Altı ay sonraBu qış bənzəmirdi əvvəlkilərə.
Dondurucu soyuqdan əlləri və burnu qızarmışdı. Şaxta onun nəfəs almağını ləngidirdi. Qollarını bir-birinə keçirmiş, arada donan barmaqlarını isti nəfəsi ilə üfürərək isidirdi. Yerdə qar dərin olduğundan, addımları yavaşılıyırdı.Qalacaq yeri yox idi. Hər gün isti bir yer tapıb orada gecələyirdi.
Bugün də, dünənin sabahı idi.
Yenə gecələməyə yer tapmalı olacaqdı..Bir tərəfdən neçə günün aclıq hissi, digər tərəfdən də, soyuq şaxta onu lap taqətdən salmışdı. Çox yorğun idi. Hər şeyi unutmuşdu. Təqvimləri, günləri və saatları. Ad günü belə yadında deyildi artıq. Neçə yaşında olduğunu belə xatırlamırdı. Nəyinə lazım idi doğum gününü xatırlamaq? çünki doğum günündə üzündən öpərək, qızlarının bir yaş daha böyüdüyünü görən ailəsi yox idi.
Yenidən qar çovğunu başlamışdı. Dumandan ətrafı görmək çətinləşirdi. Ayaqlarını üç-dörd addım daha irəli atıb, getdiyi yerdə dayandı. Bir anlıq huşunu itirmiş kimi oldu.
Çox keçmədi ki, baş gicələnməsindən qarın üzərinə yıxılır. Ayağa qalxmaq istəyir, ancaq bu cəhdi uğursuz olur. Qollarında belə güc bitmişdi deyəsən.
Arxadan bir əl onun, bel hissəsindən tutub qaldırır. Çovğundan həmin adamın üzünü ayırd edə bilmədi.
Kimsən? - deyə sual vermək istəyir, o sualı verəcək qədər belə gücü qalmamışdı onun. Və bir neçə saniyəyə həmin adamın qucağında huşunu itirir.
İki saat sonra
Gözümü açmamışdım, ancaq isti bir yerdə olduğumu hiss edirdim. Deyəsən evimdə idim. Udqunub, bütün bu olanların yuxudan ibarət olmasını istədim. Bilirəm, gözümü açdığım anda anamın çarpayımın kənarında oturmuş, məni izlədiyini görəcəm. Yenə gəlib saçımı oxşayacaq. Alnımdan öpərək mənim balaca qızım deyəcək. Bilirdim elə olacaq. Səbrsizləndim və gözümü açdım.
Yox, evdə deyildim. Bura mənim xəyalımdakı məkan deyildi. Anam yox idi. Saçımı oxşamırdı anam. Ətraf qaranlıqdan ibarət olmasına baxmayaraq, az sayda balaca işıq parlaması gözlərimi narahat edirdi. Hər küncdə bir şam yanırdı. Soyuq şaxtanın səsi ara kəsmələrdən eşidilirdi, amma buranın pəncərəsi yox idi. Harada olduğumu bilmirdim. Necə gəlmişdim bura? içimdən bir səs sadəcə susmalı olduğumu dedi, ətraf sakitçilikdə itimişdi sanki. Çarpayıdan ayağa qalxdım ətrafı gəzmək üçün. Bu mənzərə tanış gəlirdi.
Bir dəfəsində gözümü açdığımda onu görmüşdüm.Lal pianoçu... - uşağa bənzər qorxaq baxışlarını qoynunda büküb, saxladığı qolları arasında gizlədir
Otaqdan çölə çıxdım. Küləyin vahiməli səsi otaqdan kolidora doğru, qorxulu qışqırtı səsinə bənzər yayılırdı.
Biraz daha gəzdim ətrafı. İrəli getdikcə qısıq səslər eşidirdim. Addımladıqca həmin səs daha da yaxınlaşırdı qulaqlarıma - çiyinlərini çəkib, ətrafa baxmağa davam edir
Qarşımdakı mənzərə mənə çox şeyi izah edirdi sanki. Böyük otağın tam ortasında, soyuqdan isinməyə çalışan iki insan var idi. Əl-ələ tutub bugünlərin tez ötüb keçəcəyini, pıçıldayaraq bir-birlərinə söyləyirdilər. Onlara tərəf yaxınlaşdığımı hiss edib "ayağa qalxa bildin sonunda" deyib gülümsədilər. Adını bilmədiyim həmin iki insandan biri olan oğlan ayağa qalxdı və üstündəki köhnə paltonu çiyinlərimin üzərinə örtdü. Narahat şəkildə sadəcə bir təşəkkür etdim. Odun kənarında əyləşdim. Əllərimi oda tərəf tutub, bir-birinə doğru sürtdüm. Bura gəldiyim otaqdan daha soyuq idi.
Elə bil hər şeyi təkrar yaşayırdım, amma başqa məkanda və başqa insanlarla. Yanımda əyləşən qızdan kim olduqlarını soruşdum.
- mənim adım İlahədir.. - əlini oğlana tərəf uzadıb - adı Fərhaddır - deyib susdu
Bu cavabın qarşısında məndə adımı deyərək özümü təqdim etdim.
- adım Nərgizdir. Mən bura necə gəldim?
İlahə cavab verir:
- Fərhad, çarəsiz şəkildə qarın üzərində uzandığını görüb bura gətirdi səni.
Bunun qarşılığında soyuq bir təşəkkür etdim onlara. Çünki həyatımı xilas etmişdilər. Ancaq mən həmin anda, sadəcə ölmək istərdim. Yaşamağa artıq heç bir səbəbim qalmamışdı.
***
İki həftə keçdi. Qarlı çovğun hələ də, davam edirdi. Fərhad biz ac qalmayaq deyə hər axşam saat on birdən sonra, çölə ərzaq axtarışına çıxırdı. Çox yaxşı biri idi Fərhad.
Fərhadın bura necə gəlib çıxdığı haqqında ona sual verdiyimdə, kədərlənib üzünü çevirdi. O zaman başa düşdüm ki, onun da həyatı heç də xoşbəxt keçməyib. Biraz gözlədim, sualı təkrar etmədim. Üzünü yenidən mənə tərəf çevirib, içdən ah çəkdi və sözə başladı.
"Mənimdə əvvəl xoşbəxt ailəm var idi. Çoxlu pulum və maşınım. Anamı avtomobil qəzasında itirdim. Daha doğrusunu desəm, xəstəxanaya çatdırıldıqda sağ idi. Anam qəzada çox qan itirmişdi və bizdə o qanı tapa bilmədik. Həmin hadisənin baş verdiyi tarix heç vaxt yadımdan çıxmır.
6 Dekabr...Anamı itirdikdən sonra, atamla ikimiz qaldıq. 17 yaşımda atam düşmənləri tərəfindən öldürüldü. Səbəbsə atamın işlədiyi şirkətin 40% satın alması idi.
Və sonda tək qalmışdım..." - sözünü bitirdikdən sonra, göz yaşlarını gizlətmək üçün, "mən gedim istinmək üçün odun doğrayıb gətirim" dedi və çölə çıxdı.Fərhadın hekayəsi bucür idi. Ancaq o indi bir neçə həftəyə xoşbəxt ata olacaqdı. Bura gələrkən İlahə ilə tanış olmuşdu. Onlar həqiqətən bir-birlərini çox sevirdilər. Arada İlahənin sancıları tutan zaman Fərhad bir dəqiqə belə onun yanından ayrılmırdı. Bu mənzərəni izlərkən böyük və qırılmaz sevgilərin var olduğunu anladım.
İlahənin həyat hekayəsi çox acınacaqlı keçmişdi. Əyyaş bir həyat yoldaşı və ona mərhəmət etməyən həyat.
İlahə həyat yoldaşının, ona xəyat etdiyini öyrəndiyi günün səhəri, hamilə olduğunu öyrənmişdi. Ancaq nə xeyri? həyat yoldaşı onu döyərək evdən çölə atmışdı.
Sonradan Fərhadla tanış olmuşdu və gələcək həyatını yalnız Fərhadla bölüşmək istəyirdi. Uşaq Fərhadın olmasa belə, Fərhad onu öz övladı kimi qəbul etmişdi.
Onlar mənim həyat hekayəmi öyrənmək istədiklərin də, uşaqlar evində böyüdüyümü və ailəmi görmədiyimi dedim. Bilirəm yalan demişəm onlara. Həyat hekayəmi tam olaraq onların mənə danışdıqları kimi danışmamışam.
Bu haqda heçnə danışmaq istəmirəm...
BẠN ĐANG ĐỌC
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...