4-cü hissə (Qorxu)

887 88 12
                                    

Axşam saat 10:30 yatmaq vaxtım gəlmişdi anam məni qucaqlayıb opdükdən sonra

- Artıq gecdi qızım get dişlərivi fırçala gir yerivə gəlirəm sənə maraqlı nağıl danışam dedikdən sonra mən sevinə sevinə dişlərimi fırçalayıb otaqıma cəld addımlarla getdim çünki anam bugün yenə mənə maraqlı nağıllarından danışacaq anamın nağıllarını sevirəm mən birdəfə sual vermişdimki anacan bu nağılları hardan öyrənmisən anam cavab verərək demişdi:

- Bu nağılları mənə nənən danışmışdı məndə sənin yaşında olanda hər axşam anamın nağıllarını dinləməmiş yatmırdım.

Məndə anamın mənə dediyi nağılları çox sevirəm.Nağılı dinləyə-dinləyə yatmağa başladım və axşam qorxulu yuxu gördüyümdən qışqıraraq yatağımdan ayıldım ətrafa qorxmuş gözlərlə nəzər keçirməyə başladım içimdən off sən demə yuxu görürmüşəm dedim.Həmin gün rahat yata bilmədim soyuq küləyin qorxunc səsi məni dahada qorxmağa vadar edirdi.Və birdən gözümün qarşısından qara toz buludu keçdi həmin an qorxduğumdan tez yorqanıma sarıldım gözlərimi yumdum yenidən gözlərimi açanda həmin toz buludu üstümə gəlməyə başladı mən onu ruha bənzətdim həmin qara ruh üstümə gələrkən qışqırmağa başladım və bu an anam qaçaraq otaqa daxil oldu mən gözümü açanda yerdə uzanmışdım başımın üzərində anamı gördüm tez anama sarıldım ağlamağa başladım bunun necə baş verdiyini bilmədim amma üzümdə ləkələr var idi bu ləkələr sanki gələcək həyatımda baş verəcək bədbəxt hadisələrə işarə edirdi.

Səhər saat 8:05 səhər tez durmuşdum əslində demək olarki yatmamışdım axşam baş verən hadisəni düşünəndə sanki o hadisəni dəfələrlə yaşamış kimi oluram niyə axı belə olur? beynimdə cavabsız suallar dövr edirdi sanki.Yataqımdan qalxıb pəncərədən baxmağa başladım qar yağmağa davam edirdi həyətə baxırdım hamı yeni ilə hazırlaşırdı kimisi öz evində şam ağacı bəzəyir kimisi isə yeni il bazarlığından gəlirdi.Hərkəs çox xoşbəxt görünürdü bircə məndən başaqa.

Bu yeni ili atam olmadan qeyd edəcəyik anam və mən.Bu evdə anam və məndən başqa heçkəs yaşamır amma mən özümü bu evdə yalnız hiss edirəm düzdü anam və Eva yanımda amma atam olmadan bu yeni il mənə o qədərdə maraqlı gəlmirdi.Məndə o uşaqlar kimi atamla şam ağacımızı bəzəmək,yeni il bazarlıqına getmək istərdim amma bu düşüncələrim xəyaldan başqa bir şey deyil çünki atam qayıtmayacaq...

Ölüm SimfoniyasıDonde viven las historias. Descúbrelo ahora