14-cü hissə (Kağız gəmi)

908 65 6
                                    

Səsizlik sükuta büründü, hər şey bitib sən öldüyüvü düşünəndə....

Saat 10:00 göstərirdi. Narahat edən saatın taqqıltısı Nərgizin səhərədək oyaq qalmasına səbəb olmuşdu. Yağış dayanmışdı amma külək əsməyə davam edirdi. Nərgiz çarpayısında oturub ayaqlarını aşağı sallamışdı. Ətraf küləyin səssiz uğultusuna şahid olurdu. Divarlar bozumtul rəngdə idi. Yerdə olan xalça bu köhnə evin yaşını heçdə bəlli etmirdi. Sadəcə azda olsa rəngi ağarmışdı. Otaqın tək pəncərəsi gecədən açıq qalmışdı. Küləkdən əsən pərdələr bulud topası kimi axıcı şəkildə rəqs edirdi. Otaqda yalnız bir çarpayı, bir xalça və birdə divardan asılan tənha Mona Liza portreti var idi. Saxta olsada həqiqi Mona Liza portretindən heçdə fərqlənmirdi. Nərgizin beynində bütün fikirlər bir-birinə qarışmışdı. Bugünə qədər olanlar və əsasda dünən olanlar gözünün qarşısına gəlirdi. Artıq beynindəki düşüncələri belə bakirə qalmamışdı. Dünən Nərgizin ehtirasından itirdiyi bakirəliyi kimi... Ovucunda o həmin köhnə kağızı bərk-bərk sıxmışdı. Açıb içindəkiləri oxuya bilmirdi bəlkədə cəhd edib açmaqdan qorxurdu. Özünü toparlayıb cəhd edəcəkdi. Kağızı açıb içindəkini oxumalı idi. Asdaca ağzında "qorxuram...həmdə çox amma içində nə yazıldığını oxumalıyam" dedi. Bu sözü sakit bir şəkildə 4,5 dəfə təkrar etdi. Hər təkrar etdikcə soyuq tər bədənindən axmaqa başlayırdı. Bu qorxunun əlaməti idi. Nərgiz qorxurdu. O düşünürdü birdən içində yazılan hər nəsə onu oxusa həyatı yenidən alt-üst olacaqdı amma bu onu etməli idi. Nərgiz köhnə cığıltı səsi çıxaran çarpayısından qalxıb həyətə çıxdı.
Ev köhnə olsada gölə baxan məzərəsi ilə insanı özünə valeh edirdi. Nərgiz sakit əsən küləyin əks-sədasında üzü gölə tərəf durdu və buludular arxasında gizlənən günəşə baxdı. Əynindəki ağ libası sanki kəfənə bənzəyirdi. Külək əsdikcə əynindəki ağ libas sağa-sola yırğalanırdı. İçdən "ah" çəkərək artıq kağızdakını oxumağın vaxtı çatdığını başa düşdü. Sağ əlini gözləri qarşısında gətirdi və açdı. Bu məktub idi. Məktubda ağ libas kimi küləyin qurbanı olmuşdu. Sağa-sola əsirdi, Nərgiz buna fikir vermədən məktubda yazılanları oxudu. Elə məktubun başlıqında yazılan "canım qızım" sözü bəs etdiki Nərgizin göz yaşları damcıldayıb məktubun üzərinə düşüdü və hər dəfəsində kağız dahada islanırdı. Oxumaqa davam etdi.

"Mən bunu uşaqlıq şəkillərivə baxaraq yazıram...göz yaşlarımı idarə edə bilmirəm. Bilirəm mən çox böyük günahkaram...həmdə çox böyük. Səni ora verməməli idim. Səni tək qoymamlı idim Nərgizim. Hər şey sənin yaxşılıqın üçün etdim. Səni ora qoyub xəstəxanadan çıxandan sonra özümü bağışlaya bilmirəm. Hər gün vicdan əzabı ilə ölürəm. Xoşbəxt gələcək qurmaq istədim sənə. Mən öləndən sonra nigaran qalmayacaqdım səndən amma bacarmadım....
Sənə birşey etiraf edəcəm qızım. Bu etirafımın vaxtı gecikib bilirəm. Həyatıvı nəqədər dəyişəcək bilmirəm amma sən mənim doğma qızım deyildin....sənin doğma anan sən bir yaşında olan zaman intihar edib. Məndə öz həyat yoldaşımı itimişdim. Həyat yoldaşım dostu tərəfindən səhvən açılan silah gülləsindən vəfat etmişdi....lakin sonda atavı sevdim onla xoşbəxt oldum çünki eyni həyatın əzabını çəkmişdik...bu məktub əlivə keçən kimi oxu çünki bu məktubda qoyacağım son nöqtədə məndə əbədi olaraq yoxa çıxacam. Özüvə yaxşı bax canım qızım..."

Nərgiz məktubu oxuyub bitirəndən sonra bütün hər şey boğazında kilidlənib qaldı. Gözlərdən yaşlar durmadan axırdı. Nərgiz ağlamaqdan qızaran burnunu hər hönkürtü ilə ağlamağa başladıqca içəri çəkirdi. Taqətini itirib dizi üstə oturdu bütün dünyası məhv olmuşdu artıq o gecikmişdi. Doğma anası olmasa belə yenədə onu çox sevirdi. Artıq bu məktubdan sonra anası intihar etmişdi eyni ilə doğma anasının etdiyi kimi.

Nərgiz əlindəki kağız parçasından kağız gəmi hazırladı və gölün tənha axarının həzin dalğalarına buraxdı. Burnunu çəkib əlləri ilə gözlərini sıxdı. Çox yorulmuşdu, halı qalmamışdı artıq əzab çəkməyə. Bir anlıq incə bir əli çiynində hiss etdi və yalnız bir söz eşitdi "mənimlə gəl"...
Nərgiz huşunu itirib yaşıl otların üzərinə düşdü. Hər şey bitmişdi sanki davam edəcək heç bir şey yox idi...davam edəcək bir şey var idisə oda dünyanın fırlanmaqda hələdə davam etməsi idi....

Ölüm SimfoniyasıOù les histoires vivent. Découvrez maintenant