Həqiqətlər yalanların üzərini örtən səbəbsiz bəhanədir...
Deyəsən əbədi olaraq qaranlıqa qərq olmuşdum. Qulaqlarıma piano musiqisinin həzin notlarının səsi gəlirdi, bir anlıq ruhumun bu həzin notların səsi ilə rəqs etdiyini düşündüm, piano musiqisi tanış gəlirdi deyəsən Beethove-nin "Moonlight Sonet"-idi.
Gözlərimi yavaş-yavaş açmağa çalışdım, ətrafa diqqətli və təəccüblü baxışlarla nəzər saldım. Bura heç tanış deyildi mənə. Mən bura necə gəlmişdim ? sualıma cavab tapmamış ayaqa durdum, piano səsi gələn tərəfə getməyə başladım, səs aşağıdan gəlirdi. Pilləkəndən aşağı enə-enə ətrafa baxırdım, evin qəribə görünüşü varıydı. Biraz köhnə evə bənzəyirdi, evdə qaranlıq ab-hava hökm sürürdü sanki ev dəfələrnən tərk edilmişdi bəlkədə mən fikirimdə yanılırdım..
Nərgiz harada olduğu haqqında heçbir fikiri yox idi.Dünən gecə bura onu kim gətirdiyinidə bilmirdi sadəcə bir bildiyi suallar durmadan yaranır və cavabını tapmırdı.Nərgiz pilləkəndən aşağıya enən zaman piano səsininin qulaqlarına dahada yaxın eşidildiyini hiss etdi.Evin içində addım atıb irəllədikcə səs dahada yaxın eşidilirdi.Piano səsi gələn otaqa yaxın olduğunu görəndə addımlarını ağırlaşdırdı.Qarşısında böyük bir otaq dayanmışdı.İlk öncə həmin otaqa daxil olmaq istəmədi biraz qorxur və birazda utanırdı amma o bu otaqa daxil olmaq istəyirdi bir anlıq hissləri bir-birinə qarışmışdı.İçindəki qorxu hissini boğub içəri daxil oldu.
Otaqa daxil oldum qəribə mənzərə ilə qarşılaşdım düzdü qeyri-adi heçnə yox idi amma indiki vəziyyətə görə bu mənzərə mənə qəribə gəlirdi.Otaq qara rəngdə olsada otaqın solğunluqunu və yalnızlıqını ağ rəngdə olan piano pozurdu.Pianonun qarşısında qara geyimli oğlan əyləşmişdi.Məni deyəsən görmürdü, narahat etmək istəmədim ağır addımlarla ona tərəf yaxınlaşdım.Mənim gəldiyimi bilən kimi pianonu çalmağı dayandırdı.Danışmırdı ondan adını soruşdum beş dəqiqəlik sükut yarandı cavab gəlmədi.Əlləri ilə dodaqlarını dişlərinə sıxaraq ayaqa qalxdı və otaqın pəncərəsinə yaxınlaşıb dayandı.Verdiyim sualı birdaha təkrar etmək istəyirdim, yaxınlaşıb çəkməcədən bir vərəq və qələm götürdü, vərəqə nəsə yazdı və mənə tərəf gəlib vərəqi mənə uzatdı.
"Danışa bilmirəm, mənə lal pianoçu deyə bilərsən"....
YOU ARE READING
Ölüm Simfoniyası
Teen FictionHadisələr kiçik təsadüflərə məruz qalmış, iki ayrı insanın həyatından bəhs edir. - Səndə bu hekayəyə qonaq ol bir fincan kofe ilə. Epiqraf: O, düşünürdü bəlkədə keçmişə qayıtsaydı, yenidən hər şey xəyallarındakı kimi olacaqdı, ancaq o bilmirdi keç...