15-ci hissə (Unutmuşam)

961 64 13
                                    

Keçmiş, kitabda altından xətt çəkib unutmamaq üçün tutduqun qeydlərdi, zamanı gəldikdə yenidən xatırlanar..yalnız o kitab açılanda...

Pisxologiya xəstəxanası; 5 il əvvəl.

Nərgiz bu xəstəxanada özünü yalnız hiss edirdi. Ondan başqa heçkimin burda olmadığını düşünürdü. Bəlkə də həqiqətən Nərgizin düşündüyü kimi idi. Bütün gününü öz otaqında keçirirdi, yalnız yoxlanış zamanı buradan çıxıb müalicə alacaqı otaqa gedirdi. Yenidən öz otaqına qayıtdıqda isə balaca pəncərənin qarşısında oturub günlüyünü yazardı. Hər gün eyni ilə bir-birini qüsursuz olaraq təkrar edirdi. Başqa məşquliyyəti olmadıqı üçün Nərgiz hər keçən gün dahada çox vaxt ayırırdı günlüyünə. Bugündə keçən günün sabahdı idi heçbir dəyişiklik yox idi. Günlüyünü yazdıqdan sonra içdən "ah" çəkib günlüyünü bağladı. Üzərində Barbie şəkili olan günlüyünə diqqətlə baxdı bunu ona anası hədiyyə etmişdi. Həmin günlüyünü sinəsinə sıxıb, başını dizlərinə qoydu. Dar pəncərənin içinə sıxışıb qalmış qarışqaya bənzəyirdi. Sanki çölə çıxmaq arzusu ilə yaşayırdı bir gün buradan çıxıb gedəcəyini fikirləşirdi amma həmin vaxtın bu vaxt olmadığını yaxşı bilirdi. Nərgiz bu fikir dumanından oyanıb ayaqa qalxdı. Yorğun addımlar ilə hamama daxil oldu aynada özünə baxdı. Əlləri ilə uzun qara saçlarına sığal çəkdi bir neçə dəqiqə bunu təkrar etdi. Saçını yığıb çiyninə saldı. Dişlərini nanə ətirli diş pastası ilə yudu. Nanənin ətiri bütün hamama yayıldı. Nərgiz nanəni sevdiyi kimi nanənin ətirli iyinidə sevirdi. Dişlərini yuduqca iy yayılır, Nərgizdə balaca burnuna gələn bu iydən həzz alırdı. Hamamda işini bitirib otaqa daxil oldu. Qaranlıqda gözü heçnəyi görməsədə çarpayısını çətinliklə də olsa tapa bilmişdi. Nərgiz istəsəydi işıqı cəld bir şəkildə yandırıb çarpayısını çətinlik çəkmədən tapa bilərdi amma bu onu etmədi çünki o qaranlıqı sevirdi.

Səhər saat 9:11
(Uzaqdan həzin səsli xorun ifası eşidilir. Bu səs gəldikcədə Nərgiz ağlayaraq qışqırırdı.)

- Ataa buraxma məni ataaa!!...Buraxma əlimdən...bura çox soyuqdu ata...çox üşüyürəm qucaqla məni ata nolar qucaqla məni...Getməəə ataaa!!! məni tək qoyma bura qaranlıqdı qorxuram...əllərim soyuyur ata bədənim üşüyür...əllərimi buraxmaaa !

Qorxu dolu gözlərlə otaqa baxdım. Çox qorxmuşdum. Bu yuxu idi yoxsa həqiqət ? deyə düşündüm bir cavab tapa bilmədim. Ürəyim və nəbzim durmadan atırdı. İçəri soyuq deyildi amma əllərim sanki donurdu. Alnımdan axan tər süzülərək yanaqıma düşürdü. Yuxulu idim amma gördüyüm bu yuxudan sonra təkrar yata bilməzdim.

Nərgiz balaca, qırmızı rəngdə olan çarpayısında ayaqlarını qolları arasına alıb oturmuşdu. Bugün gördüyü yuxudan sonra key kimi idi. Gecə paltarını belə dəyişməmişdi. Yenicə yuxusunda gödüklərindən yadında qalanları düşünəcəkdiki bu zaman səs-küy eşitdi bu səs nə aşağıdan nə də yuxarıdan gəlmirdi. Səs yaxında idi sanki. Nərgiz çarpayısından durdu və səs gələn hissəni axtardı. Deyəsən bu səs qapının arxasından gəlirdi. Balaca barmaqları ilə qapını yavaş açmaqa cəhd etdi və bu cəhdi heçdə uğursuz alınmadı. Nərgiz otaqdan çölə çıxdı və sakit addımlayaraq o səs gələn hissəyə yaxınlaşmaq istədi. Hər addım atdıqca dahada çox yaxınlaşırdıqını hiss etdi.
Və sonda gəlib çata bilmişdi. Qorxaq dovşan kimi divarın arxasında gizlənib başını sağa əydi və bu səs-küyün səbəbkarına baxdı. Nərgiz gözünə inana bilmirdi ilk baxdıqında çünki qəribə idi. Onun yaşında bir oğlanı ailəsi tərk edirdi. Eyni Nərgizin anasının etdiyi kimi. Uşaq anasının boynunu qucaqlayıb ağlayırdı. Danışmırdı sadəcə ağlayırdı ailəsi isə həkimlə nəsə danışırdı. Uşaq bu sözlərə aldanmayıb ağlamaqına davam edirdi. Nərgiz bu mənzərəni görərkən göz yaşlarına sahib dura bilmədi. İçdən ağlamaqa başladı. Gözünün qarşısında anasının onu bura qoyub getməsi, onun qışqıraraq "anaa!" deməsi canlandı. Bu mənzərə ona əzab verirdi. Buna dözməyib səsli ağlayaraq otaqına qaçdı. Cəld bir şəkildə otaqa keçdi qapını bağladı. Yenə həmişəki kimi otaqın tənha küncündə oturub ağladı.
Nə edirdi etsin keçmişdə olan heçnəyi unuda bilmirdi. Hər keçən gün dahada çox yadına düşürdü və xoşbəxt uşaqlıq günlərinin geri qayıtmasını istəyirdi amma bu istəyi olmayacaqdı çünki artıq həyat onun kitabında öz qeydlərini etmişdi...

Ölüm SimfoniyasıWhere stories live. Discover now