm stəkanıma qəribə baxışlarla stəkanın içindəki suya baxdım öz əksimi görürdüm qəribə hiss idi sanki bir anlıq 12 yaşımdakı əksim mənə baxaraq ağlayırdı gözləri yaşlı otağın küncündə oturub ağlayırdı, bu zaman bir şeyin yerə düşərək çıxardığı qorxunc səs bütün fikirimi alt-üst etdi.Arxaya tərəf döndüm pəncərə açıq qalmışdı, külək güclü əsirdi amma bu səsi pəncərə çıxara bilməzdi pəncərəyə tərəf yaxınlaşdım yerdə dördbucaq şəkilində bir qab var idi görünüşündən köhnə birşeyə bənzəyirdi, içinin boş olduğunu düşünürdüm lakin açıb içinə baxana kimi bu fikirimdə qəti idim.Əyilib qabı götürdüm əlimə, maraqlı gəldi görən bunu kim gətirmişdi ?...bunun içində görən nə var ?....
Masaya tərəf getdikcə həmin qutunu əlimdə çevirib üzərində hansısa yazının olub olmadığını axtarırdım, bu axtarışım nəticəsiz bitdi çünki üzərində hansısa bir yazı yox idi.Stul çəkib əyləşdim qutunu açmağa çalışdım, üzəri tozlu və birazda çürümüşdü deyəsən...qutunu aça bilmişdim.Qutunun içində köhnə bir kağız və birdə şəkil idi.Kağızı kənara qoydum yatanda oxuyaram deyə, şəkilin arxasında tarix qeyd olunmuşdu
6 Dekabr 1996 bu mənim doğulduğum il idi.
Şəkili çevirib baxdım....gözümdən yaş yağış damlası kimi üzümdən süzüldü, şəkil əlimdən payızda ağacdan düşən tənha yarpaq kimi həzin bir səs tonuyla düşdü...ayağa durdum və səsim çıxana qədər qışqırdım niiiyyyəəəəəəə????......

Ətraf dağılmışdı masanın üzərindəki hər şey, anamın mənə verdiyi qolbağda qırılmışdı otaq göz yaşlarımdan sonra sakitçiliyə bürünmüşdü...yerdə uzanıb yalnız bir nöqtəyə baxırdım küləyin gücünə tab gətirməyən pəncərəyə....

Ölüm SimfoniyasıDonde viven las historias. Descúbrelo ahora