19-cu hissə (Qarabəniz)

511 50 10
                                    

Pəncərəsi olmayan pəncərələrdən içəri qonaq olan küləkli yağış, əngəl ola bilmirdi bu gecəki rəqsimizə...

- Payız necədə gözəldir hə ?

Cavab verə bilmədi, sanki başını qatacaqmış kimi barmaqlarını bir-birinə sürtüb, üzünə şirin gülümsəməsini asdı və onun gözlərinə baxmaqa davam etdi. Sualdan sonra otaqda bir neçə dəqiqəlik səssizlik yarandı. Göyün gurultusu ardınca yağışı gətirmişdi. Yağış, damcı şəklində yerə toxumadığı bəlliydi çünki yağış damcı şəklində yox leysan formasında yerə dəyərək "taqqıltı" səsi çıxarırdı.

Gözlərini yumaraq dedi:
- Yağış damcılarının səsini dinləmisən?...

Gözləyişdən sonra yenidən bir cavab gəlmədi. Artıq növbəti suala keçməyin bir mənasının olmadığını düşünürdü, çünki sual verdiyi insan heçnə danışmırdı. Qarşısında əyləşən oğlan özünü narahat hiss edirdi, Nərgizin suallarına cavab vermək istəyirdi amma bacarmırdı. Əsəbi formada masanın üzərindəki güldanın, yanında duran vərəq və qələmi əlinə aldı, nəsə yazmağa başladı. Yazdıqca əlini sərt formada alnında gəzdirib sıxırdı. Yazıb bitirəndən sora vərəqi Nərgizin qarşısına qoydu. Nərgiz qarşısındakı vərəqi dahada yaxına çəkib oxumağa başladı.

"Mən normal insanlar kimi danışa bilmirəm. Dünyaya gələn ilk gündən Tanrı məni cəzalandırıb...Sualların cavabsız qalacaq..Məni bağışla..."

Önündəki vərəqi oxuyub bitirdikdən sonra Nərgiz acıyan baxışlarla onu süzdü. Qarşısındakı lal oğlan onun bu baxışlarından sanki hər şeyi anladı.

Nərgizin baxışlarının belə ona yazığı gəlirdi.

Dodaqlarımı bərk-bərk əlimlə dişlərim arasında sıxdım və gözlərimi qarşımdakı qızın gözlərindən kənara çəkdim. Bu gözəl sükutu pozmaq istəmirdim amma məcbur idim. Ayağa qalxıb kitab rəfinə yenidən yaxınlaşdım və oradan Beethove-nin "Moonlight Soneti" olan valı çıxardım. Üzəri tozluydu, əlimlə tozunu silib qramafona qoşdum. Qramafon yenidən işə düşüdü. Piano musiqisini sevirdim, uşaqlıqdan pianoya qarşı maraqım olub və 6 yaşımdan musiqi məktəbində piano dərsi almışam. Yalnız olduğum vaxt otağımın bir küncünə keçib qramafondan çıxan piano bəstələrinə qulaq asırdım. Və indidə həmin uşaqlıqlığımı yenidən yaşayıram həmdə dəfərlərlə...hər gün. Qramafonun başından ayrılıb masaya yaxınlaşdım və əlimi ona uzatdım. Heçnə demədən gülümsəyib əlimdən tutdu. Soyuq otağın tam mərkəzinə keçdik, yavaş hərəkətlərlə rəqs etməyə başladıq. Qollarım arasındakı qarabəniz qız sanki sakitçiliyin ritmi ilə çırpınırdı. Bəli mən ona qarabəniz qız deyəcəm. Gözlərinin rəngi qəhvəyi, saçlarıda həmçinin gözlərindəki rəngin aynadakı əksiydi. Bədəni çox həssasıydı, toxunduqca bütün fikirlərim dağılırdı. Qramafon susanacan rəqs etdik, danışmırdı oda mənim kimi əbədi olaraq susmuşdu elə bil. Pəncərəsi olmayan pəncərələrdən, içəri qonaq olan küləkli yağış, əngəl ola bilmirdi bu gecəki rəqsimizə. Heç bitməyəcəyini düşündüyümüz rəqsimiz, dərhal val bitdikdək sonra onunla bərabər susaraq sonlanmışdı. Bu gecə səhərə kimi davam etməliydi. Əlimlə adını hələ də bilmədiyim qarabəniz qızın üzünə toxundum. İsti nəfəsimi boynunda gəzdirdim.

Nərgiz indiki ehtiras dağlasının təsirindən özünü uzaq tuta bilmirdi. Dodaqlarını bir-birinə bərk sıxıb gözlərini yumdu və bütün bədəniylə onun qollarında təslim oldu. Öpüşlərin sonuluğu itmişdi, hər yeni öpüş Nərgizin bədənini dahada alovlandırırdı. Ehtirasından boğulan Nərgiz qollarında təslim olduğu insanın bədənini dırnaqları ilə çimdikləyirdi. Hər öpüşün ardınca dişlənən dodaqlardan daha da dəliyə dönürdü. Ayaqlarında gəzən əllər ağlını başından almışdı. Təkrar-təkrar eyni toxunuşlar üçün yalvarırdı sanki. Sinəsindəki unudulmaz öpüşlər Nərgizin iniltilərinin artmasına səbəb olurdu. Bədəninə sahib çıxan insana qarşı mübarizə aparırıdı və bu mübarizənin sonu Nərgizin qələbəsi ilə bitmişdi. Axırıncı toxunuşda hər şeyi bitirmişdi Nərgiz, çünki bu qısa müddətlik ehtiras yanğısından bakirəliyini itirmək fikirində deyildi. Dərhal bir neçə saniyə əvvəl olanları unutmuş və sürətlə ayağa qalxıb üstünə köynəyini geyimiş, ağlayaraq soyuq otaqdan çölə çıxmışdı.

Ölüm SimfoniyasıOnde histórias criam vida. Descubra agora